Ardını oxu...
"Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik”

Şuşada yaşayış binalarının tikintisində fəhlə kimi çalışmış şəxslər onlara vəd edilən haqqın ödənilməməsindən şikayətçidirlər.

Bu barədə Meydan TV-yə şikayətçi Məmmədəli Ağayev bildirib.

Onun sözlərinə görə, qohumu Əli Həsənzadə ilə birgə Şuşada yaşayış binalarının inşası ilə məşğul olan "ARCHİCO” MMC-nin podratçısı olan "Ümid” şirkətində müqavilə əsasında çalışıb.

"Hər ikimiz Astaradan Şuşaya işləməyə getdik. Bizə dedilər ki, gördüyünüz işin dəyərini hər metrəyə görə 6 manatdan ödəyəcəyik. On günə yaxın işlədik, günümüzə 30-50 manat arası avans alırdıq”, - M.Ağayev deyib.

Şikayətçinin sözlərinə görə, ailəsində problem yarandığına görə Astaraya geri dönmək məcburiyyətində qalıblar. Ödəniş zamanı görülən işin 6 manatdan deyil, 2,5 manatdan hesablandığı bəlli olub: "Olduqca çətin şəraitdə, soyuq havada işləmişik. Bizə dedilər ki, hesablayıb pulun qalanını göndərəcəyik. 20 gündən sonra təkrar müraciət etsək də, cavab ala bilmədik. Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik”.
Ardını oxu...
Digər şikayətçi Əli Həsənzadə də pulunu ala bilmədiyini deyir: "Biz fəhlə adamlarıq, öz zəhmətimizlə qazandığımız pulun ödənilməsini istəyirik”.

Şikayətçilər deyilər ki, 450 metrlik iş görüblər. Görülən işi 2,5 qəpikdən hesablayıblar, qalan məbləğ hələ də ödənilməyib: "Bir neçə gün yubatdılar ki, gözləyin, pulunuz tam ödəniləcək. Sonradan dedilər ki, sizə borcumuz yoxdur, hara istəyirsiniz şikayət edin”.

"Ümid” şirkətinin adını açıqlamayan əməkdaşı isə Meydan TV-yə bildirib ki, şikayətçilər 10 günə yaxın işləyiblər. Onlara əvvəlcədən razılaşdırılmış məbləğ ödənilib. Sonradan qalan məbləğ də köçürülüb: "Onlar işi təhvil vermədən ailə probleminə görə geri dönüblər. Buna görə də təklif olunub ki, gəlsinlər, hesablanma aparılsın, əgər borclu qalınıbsa, ödəniş olsun. Özlərinə də demişik ki, görülən hər bir işin dəyəri ödənilir”.

Şirkətdən onu da əlavə ediblər ki, hər bir işçi ilə müqavilə bağlanır və razılaşma müqavilədə əks olunur.
 
