Gürcü bloqerin efirə çıxartdığı Xocalı qatili “polkovnik Levon” kimdir? –
Gürcü bloqerin efirə çıxartdığı Xocalı qatili “polkovnik Levon” kimdir?

Dəhşətli Xocalı soyqırımının ildönümü ərəfəsində bu qətliamı tərədən hərbi canilərdən biri üzə çıxıb.

AzPost bildirir ki, gürcü bloqer Tako Tamuna özünü erməni generalı Levon Minasyan kimi təqdim edən şəxsi efirə çıxarıb.

Bu “general” birinci Qarabağ müharibsində işitrka etdiyini deyib. Gürcü bloqerin “Xocalıda olmusunuzmu?” sualından sonra Levon Minasyan törətdiyi qətliamları etiraf edib.

“Xocalı mənim işimdir… Saysız-hesabsız adam qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır…”, – deyə Minasyan qeyd edib.

Heyrətdən gözləri bərələn gürcü bloqerin təccübünə Minasyanın cavabı “Nə oldu, gözəl qız, bəli, olub…”- deyə cavab verib.

Daha sonra Minasyan Əfqanıstanda, Afrika, Çeçenistan, Qarabağda döyüşdüyünü deyib.

Bəs bu “general” kimdir? Onun dedikləri doğrudurmu?

AzPost bununla bağlı araşdırma aparıb. Bəzi detalları tapa bilmişik.

Özünü Levon kimi təqdim bu şəxsin qatil Jilber Minasyan olması mümkündür.

Birinci Qarabağ müharibəsində Jilber Minasyan adlı şəxs “polkovnik Levon” adı ilə iştirak edib.

Bu şəxsin qəribə həyat hekayəsi var.

Fransada yaşayan Jilber Minasyan 1987-ci ildə silahlı hücuma görə, ömürlük həbs cəzasına məhkum edilib. Bundan sonra o Marseli tərk edib.

Yalnız 2013-cü ildə Kassasiya Məhkəməsi müddətin başa çatmasını əsas gətirərək Jilber Minasyanın Marselə qayıtmasına icazə verib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741816061_3.png
Bəs bu illərdə o harada olub?

“Polkovnik Levon” adı ilə tanınan Jilber Minasyan birinci Qarabağ müharibəsində iştirak edib.

“Erməni məsələsi”nə başlamazdan əvvəl Jilber Minasyan əvvəlcə kommunistlərin sıralarına qoşulub. O, Viktor Hüqo liseyində oxuyub, orada dostu olan Robert Qedikyanla tanış olub.

1980-ci illərin əvvəllərində Minasyan erməni milli hərəkatının fəalı, daha sonra terrorçu Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusunun (ASALA) üzvü olur. 1984-cü il avqustun 2-də o, poçt xidməti yük maşınını silahlı qarət etməkdə ittiham edilərək həbs edilib.

İttihama görə, hücum zamanı oğurlanan 148 min frank erməni gizli ordusunu maliyyələşdirmək üçün istifadə edilməli idi. Jilber Minasyan həbs edildikdən sonra onun köməyinə ASALA lideri Monte Melkonyan gəlir. Bir müddət sonra Minasyan həbsdən azad edilib. 1987-ci ildə o, saxta pasportla Fransanı tərk edib. Onun Livan üzərindən Ermənistana getdiyi güman edilir. Daha sonra o, artıq “polkovnik Levon” adı ilə Qarabağ müharibəsində iştirak edir.

Uzun illər əvvəl təqaüdə çıxan “polkovnik Levon”un indi harada yaşadığı məlum deyil. İki övladı var. Levonun Ermənistan paytaxtında “Monte Kristo” adlı Marsel restoranı var.

Gürcü bloqerin canlı yayıma çıxartdığı şəxs Jilber Minasyandırmı?

Azərbaycan təhlükəsizlik orqanları bu videonu yəqin ki araşdıracaqlar.

Qeyd edək ki, Hərbi Prokurorluqda Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb.

2005-ci il mayın 5-də cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə Hərbi Prokurorluğa tapşırılıb.

Cinayət işinin istintaqı zamanı Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

 
 
 

Bölmənin digər xəbərləri

14 Mart 2025 Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salındı
12 Mart 2025 Kişineuda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi
10 Mart 2025 Azərbaycanın ən böyük Zəfər Tağı bu şəhərdə ucaldılacaq
05 Mart 2025 Ağdərə sakinlərinə qucaq açdı
04 Mart 2025 Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana…
04 Mart 2025 Bu gün Vardanyan hakim qarşısına çıxarılacaq - Müharibə cinayətləri dosyesi
03 Mart 2025 Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
28 Fevral 2025 Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
28 Fevral 2025 SEPARATÇILARIN RƏHBƏRLƏRİ DANIŞMAĞA BAŞLADILAR - Qukasyan və digərləri ifadələrində nə dedilər?
27 Fevral 2025 Kəşfiyyatçı Mübariz Əskərovu (“Cin Mübariz”) öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
27 Fevral 2025 Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Dinməyən ağrı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib.
26 Fevral 2025 Ərdoğan Xocalı qurbanlarını yad etdi
26 Fevral 2025 Xocalı soyqırımından 33 il ötür - UNUTMADIQ
23 Fevral 2025 Erməni generaldan Xocalı ETİRAFI - GÖRÜN NƏLƏR DEDİ
21 Fevral 2025 Daha 33 ailə doğma Cəbrayıla qayıdır
19 Fevral 2025 Keçmiş deputatla bağlı araşdırma başlaya bilər: Köçkünlər üçün keyfiyyətsiz bina?
19 Fevral 2025 Cəbrayıla növbəti köç karvanı yola salındı
18 Fevral 2025 Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... - “Ya müharibə, ya da…”
18 Fevral 2025 Vardanyanın separatçılara verdiyi silahların – Siyahısı
17 Fevral 2025 Qaradağlı faciəsindən 33 il keçir

Dünyapress TV

Xəbər lenti