Ardını oxu...
Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.

Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.

Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.

SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.
 
 
 
Ardını oxu...
İran İsrailə avqustun 5-də zərbə endirə bilər.

seher.media xəbər verir ki, bu barədə "Axios" ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Üç ABŞ və İsrail rəsmisi bildirib ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər.

Xatırladaq ki, avqustun 3-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla Yaxın Şərqə gedib. O, İranın mümkün hücumuna qarşı müttəfiqlər koalisiyasının yaradılmasına çalışır. Kurilla Körfəz ölkələri, İordaniya və İsrailə səfər etmək niyyətindədir.
 
Ardını oxu...
Ukrayna müharibənin 893-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər
582 910 hərbçi,
8 411 ədəd tank,
16 255 ədəd zirehli döyüş maşını,
16 276 ədəd artilleriya sistemi,
1 138 ədəd RYAS (reaktiv yaylım atəş sistemi),
911 hava hücumundan müdafiə sistemi,
363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter,
22 006 ədəd avtomobil texnikası,
13 103 ədəd PUA,
2412 qanadlı raket,
28 gəmi/kater,
1 sualtı qayıq,
2 734 xüsusi avadanlıq itirib.
 
Ardını oxu...
Adı 20-ci əsr Almaniya tarixinə ən müəmmalı və “qaranlıq” simalardan biri kimi düşən Martin Bormanı 3-cü Reyxin “boz kardinalı” adlandırıblar.
Borman Adolf Hitlerin ən yaxın silahdaşlarından biri olub. Nasist partiyasının kargüzarlıq rəhbəri, eyni zamanda Hitlerin şəxsi katibi, o cümlədən partiya məsələləri üzrə nazir vəzifəsini daşıyan Bormanın vəzifə funksiyaları füreri bütün sahələr üzrə məlumatlandırmaq, qərarların qəbul edilməsi üçün layihələr təqdim etmək, ən başlıcası isə Hitleri rəsmi və qeyri-rəsmi görüşlərdə, tədbirlərdə müşayiət etməkdən ibarət olub.

Martin Borman 1900-cü ildə Almaniyanın Hannover şəhərində anadan olub. Çox erkən yaşlarında atasını itirdikdən, anası ikinci dəfə ailə qurduqdan sonra Borman ailədə ona göstərilən soyuq münasibətə görə orta təhsilini yarımçıq qoyaraq ətraf kəndlərdə fermalarda işləməyə başlayıb.

1918-ci ildə Borman hərbi xidmətə çağırılaraq Birinci Dünya müharibəsində iştirak edib. Ordudan tərxis olunduqdan sonra o, bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olub.
Ardını oxu...
Borman 1920-ci illərin ortalarından nasist partiyasına maraq göstərərək 1927-ci ildə bu partiyanın üzvlüyünə qəbul edilib. İşgüzarlığı, dəqiqliyi, kargüzarlıq işlərindəki səliqəsi və öhdəsinə düşən işi lazımi səviyyədə icra etməsi ilə fərqlənən Borman Hitlerin diqqətindən yayınmayıb. Fürer onu nasist partiyasının kargüzarlığının rəisi vəzifəsinə təyin edib. 1942-ci ildə isə Borman eyni zamanda Hitlerin şəxsi katibi vəzifəsinə də təyinat alıb.

Borman kargüzarlıq aparatının rəhbəri kimi gündəlik olaraq Hitler üçün informasiya xarakterli arayışlar hazırlayıb. O, baş verən hadisələrlə bağlı məlumatları fürerə elə mükəmməl şəkildə təqdim edib ki, Hitler həmin hadisələr haqqında ikinci bir mənbədən əlavə informasiya almağa ehtiyac duymayıb.

Hitlerlə bu cür qarşılıqlı etimad və inamlı münasibətlərdə Borman istənilən bir məsələni özünə sərf edəcək şəkildə həll etməyə nail olub. 3-cü Reyx məmurları Bormanın bu gücünü və səlahiyyətlərini bildiyindən bir çox iş və şəxsi problemlərini məhz onun vasitəsi ilə həll ediblər.