Ardını oxu...
Tanınmış erməni bloger Roman Baqdasaryan Qarabağdan könüllü şəkildə köçən erməniləri kəskin tənqid edib.
TEREF Axar.az-a istinadla xəbər verir ki, o öz kanalında canlı yayımda onları "nankor və xain" adlandırıb:
“Əgər güc strukturlarında bircə nəfər belə mənim öz xəttim ilə etdiyim canlı yayımlarda Qarabağdan gələn ermənilərin işə götürülməməsi haqqında xəbərdarlığımı eşidibsə, bu möhtəşəmdir. Heç bir halda “arsax mtx”nin əməkdaşlarını Ermənistan MTX-yə, “Qarabağ polisi”ni Ermənistan polisinə, müstəntiqləri Ermənistan İstintaq Komitəsinə işə götürmək olmaz. Çünki onlar hamısı bir nəfər kimi xaindir. Bunu anlamaq çox vacibdir. Hazırkı proses isə onların yalnız nankor olduğu deyil, həm də xainliyini, hər an arxadan vura biləcəyini göstərdi”, - o bildirib.
Baqdasaryan Qarabağdan köçən erməniləri Allahı tanımamaqda günahlandırıb:
“Hörmətli qarabağlılar, bəs sizin kilsə və Allaha qarşı hansı münasibətiniz var? Mən sadəcə qarabağlıların kilsə və Allaha hansı münasibətinin olduğunu anlamaq istəyirəm. Əgər siz həqiqətən Allahı sevirsinizsə, kilsəni və Allahı tanıyırsınızsa, onda niyə Ağdamda daşı daş üstündə qoymayıbsınız? Ona görə də məni izləyən qarabağlılardan xahiş edirəm ki, Allahın adını ağzınıza almayın, kilsənin nə olduğunu bildiyinizi deməyin. Sizin inancınız arxasınca getdiyiniz yalançı müqəddəs Baqrat, saxtakar müqəddəs Qaregindir. Sizin inancınız arxasınca getdiyiniz keşişlər kimi saxtadır. Çünki həqiqi keşişlər siyasətdə olmur. Əgər siz həqiqətən Allaha inansaydınız, keşişin arxasınca getməzdiniz. Ona görə də kilsənin nə olduğunu bilmədən, adını çəkmə. Sən yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən şəxssən. Bəs sən bilmirsən ki, yad adamın evini dağıdan və başqasının kərpici ilə özünə ev tikən Allahı çox qəzəbləndirir? Necə olub ki, bu sizin ağlınıza heç vaxt gəlməyib? Paşinyan, yoxsa Anna Akopyan bunu sizdən xahiş edib? Gəlin başa düşək, bunu sizdən kim istəyib? Əgər Paşinyan istəyibsə, onda onu tənqid etməliyik. Yoxsa siz özünüz bunu edibsiniz? Ona görə də heç vaxt kilsənin sizin tərəfinizdə və hazırkı hakimiyyətə qarşı olduğu haqqında danışmayın. Öz əməllərinizi xatırlayın. Siz hardasınız, kilsə hardadır? Siz hardasınız, Allah hardadır?”
 
 
 
Ardını oxu...
Ermənistanda Paşinyan hakimiyyəti əleyhinə etiraz mitinq və digər növ aksiyaları davam edir. İştirakçıların sayından görünür ki, erməni toplumunun əksəriyyəti üzdəniraq keşiş Baqratın çağırışlarını dəstəkləmir. Yəni bu cür etirazlar yoluyla Paşinyan hakimiyyətin devriləcəyi ehtimalı çox azdır. Amma birdən olmadı belə, oldu elə...

