Ardını oxu...
Muzdlular Ukraynanın işğal olunmuş ərazilərində təlim keçəcəklər, sonra döyüşə girəcəklər

“Onbeş” beynəlxalq briqadasına daxil olan “ArBat” erməni bölməsi İndoneziyadan “könüllülər”in qrupa cəlb olunduğunu elan edib. Muzdlu əsgərlər Ukraynanın işğal olunmuş ərazilərində təlim keçəcəklər, sonra döyüşə girəcəklər. "Artıq bir sıra yerli sakinlər var ki, onlar Donetsk Xalq Respublikasına (separatçı rejim - red) getməyə, bizim təlimatçılarla təlim keçməyə və əllərində silahla döyüşməyə hazırdırlar", - bölmənin “Telegram” kanalında deyilir. Yazı indoneziyalıların bölməyə tərif şüarı səsləndirdiyi video ilə müşayiət olunur.

Rusiya mediası yazıb ki, “ArBat” 2022-ci ilin sentyabrında yaradılmış xüsusi təyinatlı dəstədir və hücum mobil qrupudur. Ona “Abrek” çağırış işarəsi olan keçmiş “Vaqner” muzdlu döyüşçüsü Hayk Qasparyan komandirlik edir. 1 iyul 2023-cü ildə bölmə rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olub. İndi Kursk vilayətində “ArBat” döyüşçüləri də döyüşürlər.

Bölmənin təsisçisi Armen Sarkisyandır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, bu, Donetsk vilayətindən olan “Qorlovski” ləqəbli kriminal ünsürdür. O, qaçaq olan sabiq Prezident Viktor Yanukoviçin ailəsi ilə əlaqəli olub və Maydana qarşı çıxan qüvvələrin təşkilatçısı adlandırılırdı. 2014-cü ildən Sarkisyan Ukraynanın tələbi ilə beynəlxalq axtarışa verilib.
Ardını oxu...
Mart ayında Rusiya Müdafiə Nazirliyi İndoneziyadan olan azı 10 muzdlu əsgərin Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşdüyünü açıqlamışdı. Öz növbəsində, İndoneziya Xarici İşlər Nazirliyi heç vaxt belə bir məlumat almadığını və "bu məlumatın əlavə öyrənilməsini tələb etdiyini" bəyan etmişdi.

İndoneziya Milli Ordusunun spikeri, general-mayor Nuqraha Qumilar isə vurğulayıb ki, onun hərbi qulluqçuları Ukraynada döyüşə bilməz, çünki muzdluların fəaliyyəti qanunsuzdur.

“Ordu ölkənin suverenliyini, ərazi bütövlüyünü, eləcə də bütün xalqı qan tökməkdən qorumağa çağırılır. Muzdlu fəaliyyət əsgərlərimizin sadalanan üç vəzifəsinin heç birinə aid deyil”, - deyə Qumilar vurğulayıb.

Bununla yanaşı, Rusiyanın Hindistan vətəndaşlarını müharibəyə cəlb etdiyi məlumdur. Onlar aldadılıb, yüksək maaş və “köməkçi işdə” iştirak etdiklərinə görə Rusiya pasportu vəd edilib, Moskvaya çatan kimi cəbhəyə göndəriliblər. Baş nazir Narendra Modi şəxsən vəziyyətə müdaxilə edib, bundan sonra Rusiya Prezidenti Vladimir Putin ona bütün belə muzdluları azad edəcəyini vəd etmişdi.

Ötən ilin sonlarında Hindistan və Çinlə həmsərhəd olan Nepalın ən azı 200 vətəndaşının Rusiya ordusuna cəlb olunduğu bildirilirdi. Daha sonra onlardan ən azı 14-ü Ukraynada dünyasını dəyişib. Bu barədə xarici işlər naziri Prakaş Saud bildirib. Ölkə Moskvadan müharibədə qalan nepallıları dərhal tərxis etməyi və onları, həmçinin həlak olan və yaralananları vətənlərinə qaytarmağı tələb etdi.

Bu çağırış isə işə götürənlərin həbsinə və nepallılara Rusiyada iş icazəsinin verilməsinin dayandırılmasına səbəb olub. Bundan əvvəl Rusiya ordusu tərəfində Somali, Suriya, Kuba və Çindən olan muzdluların da müharibədə iştirak etdiyi bildirilirdi. Eyni zamanda, Moskva serbləri də “könüllü” qismində müharibəyə cəlb edir.