Borman həm də Hitler komandasının ən təhlükəli simalarından biri kimi tanınıb. Kifayət qədər qapalı şəxs olan Borman partiyadaşlarına olan münasibətini heç vaxt açıq şəkildə bildirməyib. Partiyadaxili qruplaşmalarda onun mövqeyini müəyyənləşdirmək mümkün olmayıb.
Ardını oxu...
Hitler Bormanı bütün ali tədbirlərdə ölkənin ikinci şəxsi kimi təqdim edib. Bu xüsusi təqdimat sayəsində Borman nüfuzlu nasistlərin üzərində özünü daha yüksək ranqda göstərərək Rözenberq, Göbbels və digər yüksəkvəzifəli nasistlərin fikirləri, təklifləri ilə hesablaşmayıb.

Bormanın ziddiyyətli və mürəkkəb bir şəxs olması onun haqqında fərqli fikirlərin səsləndirilməsinə səbəb olub. Bəzi araşdırmaçıların qənaətinə görə, Borman İkinci Dünya müharibəsindən, Almaniyanın qələbəsindən sonra Hitleri devirmək, hakimiyyətə gəlmək planları cızıb. Digər versiyalara görə, Borman SSRİ kəşfiyyatına da işləyib.

Bu və digər versiyaların doğru olub-olmaması hələ də arxivlərdə “məxfi” qrifli qovluqların içərisində saxlanılaraq Bormanı qapalı bir şəxs kimi saxlayır. Amma Bormanın görünən tərəfləri ilə bağlı faktlar da az deyil.

Martin Borman Hitler komandasının, nasist Almaniyasının yeganə şəxsidir ki, 1 oktyabr 1946-cı ildə Nürnberq məhkəməsi onu qiyabi şəkildə ölüm cəzasına məhkum edib.

Almaniyanın müharibədə məğlubiyyətindən sonra Bormanı tapmaq, həbs etmək mümkün olmayıb. Hətta ən yaxın ətrafı belə Bormanın harada olması, necə qaçması, hansı ölkəyə keçməsi haqqında məlumatsız olublar.

Sonuncu dəfə Borman 1945-ci ilin mayın 1-dən 2-nə keçən gecə Hitlerin bunkerində görünüb. Həmin gecə o, xüsusi təyinatlı qrupun mühafizəsi altında bunkeri tərk edərək Almaniyanın qərb hissəsinə doğru gedib.

Belə bir versiya da mövcuddur ki, Borman bunkeri tərk edərkən yolda atılan topların qəlpəsindən həlak olub. Amma fakt budur ki, Bormanın nə özü, nə də meyiti ələ keçib.
Ardını oxu...
Borman haqqında belə bir məlumat da var ki, o, bunkeri tərk edərkən fürerin otağında olan və Hitlerə məxsus olan 194 kiloqram qızıl və zinət əşyalarını da özü ilə götürüb.

Bəziləri onun Argentinaya qaçmasını, bəziləri Amerika Birləşmiş Ştatlarında yaşadığını, digərləri isə sovet kəşfiyyatının əli ilə onun SSRİ-yə keçməsi haqqında fikirlər irəli sürüblər. Hətta versiyaların birinə görə, Borman 1973-cü ilə qədər Moskvada yaşayıb.

Beləliklə, “Boz kardinal”ın siyasi fəaliyyəti kimi sonluğu da müəmmalı yekunlaşıb.

Qeyd edək ki, Bormanın sovet kəşfiyyatı ilə əməkdaşlıq etməsi bir neçə mənbədə qismən təsdiqlənib. Marşal Andrey Yeremenko sonralar yazdığı memuarlarında Bormanın sovet kəşfiyyatı ilə əməkdaşlığını faktlarla qeyd edib və Almaniyanın məğlubiyyətindən sonra onun gizli şəkildə SSRİ-yə gətirilməsini də açıqlayıb.