Nəzəri olaraq hesab edək ki, Rusiya “5-ci kalonu”nun, revanşistlərin keşiş Baqratın mitinqində tələb etdiyi, istədiyi kimi Qərbin dəstəklədiyi Paşinyan istefa verdi və sabah Xocalı caniləri Robert Köçəryan, Serjik Sərkisyan yaxud onlar tipdə rusiyayönlü, revanşist biri hakimiyyətə gəldi. Bu halda onun qurduğu iqtidar məcburdur ki, 2020-ci ildən bəri revanşistlərin kütlələrə elan etdikləri şüarları: Qarabağın Azərbaycandan geri alınması, ermənilərin oraya qaytarılması, sərhədlərin delimitasıyasında Almatı prinsiplərindən, yaxud ümumiyyətlə, sülh danışıqlarından imtina edilməsi və s. həyata keçirmək istiqamətində siyasət aparsınlar. Bəs belə olan halda Azərbaycanla müttəfiqlik sazişi bağlamış Rusiya nə edəcək? 90-cı illərdə olduğu kimi, yenidən Azərbaycana qarşı savaşda Ermənistana dəstək verəcəkmi? Bəs Rusiyanın 4 ilə yaxındır 10 noyabr sazişinə uyğun olaraq açılmasını tələb etdiyi Zəngəzur yolunun taleyi necə olacaq? Paşinyanın yerinə gələn Rusiyayönlü hakimiyyət həmin yolu açacaqmı? Məntiqlə məsələn, Köçəryan “5-ci kalon”un dəstəyi ilə baş nazir kürsüsünü zəbt edəcəyi halda, özü də Putinin pivə dostu kimi Kremlin bütün tələblərini yerinə yetirməyə məcburdur. Yaxşı deyək ki, revanşist erməni toplumuna həmin yolun Ermənistan üçün həm siyasi, həm də iqtisadi faydalarını anladıb Zəngəzur dəhlizini açdı, bəs digər məsələlər? Yəni Qarabağın Azərbaycandan geri alınması, hayların oraya qaytarılması və s. Paşinyanı yıxmaq üçün qızışdırılmış revanşist kütlə necə susdurulacaq? Bəs Azərbaycan xalqı və hakimyyəti Xocalı canilərinin başında durduğu Ermənistan hakimiyyəti ilə necə münasibət quracaq, necə sülh danışıqları aparacaq? Bir sözlə, bu halda Moskva da, Köçəryan hakimiyyəti də dilemma qarşısında qalacaqlar. İndiki durumda Rusiya heç cür Ermənistana Azərbaycan torpaqlarını yenidən işğal etməkdə dəstək verə bilməz. Çünki Azərbaycanın Qərbə üz tutmasından ehtiyat edəcək. Hələ Gürcüstanda da vəziyyət Kremlin xeyrinə tam stabilləşməyəcəyi halda... Bu dilemmanı həll etməyin yeganə “optimal” yolunu Moskvadakı “KQB”-“FSB” rejimi, yəqin ki, Ukraynada qalib gələrək Zelenskinin yerinə öz növbəti marionetkasını gətirdikdən, paralel olaraq Gürcüstanda xalq kütlələrinin Qərbə inteqrasiya tələblərinin qarşısını maksimum zor gücünə aldırdıqdan sonra SSRİ və yaxud çar Rusiyası sərhədlərində imperiyanı bərpa etmək planlarına uyğun olaraq Güney Qafqazda da sovet dövründəki kimi “sabit” bir “Zaqafqaziya” qurulmasında görür... Yəni Ermənistanda Köçəryan və yaxud lap Qalstanyanın liderliyi ilə qurulmuş hakimiyyət asanlıqla Zəngəzur yolunu açdırır və sovet dövründəki kimi Azərbaycan Respublikası ərazisindən avtomobil və dəmir yolları Ermənistan ərazisindən keçməklə Naxçıvana birləşir. Ərazidən keçən bütün sərnişinlər və yüklər nə Ermənistan, nə də Azərbaycan deyil, məhz Rusiya “FSB”-si tərəfindən yoxlanılaraq buraxılır. Yəni Türkiyəyə gedib-gələn Azərbaycan nəqliyyat vasitələri, o cümlədən qatarlar da eyni prosedura məruz qalır. 1920-ci illərə bənzər bir geo-siyasi yetişdiyindən Türkiyə də Rusiyanın Güney Qafqazdakı planlarını qəbul etməli olur... Tədricən azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarına, hayların isə Qarabağdakı “tarixi vətənləri”nə qayıdışı həyata keçirilir... Sərhədlər Moskvanın diqtə etdiyi xəritələrə uyğun olaraq müəyyən edilir və məhz onun “zəmanəti” altında sülh müqaviləsi imzalanır və sovet dövründəki kimi Zeynəb Xanlarova, Naurihi Allahverdiyan tipli müğənnilərin ifasında “Kür-Araz- Ararat- gözəldir bu həyat- qardaş olub Hayastan-Azərbaycan!” tipli mahnılar oxuyaraq dünən qladiator qullar kimi döyüşdürülən “hər iki xalq dinc, yanaşı yaşamaqda” davam edir...