Müəllif: Turan Abdulla
ayna.az
 
 

 


Ardını oxu...
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
 
 
Ardını oxu...
Ankara bir F-35 eskadronu və bir eskadrilya F-35B almaq istəyir

Türkiyə ABŞ-a təklif edib və bu təklifə əsasən, ölkə Amerikanın yeni nəsil F-35 qırıcılarının alınması müqabilində Rusiyadan aldığı S-400 zenit-raket komplekslərindən (SAM) istifadədən etməkdən imtina edir. Bu barədə “Cümhuriyyət” qəzeti Ankaradakı mənbələrə istinadən yazıb.

Jurnalistlərin fikrincə, Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400-ləri “hazırda yerləşdikləri anbarlarda” Vaşinqtonun nəzarəti altında qoymağı öhdəsinə götürür. Bunun müqabilində Ankara bir F-35 eskadronu və bir eskadrilya F-35B almaq istəyir.

Türkiyə rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.
 

Ardını oxu...
Neftçala şəhər sakini İbrahimov Murad Seyfulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Daxili qoşunların komandanı, general-leytenant Sahin Məmmədovun bacısı oğlu Rəşad Məmmədov onu qərəzli şəkildə işdən çıxarıb:

“Mən, İbrahimov Murad Seyfulla oğlu, yazaraq bildirirəm ki, haqsız yerə işdən çıxarılmışam.

4 il Daxili qoşunlarda xidmət etmişəm. Daxili qoşunların komandanı Şahin Məmmədovun bacısı oğlu Rəşad Məmmədov məni qərəzli şəkildə işdən çıxarıb. Hərbi hissə komandiri Milli qəhrəman adından istifadə edərək, xəbərim olmadan işimə son verib.

Hətta qanunsuzluğun həddinə baxın ki, məni 156-cı maddə ilə işdən uzaqlaşdırıb. İndi heç bir yerdə işə düzələ bilmirəm.

Ardını oxu...

Ailəliyəm, övladım var. Belə haqsızlıq olmaz axı! Sabah, birigün müharibə olsa, yenə bütün vəzifə sahibləri - özləri də, övladları da gizlənəcək. Amma bu gün “at oynadırlar”.

Rütbəsi olan bəzi məmurlar öz keflərindən geri qalmırlar.

Şahin Məmmədov bütün qohum-əqrabasını hərbi hissəyə yığıb. Öz qohumları işləsin deyə mənim kimi vətəndaşın da haqqına girib, balasının çörəyinə bais olur.

Rütbəlilərin hamısı hərbi hissədə şortiklə gəzib, kondisionerin altında dincəlirlər. Heç bir çəkiliş kanalı gəlib həmin vaxt şəkiliş etmir ki, yuxardakı qurumlar da görsün.

Qocalmağına baxmayaraq işindən çıxmaq istəmir. Özü işsiz qalmır, amma kimlərisə işsiz qoyur.

Onu da deyim ki, 156-cı maddə ilə işdən çıxarılan tək mən deyiləm”.
Ardını oxu...
Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupu Oman körfəzinə yerləşdirilib

Amerikanın “Planet Labs” şirkətinin peyk məlumatlarına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupu Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İran sahillərində Oman körfəzinə yerləşdirilib.

AYNA-nın xarici mediaya istinadən məlumatına görə, regionda yerləşən nüvə enerjisi ilə işləyən təyyarədaşıyan “USS Theodore Roosevelt”ə keçən həftənin sonunda “USS Abraham Linkoln” qoşulub.

Pentaqonun məlumatına görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailə dəstək məqsədilə Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupunun mövcudluğu barədə göstəriş verib.

Pentaqonun press-relizində deyilir: "Nazir İsrailə dəstək üçün bölgədə iki aviadaşıyıcı zərbə qrupunun mövcudluğunu davam etdirməyi əmr etdi".

Qeyd edilib ki, Ostin bu qərarını bazar günü israilli həmkarı Yoav Qalantla telefon danışığında açıqlayıb.
 
 
 
Ardını oxu...
"İsrail hərbçiləri avqustun 25-də Hizbullah hərəkatının yaraqlılarının İsrailə qarşı genişmiqyaslı hücumunun qarşısını ala biliblər, nəticədə Livandan olan radikalların gecə hücumu nəticəsində dəymiş ziyan minimal olub".

Bu barədə TASS-a İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova məlumat verib.

"Bu səhər İsrail ordusu İsrailə genişmiqyaslı hücum cəhdinin qarşısını ala bildi və nəticədə Livandan gələn zərbələr planlaşdırıldığı qədər təsirli olmadı və zərər minimal oldu", - Ukolova bildirib.

O qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Hizbullahın raket buraxılış sistemlərinə və mövqelərinə davamlı zərbələr endirməkdə davam edir.
 
Ardını oxu...
“İngiltərə və Fransa 1940-cı ildə Bakıda neft yataqlarını bombalamağı planlaşdırırdı”.

