Ardını oxu...
Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində mühüm məqamlara toxunub.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı vətəndaşların dövlətə borcu olduğu halda bunu dərhal ödədiyini, həmin vaxt sistemin necə lazımdır çalışdığını bildirib. Sevinc Telmanqızı qeyd edib ki, amma vətəndaşın dövlətə ehtiyacı olduğu vaxt heç bir xidmətdən yararlana bilmədiyini deyib.

Sevinc Telmanqızı vətəndaşın cəriməsini, vergisini, sosial müdafiəyə, kommunal xidmətlərə ödənişini vaxtında etdiyini, amma tibbi xidmətdən faydalanmaq istəyəndə, uşağını bağçaya qoymaq istəyəndə çarəsiz qaldığını qeyd edib.

Ətraflı videoda:

 
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib.

Birinci vitse-prezidentin sosial şəbəkə hesabındakı paylaşımında deyilir:

"İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!".
 
Ardını oxu...
İYİ Partiya sədri Meral Akşener Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaşla birlikdə Sinop şəhərindəki Pier Meydanında mitinq keçirib.

Mia.az xəbər verir ki, o, mitinqdə geniş çıxış edib, Ərdoğan iqtidarını "topa tutub".

Şiddətli yağış və dolu altında danışan Akşener deyib:

"İnşallah, 14 May axşamı Sinopdan başlayaraq Türkiyənin hər yerindən İYİ Partiya parlament seçkisinin birincisi, cənab Kılıçdaroğlu isə ölkənin prezidenti olacaq. Sinop təqaüdçü şəhərdir, sizə söz verirəm, biz iqtidara gıələn kimi pensasiyalar da qaldırılacaq. Müəllimlərin təyinatı sürətlə davam edəcək. Bu ölkədə siyasi, iqtisadi, sosial həyat kpökündən dəyişəcək, Qısa zamanda hər kəs bu müsbət dəyişikliyi hıyatında hiss edəəck, görəəck. Biz buun üçün seçkidə daha fəal olmalı, hər kəs özü ilə seçki məntəqələrinə ən az 3 nəfər aparmalıdır. Bu hazırkı sistemi dəyişmək üçün hər kəs əlini daşın altına qoymalıdır. Bilirsiniz, mənim, cəınab Kılıçdaroğlunun barəsəində hər cür yalanı danışdılarŞ, ancaq bir oğru deyə bilmədilər. Biz isə bu oğru rejimi 14 mayda yola salaraq xalqın rahat nəfəs almasını təmin edəcəyik.

...Sinopu ​​həm turizm şəhəri, həm məşğulluq şəhəri, həm də insanların xoşbəxt olduğu bir şəhər edəcəyik. Mən sizdən İYİ Partiyasına səs verməyiniz istəyirəm. Mən sizdən Millət İttifaqının prezidentliyə namizədi Kılıçdaroğluna səs istəyirəm. Biz birlikdə bu qəribə sistemi dəyişməliyik".

Bu arada meydanda "Baş nazir, Baş nazir" şüarlarını duyan Akşener deyib: "Mənə bax, bunun üçün səs verəcəksən, İYİ-ni birinci partiya edəcəksən. Əvvəlcə, bu qəribə sistem dəyişəcəyik. Ondan sonra kiminləsə sövdələşmədən baş nazir olacağam”.
Ardını oxu...
 
 

 Bakıda naməlum şəxs evə basqın edib.

 

Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Məmmədova Səliqə Əli qızı DİN-nin "102" xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun Bakı şəhəri, Nəsimi rayonu, İlqar ismayılov küçəsində kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutub, 100 (yüz) manat pulunu və təqaüd kartını götürərək getməsini bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 21-ci PB-də Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

 

XalqXeber.Az
Ardını oxu...
“Çox kasıb ailədə dünyaya göz açmışam. 3 qardaşın bir bacısı olmuşam. 17 yaşıma çatanda anam mənə dedi ki, “bir kişi tapıb səni ərə verim, o kişi də bizə baxsın”. Dedim ki, “ay ana, nə kişi, mən oxumaq istəyirəm”. Anam işləyirdi, dedim ki, “mən də işləyim, ikimiz birləşək, qardaşlarımızı saxlayaq, böyüdək”. Mən deyənə qulaq asmadı. O kişini tapıb üstümə gətirdi. Kişi məndən 20 yaş böyük idi. Anam zorla, döyə-döyə məni zaksa göndərdi. Ağzımı aça bilmirdim. Zaksda bir yaşlı kişi oturmuşdu. Dedi ki, bu necə olur? Ondan sənə ər, səndən də ona arvad olmayacaq”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aktrisası Səmayə Musayeva deyib.

“Oğlum Mehmanı dünyaya gətirdim. Qanım zəhərlənmişdi, ölümlə üz-üzə idim. Kişi dedi ki, “mənim pulum, falan yoxdur. Get ona bax!”. Neyləyə bilərdim ki? Anam məni məhv etdi. Evdə şikayətlənən kimi anam deyirdi ki, “bu taleyi sənə Allah yazıb, məndən nə istəyirsən?!”. Anam o kişini evə gətirməklə mənim həyatımı məhv etdi. Çox arzularım var idi. Deyirdim ki, oxuyaram, işləyərəm. Univeristetə 25 yaşında daxil oldum. O kişi anamı dilə tutub, əməlli-başlı aldatmışdı. Guya ki, pulu çoxdur, işləyib bizə kömək edəcəkdi. Ayrılandan sonra gəldiyi kimi də, çıxıb getməyi bir oldu. Ondan sonra ailə həyatı qurmadım. Kim dəqiq bilə deyə bilərdi ki, ikinci ailə birincidən yaxşı ola bilər? Sənətim həyatıma heç vaxt mane olmayıb. Əksinə sənətimlə ucalmışam, tanınmışam, sevilmişəm” deyə sənətkar bildirib.