Kreml üçün ən pis variantda, yəni Azərbaycan xalqının və hakimiyyətinin yenidən Rusiyanın birbaşa boyunduruğu altına qayıtmasına kütləvi müqavimət göstərdiyi halda isə 1988-1990-cı illərdə olduğu kimi, yenidən Ermənistanı Azərbaycanın üzərinə qısqırdır və bir qisim torpaqlarımızın işğalına, yenidən insanlarımızın didərgin düşmələrinə nail olmaqla öz prinsiplərini zorla qəbul etdirir... Bu halda Ermənistan həm də son bir neçə ildə Fransadan, Hindistandan, İrandan alınmış, verilmiş silah-sursat və texnikalardan da istifadə edir... Bu baxımdan deyilən planı nəzərdə tutan Rusiyaya Ermənistanın hazırda Qərb, Hindistan, İran tərəfindən Azərbaycana qarşı silahlandırılması sərf edir...

Bütün bu deyilənlərin həyata keçməsi ehtimalının çox az olduğunu nəzərə alsaq, Ukraynadakı məqsədlərinə çatmayınca Kremlə Paşinyanın hakimiyyətdən getməsi sərf etmədiyi qənaətinə gəlirik... Və deməli, bugünkü etirazlar sadəcə Ermənistanın hazırkı iqtidarına hərbə-zorba gəlməkdir ki, Rusiyaya münasibətdə “həddlərini aşmasınlar”...

Sultan Laçın - moderator.az
 
Ardını oxu...
Xocalıda yenidənqurma işləri davam edir. Malıbəyli kəndi müasir görkəmə qovuşur.

Hazırda 120 fərdi yaşayış evində işlər davam etdirilir. Qaz, işıq və su xəttləri çəkilir.

Bu il isə Malıbəyliyə köç başlayacaq. Tikilən ilk 50 evin yay ayında təhvil verilməsi planlaşdırılır.
Daha ətraflı “ATV Xəbər”in süjetində:

 
 
 
  
Ardını oxu...
“2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – bu sözləri Prezident İlham Əliyev may ayının 10-da Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
10 may tarixində İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüş keçirib. Prezident İlham Əliyev Şuşa sakinlərinə müraciətində bildirmişdir ki, ”Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.
Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Eyni zamanda ölkə başçımız qeyd etmişdir ki, “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.
Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.


Aynur Xəlilova - politoloq
Ardını oxu...
Azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.

Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.

S.Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
 
 
 
  
Ardını oxu...
Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival bu il Şuşa ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.

Festival həm çıxışçılar, həm də fərqli repertuarı ilə fərqlənir.
Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.

Ardını oxu...
2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 1 727 keçmiş məcburi köçkün ailəsinin (6 754 nəfər) qayıdışı baş tutmuşdur.

Gundeminfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev AZƏRTAC-dakı məqaləsində bildirib.

S.Nuriyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hazırda böyükmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər: “Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir, dövlətimizin başçısının tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə cənab Prezident işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın tədbirdə iştirak etmiş, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoymuş, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını etmişdir”.

Yaşayış məntəqələrinin salınması ilə yanaşı, bölgədə geniş bərpa-quruculuq işləri aparılır: “Orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilmiş, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir”.
Ardını oxu...
Bu gün Azərbaycanda rayonlarının birləşdiirilməsi aktual məsələdir. Qarabağda Böyük qayıdış konsepsiyasına əsasən bərpa-quruculuq dava edirş. Artıq bir sıra bölgələrə prezidentin xüsusi nümayəndələri təyin edilib. Bu baxımdan Qarabağın hansı rayonları bir mərkəzdə birləşdirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, inzibati zəmində bölgülərin, sərhədlərin çəkilməsi və rayonların birləşdirilməsi bir neçə vacib parametrləri var. Parametrlər ilk növbədə coğrafi parametrlərdir. O cümlədən əhalinin sayı nəzərə alınır və digər tərəfdən kommunikasiyaların uzlaşması məsələsinə baxılır:

"Bu məsələlərin əsasında iqtisadi və texniki əsasnamə hazırlanmalıdır. Bugünkü vəziyyəti 30-40 il bundan qabaq görmüşdüksə, indi artıq bir çox proseslərdə dəyişiklik var. Rayonların inkişafında, infrastrukturun genişlənməsində, əhalinin artmasında, kommunikasiyaların şaxələnməsində bir çox dəyişikliklər var. Biz bilirik ki, Azərbaycanda geniş islahatlar proqramı həyata keçirilir. İstər-istəməz hər tikilmiş yeni obyekt, istifadəyə verilən infrastruktur layihəsi bu və ya digər tərzdə yeni bir nəfəs gətirir. Ona görə onların hamısı kompleksli şəkildə nəzərdən keçirilməlidir. Qarabağdakı rayonlar ilə əlaqədar hidroloqlar, toponimlər və geofiziklər öz rəylərini bildirməlidirlər. Belə məsələlər ilə bağlı hər hansı bir qərarlar yaxud sərəncamlar verilirsə, onların üzə çıxmasına qədər mütəxəsislərin ekspertiza rəyləri nəzərə alınır. Daha sonra proseslər emal olunur və dövlət komissiyası səviyyəsində son qərarlar verilir".

Politoloqun sözlərinə görə, Qarabağdakı müvafiq rayonlarının birləşdirilməsinə kortəbii yanaşmaq olmaz. Biz görürük ki, iki iqtisadi rayon var. Bunlar Qarabağ və Şərqi Zəngəzurdur. Ola bilsin ki, əsas kimi bu iki inzibati vahid nəzərdə saxlanılacaq:

"Eyni zamanda bunlara bənzər yeni rayonlar formalaşa bilər. Hələ ki, müstəqil tərzdə olan rayonlarımız birləşdirilsin yaxud bölünsün. Yəni bunu belə bilmək olmaz. Bu məsələ son dərəcə həssas bir mövzudur. Əsgər bu günləri sözügedən istiqamətdə verilən hər hansı bir qərar varsa, proses 3-5 ilə yox, uzunmüddətli perspektivdə nəzərdə tutulur. Odur ki, süni şəkildə bu prosesi tezləşdirmək olmaz. Digər tərəfdən proseslərin qarşısını almaq olmaz ki, gedişat ləngisin. Mən elə başa düşürəm ki, ölkənin inkişaf modeli öz-özlüyündə bir çox məsələlərin həllini aktuallaşdırır. O cümlədən buraya daxili və inzibati sərhədlərin dəyişilməsi məsələsi aiddir. Hesab edirəm ki, ən yaxın zamanlarda bu istiqamətdə böyük dəyişikliklərin şahidi olacağıq. Çünki İqtisadiyyat Nazirliyinin tərkibində xüsusi qurumlar var ki, bu istiqamətdə işləyirlər. Onlar öz mülahizələrini ve hesablamarını aparırlar. Bunlar hamısı bir nöqtədə kəsişməlidir ki, sonda dövlət başçısının masasının üzərinə hazır bir variant gəlsin və ona məruzə edilsin".
 

Ardını oxu...
  

Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətin marağına səbəb olub.

Ordumuzun 2023-cü ildə işğaldan azad etdiyi Xocalı rayonunda xidmət edən əsgərlər gecə meşədən qəribə səslər gəldiyini iddia ediblər.

Belə ki, bir gecə 3 əsgər qəribə səslərin gəldiyi həmin yerə gedirlər və əsgərlərdən biri həmin anları telefon kamerası ilə lentə alır. Səslərin nədən və ya kimdən gəldiyi hələ məlum olmasa da, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti həmin səslərin gürzə ilanına məxsus olduğunu iddia edir.//Referans.az

 

Dünyapress TV

Xəbər lenti