Ardını oxu...
Xəbər verdiyimiz kimi, əsgər Bağırov Nurbala Asif oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
TEREF “Unikal”a istinadən məlumatına görə, 2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.

O, cari ilin iyul axında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.

Hərbçimiz bu gün doğulduğu kənddə dəfn olunub.
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin HIMARS artilleriya raket sistemləri üçün sursat tədarükünü üç dəfə azaltdığını bildirib.
Bu barədə Ukrayna liderinin mətbuat xidmətinin teleqram kanalına məlumat yerləşdirilib.

Zelenski vurğulayıb ki, HIMARS sistemləri Kiyevə çox kömək edib. O qeyd edib ki, raketlərin tədarükünün başlanğıcında hər ay üç dəfə bundan çox raket göndərilib.

"Ukrayna digər döyüş sursatlarının növlərində də çatışmazlıq yaşayır. Kiyevə yeni zərbə pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri (HHM) və onlar üçün sursatlar lazımdır",-deyə Zelenski əlavə edib.
 
Ardını oxu...
Rusiya hərbçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Donetsk vilayətindəki humanitar missiyasının avtomobilinə atəş açıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, hadisə zamanı 3 nəfər həyatını itirib.

“Təəssüf ki, Rusiyanın bu zərbəsi nəticəsində üç nəfər həlak oldu. Ailələrinə başsağlığı verirəm”,-deyə Zelenski qedy edib.

Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının həlak olmasını təsdiqləyib.
 
Ardını oxu...
Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müharibədə qələbəsi ilə bağlı plan II Sülh Sammitində mütləq təqdim olunmalıdır.
APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Mən bu məsələni əvvəlcə ABŞ prezidenti Co Baydenlə müzaakirə edəcəyəm. Çünki bu planın böyük hissəsi ABŞ və digər tərəfdaşlarımızdan asılıdır. Düşünürəm ki, hər kəs təzyiqin və yardımın miqyasını dərk edir. Ona görə də burada əlavə fikir söyləməyə ehtiyac yoxdur. Rusiyanı diplomatik yolla sülhə məcbur etmək məqsədilə bu plan mütləq təqdim edilməlidir. Tərəfdaşlarımız onu dəstəkləməsi çox vacibdir”.

 
Ardını oxu...
Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi qeyd olunub.

"Əməliyyatı 155-ci dəniz piyadalarının əsgərləri həyata keçirib. Qordeyevkaya dörd tərəfdən daxil olublar: Korenevo, Kulbaki, Martınovka kəndləri, həmçinin Neçayev kəndindən Ukrayna qoşunları sıxışdırılıb. Nəticədə Ukrayna Silahlı Qüvvələri ağır itkilərlə geri çəkilib.

Bu dəqiqələrdə Rusiya Silahlı Qüvvələri Apanasovka və Martınovka ərazilərində irəliləyir. Sudjanski rayonu ərazisinin azad edilməsi əməliyyatı davam edir", - deyə məlumatda bildirilib.
 
 
 
Ardını oxu...
Bazar ertəsi ABŞ bildirib ki, ballistik raketlərin İrandan Rusiyaya verilməsinin mükünlüyü barədə xəbərlərdən "inanılmaz dərəcədə narahatdır" və əgər bu, doğrudursa, "dramatik eskalasiya" olacaq, çünki Qərb müttəfiqləri tədbirlər görməyə "hazırdır".

"İran ballistik raketlərinin Rusiyaya verilməsi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə İranın dəstəyinin kəskin artması deməkdir. Biz və G7 tərəfdaşlarımız mühüm nəticələrə hazır olduğumuzu açıq şəkildə bildirdik", - Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanıTuran-ın suallarını cavablandırarkən bildirib.

Bu addım bazar ertəsi səhər Avropa İttifaqı Tehranın Rusiyaya qısa mənzilli raketlər verməsilə bağlı "səhih" kəşfiyyat məlumatlarına malik olduğunu bildirdikdən sonra atılıb. Bir neçə KİV Fath-360 raketlərinin tədarükünü təsdiqləyən iranlı rəsmi şəxslərə istinad edib.

"İran prezidenti Pezeşkian açıq şəkildə bəyan edir ki, öx ölkəsinin iqtisadiyyatının yaxşılaşması onun xarici münasibətlərinin və İranın dünyadakı vəziyyətinin yaxşılaşmasından asılıdır. Ancaq raketlərin verilməsi beynəlxalq təhlükəsizliyi və beynəlxalq düzəni təhdid edir", - Patel deyib.

Bazar ertəsi Kiyev İran raketlərinin Moskvaya tədarükü ilə bağlı xəbərdarlıq edib və Qərbi Rusiya ərazisindəki raket anbarlarını bombalamağa icazə verməyə çağırıb.

“ABŞ Ukraynanın Rusiya ərazisində Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazırdırmı?” sualının cavabında Patel deyib ki, siyasətdə heç bir dəyişiklik baş verməyib.
pressklub
 
 


 

Ardını oxu...
Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir.


Gundeminfo.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb.

Filmdə antiterror əməliyyatından görüntülər yer alıb. vakansiyalar

Həmin videonu təqdim edirik:




Ardını oxu...
Ukrayna əsgərləri Donetsk vilayətinin Nyu York şəhərinin mərkəzində dövlət bayrağını sancıblar.

TNS xəbər verir ki, bu barədə "Deep State" monitorinq mərkəzi məlumat yayıb.

Bildirilib ki, bayrağı 53-cü ayrı-ayrı mexanikləşdirilmiş briqadanın 2-ci mexanikləşdirilmiş batalyonunun əsgərləri sancıblar.
 
 
 
Ardını oxu...
ABŞ “Ramştayn” görüşündə Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib. Yeni yardım paketinə aşağıdakılar daxildir:

- döyüş sursatı, o cümlədən HIMARS üçün;
- Javelin və AT-4 tank əleyhinə sistemlər;
- Bradley piyada döyüş maşınları;
- M113 zirehli şəxsi heyət daşıyıcıları;
- MRAP – minaya davamlı pusqudan qorunan avtomobillər;
- patrul qayıqları;
- dəniz təlimi avadanlığı;
- maneələrin sökülməsi üçün sursat və avadanlıqlar;
- ehtiyat hissələri və digər köməkçi avadanlıqlar.

Bütün bunlar birbaşa ABŞ hərbi anbarlarından köçürüləcək. Yardım paketinə həmçinin nəqliyyat, texniki xidmət və təlim xərcləri daxildir.

Mayın ortalarında Ukrayna prezidenti Volodimir Zelenski AFP-yə müsahibəsində ölkənin ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərinin yalnız dörddə birinə sahib olduğunu bildirib.

Zelenski həmçinin bir neçə dəfə Qərb ölkələrinin Rusiya ərazisinə hücum etmək üçün silahlarından istifadəni məhdudlaşdırmasını tənqid edib. Bundan sonra Kyivin bir çox tərəfdaş ölkələri Ukraynaya keçirdikləri silahlarla Rusiya ərazisini vurmağın əleyhinə olmadıqlarını bəyan etməyə başladılar.
Ardını oxu...
Bu həftə Kanadada pakistanlı bir şəxs Nyu-York şəhərinin Bruklin ərazisində yerləşən yəhudi mərkəzinə silahlı hücum hazırlamaqda ittiham olunaraq, həbs edilib. İttihama əsasən, hücum 7 oktyabr tarixində HƏMAS-ın İsrailə hücumunun ildönümü günündə həyata keçirilməli idi.

ABŞ-ın baş prokuroru Merrik Qarland bildirib ki, Məhəmməd Şahzeb Xan yaşadığı Kanadadan Nyu-Yorka “İŞİD adı altında mümkün qədər çox yəhudini qətlə yetirmək məqsədi ilə” getməyə cəhd edib.

Şahzeb Cadun kimi də tanınan 20 yaşlı gənc sentyabrın 4-də həbs edilib və İraq Şam İslam Dövlətini təmsil edən terror qruplaşmasına maddi dəstək və resurslar verməyə cəhddə ittiham olunub.

"Dünən Kanadanın ictimai təhlükəsizlik nazirinə dediyim kimi, biz kanadalı tərəfdaşlarımıza bu məsələdə kritik hüquq-mühafizə tədbirlərinə görə dərin minnətdarlığımızı bildiririk", Garland bildirdi. "Yəhudi icmaları - bu ölkədəki bütün icmalar kimi - nifrətlə dolu terror hücumunun hədəfinə çevriləcəklərindən qorxmamalıdırlar."

ABŞ rəsmiləri bildiriblər ki, Xan ötən ilin noyabrından şifrəli mesajlaşma proqramı vasitəsilə digərləri ilə ünsiyyətində və sosial media yazılarında İŞİD-in təbliğat videolarını paylaşmağa və terror qruplaşmasına dəstəyini ifadə etməyə başlayıb.

ABŞ Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Xan iki gizli hüquq-mühafizə orqanının əməkdaşı ilə söhbətində ABŞ-da yaşayan başqa bir İŞİD tərəfdarı ilə birlikdə Amerikadakı yəhudi mərkəzlərinə hücumlar planlaşdırdığını və bunun üçün AR tipli hücum tüfəngləri, döyüş sursatları və digər materialları əldə etməli olduğunu etiraf edib.
 

Dünyapress TV

Xəbər lenti