Referans.az xəbər verir ki, Rusiya Prezident Kitabxanası “Fransa Baş Qərargahının məxfi sənədləri” kolleksiyasından olan Fransadakı Müttəfiq Quru Qoşunlarının baş komandanı, general Moris Qamelenin Sovet İttifaqının məhv edilməsi planlarına dair notasını dərc edib.

Məqalədə bildirilir ki, İngiltərə və Fransa 1940-cı ildə Bakıda sovet neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürməyi və son nəticədə Sovet İttifaqının dağılmasına nail olmağı planlaşdırırdılar.

“1940-cı ilin əvvəllərində İngiltərə və Fransa Sovet İttifaqının o vaxt döyüşdüyü Finlandiyadan zərbələr endirmək, Leninqradı tutmaq, yerli sovet neft yataqlarını dağıtmaq, habelə SSRİ-yə qarşı müharibəyə başlamaq haqqında fundamental qərar qəbul etdilər. Bu qərarı İngiltərə və Fransanın hərbi rəhbərliyinin əsas rəsmi orqanı olan Ali Hərbi Şura verdi. Plana hər iki ölkənin baş nazirləri, Nevil Çemberlen və Eduard Daladier başçılıq edirdilər. Qafqazın neft mədənlərinə qarşı hərbi əməliyyatlar bu regionda neft sənayesini məhv etməyə yönəldilməli idi. Yerüstü əməliyyat müxtəlif çətinliklər yaratdığından müttəfiqlər Bakıya hava hücumu məsələsini nəzərdən keçirməyə vadar olmuşdular. Bakı Qafqazın ən böyük neft mərkəzi idi və Rusiya neft hasilatının 75%-i Bakının quyularından əldə edilirdi. Bakıya zərbə SSRİ-ni Qafqaz neftinin əhəmiyyətli bir hissəsindən məhrum edərdi. Hətta bir neçə aydan sonra SSRİ-nin çətinlikləri o həddə çata bilərdi ki, bu dövlət tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qalardı. Hesablamalara görə, hava zərbələrinin Bakıdan 400-700 kilometr aralıda yerləşən Türkiyə və ya İrandan, eləcə də Suriya və İraqdakı bazalardan həyata keçirilməsi planlaşdırılırdı”, – deyə məqalədə qeyd olunur.

 
Ardını oxu...
İranın xarici işlər naziri Abbas Əraqçi Britaniya və Fransadan olan həmkarları ilə telefon danışığı zamanı bildirib ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab zərbəsi endirməkdə mütləq hüququndan əl çəkməyəcək.

Referans.az xəbər verir ki, Əraqçi Tehranda HƏMAS-ın siyasi liderinin öldürülməsinə dair cinayət əməllərinin İranın təhlükəsizlik və suverenliyini pozduğunu bildirib. O, ölkəsinin təcavüzkarı cəzalandırmaq hüququna malik olduğunu deyib.

Xatırladaq ki, iyunun 31-i HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.

Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.
 
Ardını oxu...
Polşa Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib.

Redaktor.az xəbər verir ki, bunu Kiyevdə ölkə prezidenti Anjey Duda Ukrayna Prezidenti Volodimir Zelenski və Litvanın Baş naziri İnqrida Simonyte ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Varşava Kiyevə hərbi dəstəyini davam etdirəcək, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olmasını təşviq edəcək.

Mayın sonunda Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirmişdi ki, Ukrayna hərbçilərinin üçdə biri bu sahədə təlim keçib. Sentyabra qədər Aİ Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgərinə təlim keçmək niyyətindədir.
 
Ardını oxu...
Ukrayna ordusunun Kursk vilayətinə hücumu Moskvanı Ukraynadakı qoşunlarının bir hissəsini bu vilayətə çəkməyə məcbur edib.

Bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında yazıb. İnstitutun məlumatına görə, Rusiya hərbi rəhbərliyi əvvəl bunu istəməsə də, hazırda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatla əlaqədar Ukraynanın Zaporojye vilayətindəki bir sıra bölmələrini Kurska köçürür.

Eyni zamanda, ISW-nin hesabatına görə, Rusiya Donetsk bölgəsində əsas hücum xəttini, xüsusən də Pokrovsk istiqamətini zəiflətməməyə çalışır.

Xatırladaq ki, Ukrayna tərəfinin avqustun 6-da başlatdığı əməliyyat nəticəsində Ukrayna qüvvələri Kursk vilayətinin 90-dan çox yaşayış məntəqəsini ələ keçiriblər. Hətta Ukraynanın nəzarətində olan ərazidə hərbi komendantlıq da yaradılıb.

Azpolitika.info
 

Dünyapress TV

Xəbər lenti