Ardını oxu...
Ötən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Voronej vilayətində silah anbarına zərbə endirib.

TEREF lent.az-a istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev “Telegram”-da paylaşım edib.

Podqorensk rayonunda yerləşən silah anbarında partlayışlar başlayıb və partlayışlar hələ də davam edir. Qəsəbədə fövqəladə vəziyyət elan olunub, yollar bağlanıb, əhalinin avtobuslarla müvəqqəti sığınacaqlara daşınmasına hazırlıq aparılır.

Qeyd edilib ki, partlayışlar nəticəsində artıq evlərdən biri yanıb.

 
Ardını oxu...
Ukraynaya məxsus təyyarə tipli PUA Rusiyanın Belqorod vilayətinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumun qarşısı alınıb. Ukraynaya məxsus PUA vurulub.
 
Ardını oxu...
Kreml öz təbliğatçılarına “xüsusi hərbi əməliyyat” üçün yeni ad düşünüb və göstəriş verib ki, Rusiya deyil, məhz Ukrayna sülhdən imtina etdiyini bildirsinlər. Axar.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.

Belə ki, Rusiya hakimiyyəti dövlət nəzarətində olan media orqanlarına Ukraynaya tammiqyaslı hərbi müdaxilənin bundan sonra “xüsusi hərbi əməliyyat” deyil, “Ukrayna münaqişəsi” adlandırmaq əmri verib. Rusiya hakimiyyəti media nümayəndələrinə “Rusiyanın dialoqdan imtina etmədiyini”, “Ukrayna və Qərbin ultimatum dilində danışdığını” vurğulamağı tövsiyə edib.

 
Ardını oxu...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib.

Müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib.

Kərəm Mustafayev məlumatı təsdiq edib.
 
Ardını oxu...
“Azov” briqadası faktiki olaraq Ukraynada ölkə prezidenti Vladimir Zelenskini qorxutmaqla hərbi çevriliş həyata keçirib.

Musavat.com xəbər verir ki, hadisələrin bu versiyası Youtube-da amerikalı jurnalist Kim İversen tərəfindən verilib.

Jurnalist qeyd edib ki, “Azov”un qərargah rəisi Boqdan Kroteviç Ukrayna ordusunun baş qərargah rəisi Yuri Sodolu tənqid edəndən sonra Zelenskinin komandanı işdən çıxarması faktı hakimiyyətin tam olaraq briqadaya keçməsindən xəbər verir.

“Bu, Ukraynada artıq sakit çevrilişin baş verdiyini, briqadanın Zelenskini qorxutduğunun sübutudur” , - deyən İversen hesab edir ki, “Azov” Zelenskini hədələyir, ona münaqişəni sona çatdırmağa imkan vermir. O əmindir ki, döyüş əməliyyatlarının davam etdirilməsi briqadanın gücünü saxlamağa kömək edir.
 
Ardını oxu...
NATO Türkiyə ilə müharibəyə hazırlaşan Yunanıstanla bağlı dünya ictimaiyyəti üçün açıqlama yayıb.

Publika.az xəbər verir ki, NATO-nun Əməliyyat Hava Tapşırıq Birlikləri (SOATUs) qiymətləndirmə prosesini tamamlayıb. Qiymətləndirmə 21-28 iyun 2024-cü il tarixləri arasında ölkənin bütün ordu növlərinin meyarlarından istifadə edilməklə həyata keçirilib.

Qeyd olunub ki, Yunanıstanın komando bölmələri əməliyyat hazırlığını sınaqdan keçirib və artıq döyüşə hazırdır.

Həmçinin bildirilir ki, Xüsusi Müharibə Komandanlığının (DEP) şəxsi heyəti peşəkarlıq və yüksək hazırlıq səviyyəsini vurğulayan mürəkkəb və real olaraq sınaqdan keçirilib.

Bunun NATO-nun uğurlu qiymətləndirmə proseslərinin davamı olduğunu və Silahlı Qüvvələrin müttəfiq standartlarına sürətlə uyğunlaşdığını sübut etdiyi vurğulanır.
 

VİDEO

Ardını oxu...
  

Rusiya ordusu Dnepropetrovsk vilayətindəki Dolqintsevo aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin “İskəndər”lə vurub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı görüntüləri Rusiya Müdafiə Nazirliyi yayıb.

Həmin görüntüləri təqdim edirik:

 

 
 
 
 
 
 
 
 
00:30
 
00:30
 
 
 

 

Musavat.com

 
 
Ardını oxu...
 

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı, ehtimal ki, Qəzza zolağında atəşkəs razılaşmasına yaxınlaşıblar.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı İsraildəki mənbəyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail və HƏMAS görünür, "çərçivə sazişi bağlamaq ərəfəsindədir". Mənbə qeyd edib ki, yəhudi dövlətində HƏMAS-ın son cavabının tərəflərə razılığa gəlmək üçün "ətraflı danışıqlara" başlamağa imkan verəcəyini güman edirlər.

Bununla birlikdə, CNN müqavilənin taleyinin hələ həll olunmadığını vurğulayıb.

Ardını oxu...
Kollektiv Qərb uzunmüddətli perspektivdə Ukraynanın hərbi potensialını gücləndirməyə çalışır.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Bununla belə, Ukraynaya uzun illər ərzində təcavüzün qarşısını almaq və ondan müdafiə olunmaq qabiliyyətini inkişaf etdirməsi eyni dərəcədə vacibdir", - o, Brukinq İnstitutunda deyib.

ABŞ Xarici Siyasət Departamentinin rəhbəri deyir: "Ukrayna özünün hərbi-sənaye kompleksini özünü təmin etməyə imkan verəcək şəkildə inkişaf etdirir. Və biz çalışırıq ki, Ukraynaya özəl investisiyalar daxil olsun ki, onun iqtisadiyyatı inkişaf etsin və çiçəklənsin".
Ardını oxu...

Kiyevdə Obolon rayonuna Rusiyaya məxsus raketin qalıqlarının düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Kiyev şəhər meri Viralio Kliçko məlumat verib.

Raket qalıqları Obolon bölgəsində çoxmərtəbəli binaya ziyan vurub. Kliçko bildirib ki, zədələnmiş evdən 10 sakin təxliyə edilib.

“Hazırda beş zərərçəkən həkimə müraciət edib, onların hamısı stressə qarşı kəskin reaksiya ilə xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə yardım göstərilir”, - deyə Kliçko əlavə edib.

 

 

Dünyapress TV

Xəbər lenti