İlham Cəmiloğlu,
Musavat.com
 
Ardını oxu...
Avqustun 3-də Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası keçirilib. Bu barədə Dia-az.İnfo-ya MN-dən xəbər verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.
Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.
Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların müsbət nəticəsindən danışıb.
General-polkovnik K.Vəliyev Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini təhlil edərək bildirib ki, müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.
Sonra müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov cari ilin ilk altı ayı ərzində təminat sahəsində görülən işlər, qoşunların yeni silah və texnika ilə təchizatı, şəxsi heyətin psixoloji hazırlığı və hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Baş direktor bildirib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hərbi təhsil sahəsində cəlbediciliyin artırılması istiqamətində görülən tədbirlər, o cümlədən respublikamızın 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı 5500-dən artıq olmuşdur. Bu da yüksək keyfiyyətlərə malik namizədlərin seçilməsinə, qoşunların taktiki səviyyədə komplektləşdirilməsi, həmçinin kadr ehtiyatlarının yaradılmasında kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan verir.
Qış mövsümünə hazırlıqla bağlı məsələlərə toxunan Baş direktor Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən tədbirlərin plana uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini bildirib.
Daha sonra müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev bölmələrin döyüş qabiliyyətinin artırılması və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlim və məşğələlərin intensivliyinin artırıldığı, bölmələrdə döyüş növbətçiliyi və digər xidməti-döyüş fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyi bildirilib.
İclasda çıxış edən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə HHQ bölmələrində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin illik hazırlıq planına uyğun daha keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıblar.
İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Müşavirənin yekununda çıxış edən müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini qeyd edib.
Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına əməl edilməsinə, həmçinin hərbi qulluqçuların psixoloji hazırlığına və maarifləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müdafiə naziri növbəti tədris ili bağlı görülən işlərin plana uyğun şəkildə və keyfiyyətli icrasına dair əlavə göstərişlər verib. Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.
Şəxsi heyətin sosial-məişət şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərin mütəmadi olaraq yoxlanılması və ciddi nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.
Ali Baş Komandanın qeyd etdiyi fikirləri bir daha xatırladan general-polkovnik Z.Həsənov istənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır deyərək müşavirəyə yekun vurub.
 
Ardını oxu...
İsrail hərbçiləri Livandan İsrailin şimalındakı Yuxarı və Qərbi Qaliley ərazilərinə çoxsaylı raket və mərmi atışlarını qeydə alıblar.

TEREF Axar.az-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Mərmilərdən biri İsrailin şimalındakı Avivim kəndi yaxınlığında düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Ardını oxu...
“Amerikalılar bölgədəki eskalasiyaya görə Suriyadakı hərbi bazalarını gücləndirirlər”.

Bu barədə RİA Novosti agentliyi Suriyadakı hərbi mənbəsinə istinadən məlumat dərc edib.

Bildirilir ki, Amerika hərbçiləri Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki bazalarını gücləndirməkdə davam edir.

“ABŞ silahlı qüvvələri hücum imkanlarını təkmilləşdirmək üçün bazalarını 15 “Apaçi” helikopteri ilə gücləndirib. Həsəkə vilayətinin kəndlərində yerləşən Xarab əl-Cir bazasına hərbi texnika, hava hücumundan müdafiə batareyaları, hərbi qulluqçular və 25 təyyarə gətirilib”.

Xatırladaq ki, Pentaqon daha öncə ABŞ müdafiə nazirinin Yaxın Şərqdə İsraili müdafiə etmək üçün əlavə qüvvələrin yerləşdirilməsinə nəzarət edəcəyini açıqlamışdı.
 
Ardını oxu...
Krımda Rusiya Hərbi Donanmasına məxsus “Rostov-na-Donu” gəmisinə raket zərbəsi endirilib.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat S-400 raket kompleksi ilə həyata keçirilib.
 
Ardını oxu...
ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində noyabrda keçirilən ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağının istisna edilmədiyini bildirib. Amma o, bundan əmin olmadığını diqqətə çatdırıb:
“Bəlkə, müharibənin tempində yavaşlama olacaq. İctimai rəy artıq formalaşıb. Bu müharibə iki il yarımdır davam edir. Hər kəs öz limitlərini görür. Nüvə silahı tətbiq olunmadan hara qədər gedə bilinəcəyini də hər kəs anlayıb. Artıq hesab-kitab vaxtıdır”.
Qeyd edək ki, Ukraynadakı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Mövzu ilə bağlı “Sherg.az”a danışan “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, Ukraynada müharibə doğrudan da dalana dirənib:

“Eyni zamanda mövqe döyüşləri gedir. Tərəflərdən heç biri ciddi irəliləyiş əldə edə bilmirlər. Rusiya cuzi şəkildə müəyyən ərazilər tutur ki, bu da itkilərlə adekvat deyil. Proses nüvə müharibəsinə doğru gedir. Artıq hər iki tərəfin də bütün imkanlar tükənir. Ukraynadakı müharibənin prespektivdə Üçüncü Dünya Müharibəsinə, birbaşa Rusiya və ABŞ toqquşmasına gətirib çıxaracağı istisna deyil. Belə olan halda Rusiya və Ukrayna dedikləri kimi sülh istəyirlərsə, ikitərəfli təmaslara üstünlük verməlidirlər. İkitərəfli danışıqlar olmadan müharibənin yaxın vaxtlarda başa çatacağı ağlabatan görünmür. Məhz qarşılıqlı təmaslar nəticəsində tərəflər dil tapmalıdır və biri-birilərinə etimad mühiti formalaşmalıdır. Amma noyabr ayında ABŞ-də keçirilən prezident seçkilərinə qədər atəşkəsin əldə olunacağını düşünmürəm. Çünki Ukrayna və Rusiya buna hazır deyil. Hətta tərəflər buna hazır olsalar belə, ABŞ və Avropa Birliyi mümkün qədər bunun qarşısını almağa çalışacaqlar. Rusiya və Ukrayna isə oyunun qurbanları olduqlarını başa düşməlidirlər. Ona görə ortaq düşmən olan Qərbə qarşı mövqe ortaya qoymalıdırlar".
 
Ardını oxu...
Bayden administrasiyası əmindir ki, İran HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırır. ABŞ bu hücuma qarşı durmağa hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə "Axios"a üç Amerika rəsmisi bildirib.
ABŞ rəsmiləri İranın cavab tədbirinin 3 apreldə İsrailə hücumuna bənzər şəkildə baş verəcəyini gözləyirlər. Lakin hücum potensial olaraq daha böyük miqyasda baş verə və Livan "Hizbullahı"nı da əhatə edə bilər.
İranın ali dini lideri Ayətullah Əli Xamenei və digər yüksək səviyyəli İran siyasi və hərbi rəsmiləri Tehranın Haniyənin öldürülməsinə görə qisas almaq niyyətində olduğunu bildiriblər.
"Hizbullah" lideri Həsən Nəsrullah da çərşənbə axşamı İsrailin Beyruta endirdiyi hava hücumubaş nəticəsində hərbi məsləhətçisinin öldürülməsinə cavab verəcəyini vəd edib.
Bayden administrasiyası İsraili İranın əvvəlki hücumundan qoruyan ölkələrin eyni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin daha çətin ola biləcəyindən narahatdır. Haniyənin qətli İsrail və HƏMAS arasındakı müharibə kontekstində baş verib və bu müharibə bütün regionda güclü anti-İsrail əhval-ruhiyyəsi yaradıb.
Aprel hücumu İsrailin İranın Dəməşqdəki obyektinə hava hücumu nəticəsində yüksək rütbəli iranlı generalın ölümünə cavab idi.
Amerikalı rəsmilərdən biri deyib ki, ABŞ kəşfiyyatı İranın qisas almaq üzrə olduğuna dair açıq-aşkar siqnallar almağa başlayıb.
İki ABŞ rəsmisi bildirib ki, iranlılar və onların etibar etdiyi şəxslərə İsrailə hücumu hazırlanmaq və əlaqələndirmək üçün bir neçə gün vaxt bəs edə bilər.
Başqa bir ABŞ rəsmisi Pentaqon və ABŞ Mərkəzi Komandanlığının aprel hücumundan əvvəl olduğu kimi yenə də hazırlıqlar apardığını bildirib.
O qeyd edib ki, hazırlıqlara Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdəki ABŞ hərbi aktivləri cəlb edilib.
"Bizi bir neçə ağır gün gözləyir", - deyə ABŞ rəsmisi bildirib.
İsrail kəşfiyyatı İranın geniş miqyaslı raket hücumu edəcəyini gözləyir.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə riski bu gün də qalmaqdadır.
O, Bayden administrasiyasının daha geniş müharibə və eskalasiyanın qarşısını almaq üçün diplomatiya yolu ilə intensiv səy göstərdiyini vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti