Dövlət Şəhərsalma və Arxitektura Komitəsi SUSURSA...
9.12.2022-ci il tarixində "DogruXeber.az" informasiya portalında "Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO" başlığı altında bir yazı yayımlamışdıq.

Sözügedən yazıda Xətai rayonu Həzi Aslanov qəsəbəsində, Kazımağa Kərimov və Şirin Mirzəyev küçələrində gecədən-gecəyə aparılan qanunsuz tikintilər, həmçinin Neyrocərrahiyyə xəstəxanası ilə üzbəüz avtobus dayanacağına bitişik, yolun düz yaxınlığında aparılan biznes obyektinin tikintisi barəsində məlumatlar yer alırdı.

Biz bütün bunlar barəsində dərc etmədən əvvəl Xətai rayon İcra Hakimiyyətinə məlumat vermişdik. Həmçinin 14.12.2022-ci il tarixində Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin elektron ünvanına da rəsmi müraciət göndərmişdik.

Hətta, müraciəti göndərdikdən 2-3 gün sonra quruma zəng edib, nədən cavablandırılmadığını soruşmuşduq.
Qurumdan bildirilmişdir ki, "qeyd edilən ünvanlara nümayəndə göndərəcəyik, gedib araşdırsınlar".
- "Bəs bizə cavabı nə vaxt göndərəcəksiniz?" sualımıza isə, - "Saat indi 5-dir, iş vaxtı bitməyinə az qalıb. Yəqin ki, sabah " cavabını almışdıq.

Lakin, təəssüflə bildiririk ki, müraciətlərimiz hər iki qurum tərəfindən bugünə qədər cavabsız qalıb.

Yeri gəlmişkən, elə müraciətimizin bugünə qədər cavabsız qalma səbəbini öyrənmək üçün bu gün Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə zəng etdik.

Telefona cavab verən xanım operator ümumi şöbəyə yönləndirəcəyini bildirdi və xəttə gözləməyi xahiş etdi.
Bir neçə dəqiqə gözlədikdən sonra dəstəyi kargüzarlıq şöbəsindən Zahid adlı şəxs qaldırdı.

- "Zahid müəllim, dekabrın 14-də sizin elektron ünvanınıza rəsmi müraciət göndərmişik, amma buvaxta qədər tərəfinizdən heç bir cavab verilməyib. Bunun səbəbini öyrənə bilərik?", deyə soruşduq.

Zahid bəy müraciətimizi axtarmaq üçün bizi xeyli telefonda gözlətdi. Dəstəyin o biri tərəfindən gələn səslərdən belə başa düşdük ki, Zahid bəy xanım köməkçisi ilə baxılmamış müraciətlər arasında bizim müraciətimizi axtarır, tapa bilmir.

- "Zahid müəllim, bu qədər axtardığınıza görə belə başa düşdüm ki, siz müraciətimizə bugünə qədər baxmamısınız və indi zəng etməsək, heç baxmayacaqdınız da", deyə soruşduq.

Zahid bəy isə, "Xeyr, ay xanım. Siz düz başa düşmədiniz. Gözləyin indi tapırıq " deye"cavab " verdi. Hərçənd ki, buna "cavab " da demək olmaz.

Nəhayət xeyli axtarışdan sonra müraciətimiz (yəqin ki, baxılmamış çoxsaylı müraciətlər arasından) tapıldı və müraciətlə tanış olub, sonra cavab vermək üçün bizdən əlaqə nömrəsi istənildi.

Nə yaxşı ki, müraciəti göndərəndən 8 gün sonra əlaqə saxlayıb, yadlarına saldıq, yoxsa yəqin ki, heç məlumatlarla da tanış olmayacaqlardı, nəinki cavab vermək.

İndi də gözləyək görək, cavabı nə vaxt verəcəklər.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz tikintilər artıq, başa çatmaq üzrədir.

Yeri gəlmişkən, onu da diqqətinizə çatdırırıq ki, Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə "DogruXeber.az" informasiya agentliyi olaraq, dəfələrlə - Yasamal rayonun bir neçə fərqli ərazilərində, həmçinin Xətai rayonu ərazisində aparılan tikintilər barəsində rəsmi müraciətlər göndərmişik. Lakin, müraciətlərimizdə qeyd etdiyimiz bütün qanunsuz tikintilərin inşası axıra qədər davam etdirildi. Aidiyyatı qurum - ARXKOM isə kimsəyə "gözün üstə, qaşın var" demədi.

Maraqlıdır, bu qədər qanunsuz işlərə qurum tərəfindən susaraq verilən razılığın səbəbləri nələrdir?
Bir halda ki, ölkə başçısı özü belə bir neçə dəfə şəhərsalma barəsində iradlar səsləndirib, o zaman ARXKOM -un bu "rahatlığı" nəyin, yaxud kimin verdiyi güvəncidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Bölmənin digər xəbərləri

09 İyun 2025 Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
09 İyun 2025  Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
09 İyun 2025 Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
09 İyun 2025 Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
09 İyun 2025 Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
09 İyun 2025 “Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..

Dünyapress TV

Xəbər lenti