Aktrisa bildirib ki, hər zaman teatrda “Arşın mal alan” da Telli obrazını oynamaq istəyib.

“Gənclik illərimdə hər zaman bu rolu oynamağı arzu etmişəm. Hələ heç aktrisa deyildim, bu roldan çox xoşum gəlirdi. Telliyə oxşar çox rollarım olsa da, Tellini oynamaq mənə qismət olmayıb. Mən daha çox dramatik obrazları sevirəm. Bu gün ayaqlarım demək olar ki, tutulub. Yeriməkdə çətinlik çəkirəm. Evin içində özümü güc-bəla ilə idarə edirəm. Filmdə çəkilmək üçün dəvətlər gəlir, amma səhhətimə görə çəkilə bilmirəm. Serial həm də uzun prossesdir. 47 il fasiləsiz Akademik Musiqili Teatrda çalışmışam. Mənimki teatrdır, çünki tamaşaçı ilə canlı ünsiyyət daha rahatdır” deyə aktrisa bildirib.
Ardını oxu...
Lənkəranda ana doğuş zamanı ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.
 
Ardını oxu...
Tovuzun Aşağı Quşçu kəndinin sakinləri yaşaış məntəqəsindəki gecə klublarının onlara narahatlıq törətdiyini deyir. Camaat, xüsusilə axşam saatlarından sonra işə başlayan iaşə müəssisələrinin fəaliyyətindən şikayətçidir...

Aşağı Quşçu camaatı indiyədək bu kənddə heç vaxt ağlına gətirmədiyi vəziyyətlə üz-üzə qalıb.

Nəinki gecələri səs-küydən yata bilməmək, hətta kəndlilərin kafeləri əxlaqsızlıq yuvası adlandırması bir yana, valideynləri bundan daha çox narahat edən başqa bir problem yaradır buradakı gecə klubları.

Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər.

Aşağı Quşçunun yeniyetmə və gəncləri valideynləri bilməsin deyə, kənddəki iaşə obyektlərinə getməsələr də, yaxınlıqdakı belə məkanları, necə deyərlər, tez-tez “ziyarət edir”...

Indiyədək bir çox ünvana yazılı şəkildə müraciət etdiklərini deyən kəndlilər hələ də kiminsə onlara cavab verəcəyinə ümid bəsləyir..

Sakinlər gecə klublarından birinin, DİNİ Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri işləyən həmkəndliləri Rasim Nağı oğlu Tağıyevə məxsus olduğunu deyir. Qarşı tərəfin münasibətini öyrənmək istəyimizə, nəinki, Vətən müharibəsi iştirakçısı olduğunu deyən və həmin kafelərdən birini işlədən Samir Məmmədovun kameramıza əl atmqla verdiyi cavab, özünü Nağı Tağıyevin qardaşları kimi təqdim edən Zöhrab və Mətləb Tağıyevlərin reaksiyası kəndlilərin nə qədər haqlı olduğuna işıq saldı:

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlib.

Çəkiliş qrupu ilə birgə polis şöbəsinə dəvət olunan Zöhrab və Mətləb Tağıyev qardaşları, özünü vətən müharibəsinin iştirakçısı kimi təqdim edən Samir Məmmədov jrunalistlərlə barışığa nail olmağa çalışıb... Amma necə deyərlər, iş-işdən keçmişdi...

Aşağı Quşçu sakinləri kənardan gələn yad qızları evində saxlayan həmkəndlilərindən də şikayətçidir. Barələrində narazılıq olanlar isə yerli polisdən xəbərdarlıq aldıqdan sonra tanımadıqları adamlara gecələməyə yer vermədiyini deyirlər.

Ümid edək ki, Aşağı Quşçunun ərşə çəkilən yuxusu bundan sonra pozulmayacaq...

APA.TV
Ardını oxu...
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
 
Ardını oxu...
Ağstafada 35 yaşlı Günel Məmmədovanın döyülərək öldürülməsi ilə bağlı xəbər vermişdik.

Hadisə ilə əlaqədar bir sıra faktlar ortaya çıxıb.

Hadisə ilə bağlı lent.az-a danışan mərhumun qardaşı Ramin Həsənov bildirib ki, bacısını əri və qayınanası döyüb:

“Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də, dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi. Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna dedi ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdı. Bahadı necə alım? Həmin məsələyə görə, Ayaz anası ilə birgə Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi”.

Ramin Həsənovun sözlərinə görə Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:

“Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdi ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi”.
 
Ardını oxu...
Ermənistanda əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova İTV-yə müsahibəsində Nikol Paşinyanın guya əsgərimizin orduda təzyiqlərlə üzləşməsi barədə sözlərini təkzib edib.
O deyib ki, oğlu ilə hadisədən 4 gün əvvəl danışıb və övladı müddətdən artıq hərbi xidmətdə qalmaq fikrində idi.
Xatırladaq ki, Ermənistanın baş naziri iddia etmişdi ki, guya Hüseyn təzyiqlərlə üzləşdiyinə görə qaçıb və buna görə də onun Azərbaycana qaytarılması sual altındadır. Ananın sözlərindən isə bunun tamamilə yalan olduğu görünür

 

Dünyapress TV

Xəbər lenti