Dövlət Məşğulluq Agentliyinin Sumqayıtda işsizlər üçün "əmək yarmarkası" oyunu...İTTİHAM
Salam sizə şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəndir. Deməli bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda əmək yarmarkası keçirtdi. Öncədən Dövlət Məşğulluq Agentliyinin saytında və nazirliyin mediaya verdiyi məlumatda əmək yarmarkasında 300-400 boş iş yeri təklif olunacağı bildirilmişdi.
Teref.az yazır ki, bunu saytımızın poçtuna göndərdiyi şikayətində Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov yzır. Daha sonra şikayətçi yazır:
Mən öncədən Dövlət Məşğulluq Agentliyinin əlaqə nömrəsinə zəng edib məlumat aldım bildirdilər ki, şəxsiyyət vəsiqəsi götürüb gələ bilərsiz. Məndə 14 iyunda səhər tezdən Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayına gəldim Mədəniyyət Sarayının qabağında demək olar bütün şəhər sakinləri iş tapmaq ümidi ilə yığışmışdı. Yarmarka saat 10:00-da başlamalı idi. Saat 10:45 olsada Mədəniyyət Sarayının qapısı hələdə bağlı idi. İçəriyə yalnız Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarını, işəgötürənləri və televiziyaları buraxmışdılar. Axırda vətəndaşlar bezib qapı açılan kimi mühafizəçini itələyib zorla içəri keçə bildik. Nazirliyin qapıları illərdir vətəndaşların üzünə bağlıdır. Nəysə birtəhər içəri geçəndən sonra 2 xanım o qədər insanın yarmarkada iştirak üçün şəxsiyyət vəsiqəsi vasitəsilə qeydiyyatını aparırdı. Nəhayət sıra mənədə gəldi qeydiyyatdan keçəndən sonra saat 11:45-də yarmarkanın keçirildiyi Mədəniyyət Sarayının 2-ci mərtəbəsinə qalxa bildim. 21 işəgötürənə CV-mi qoyduqdan sonra hər biri söz verdilər ki, 1 həftə ərzində əlaqə saxlayacayıq. İşəgötürənlər məndə daxil bütün işsiz vətəndaşlara 1 həftə ərzində əlaqə saxlayacayıq vədi verirdilər. Üstəlik TV-lərədə müsahibələrində bu cür bildirirdilər. 2 həftə sonra heç bir işəgötürən mənimlə əlaqə saxlamadı. Bütün işə götürənlərə zəng etdikdə isə bildirdilər ki, son 1 ay ərzində aktiv vakansiyaları yoxdur. Haqlı olaraq Dövlət Məşğulluq Agentliyinə zəng edib şikayət etdikdə bildirdilər ki, 142-yə ümumi nazirliyin call center-nə zəng edib şikayət etdim. 142-yə isə şikayət etdikdə isə xanım operator 20 dəqiqə dirənəndən sonra şikayətimi qeydə qaldı. Mən nazirlikdən zəng edib bunun nə demək olduğunu açıqlama vermələrini tələb etdim. 1 ay sonra isə şikayətimi nazirliyə yox regional Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirib ordan mənə zəng edib Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdiklər. Mən isə bundan imtina etdim və onlara mənim şikayətim sizə deyil nazirliyədir və nazirlikdən açıqlama tələb edirəm deyə bildirdim. Həmdə mən 2019-cu ildə Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etmişəm orda gənclərin işləməsi üçün normal iş yerləri yoxdur. Mənim adımıda sistemdə 2019-cu ildə vətəndaş iş tapdı kimi qeyd ediblər mən bunu indi bilmişəm. Halbuki mən heç bir işlə təmin olunmamışam. Ancaq adımı bütün vətəndaşlar kimi hər ayın sonu yalandan bu qədər vətəndaş iş tapdı deyə ictimaiyyətə saxta statistika təqdim etmək üçün guya işlə təmin olundu deyə qeyd ediblər. 2-3 gün sonra Dövlət Məşğulluq Agentliyindən məktub gəldiki bəs biz sizi Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdik siz imtina etdiz. Mən təkrar 142-yə zəng edib şikayət edib 1 ay bundan əvvəl şikayət etdiyimi şikayətimi götürüb Sumqayıt Məşğulluq Agentliyinə yönləndirdiklərini, mənim isə nazirliyin zəng edib açıqlama verməsini tələb etdiyimi bildirdim. Həmçinin bildirdim ki, Sumqayıt Məşğulluq Mərkəzinin ünvanınıda əlaqə nömrəsinidə gözəl bilirəm ehtiyac hiss etsəm özüm gedə bilərəm. Operator şikayətimi təkrar qeydə aldı. Aylardır eyni qaydada davam etdi yəni nazirlik özünə borc bilib mənimlə əlaqə saxlamaq ehtiyacı hiss etmədi hər dəfə şikayətimi Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirdilər onlarda zəng edib məni Sumqayıt Məşğulluq Mərkəzinə dəvət edirdi. Axırda oktyabr ayında Sumqayıt Məşğulluq Mərkəzindən zəng edib bildirdilər ki, xahiş edirik bircə dəfə siz gəlin heç bir köməklik etməsək istənilən yerə şikayət edə bilərsiz. Mən bu dəfə inanmaq istədim ki, illər öncəki kimi deyil bu dəfə həqiqətən mənə kömək edəcəklər və Sumqayıt Məşğulluq Mərkəzinə getdim. Mənə E-sosial.gov.az-da hesab açıb 2 işəgötürənə müraciət göndərdilər və bildirdilər ki, 5 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar. İndiyədək heç kim əlaqə saxlamayıb E-sosial.gov.az Elektron Hökümət portalındakı hesabımda işəgötürənlərə müraciət bölümündə işəgötürənin tələblərinə cavab vermədiyiniz üçün müraciətinizdən imtina edildi yazılır. Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin varlığı ilə yoxluğu arasında bir fərq yoxdur. Nə Dövlət Məşğulluq Agentliyi nə Dövlət Əmək Müffətişliyi nədə bütünlükdə nazirlik çalışmır. Ölkədə uşağından işçisinə, işsizindən təqaüdçüsünə, əlilinə qədər bütün ölkə bu nazirlikdən şikayətçidir. Bütün dünya 4 günlük iş rejiminə keçir. Bizdə isə Əmək Məcəlləsinə görə guya həftəlik 5 gün 40 saatdan ibarət iş rejimimiz olsada ölkədə istər özəl istərsədə dövlət müəssisələri Əmək Məcəlləsinə riayət etmir. Əmək Məcəlləsinə riayət etməmək ənənə halını alıb. Dövlət Əmək Müffətişliyi isə bildirir ki, ölkədə sahibkarlığa dəstək məqsədi ilə yoxlamalar 1 yanvar 2023-cu ilədək dayandırıldığı üçün heç bir müəssiədə yoxlama apara bilməz yalnız vətəndaş istəsə Dövlət Əmək Müffətişliyinə şikayət edə bilər. Yəni vətəndaş çalışdığı 300-400 manat maaş aldığı iş yerini itirmək qorxusunu gözə alıb Dövlət Əmək Müffətişliyinə şikayət etməlidir. Dövlət Əmək Müffətişliyi bunu bildiyi üçündə vətəndaşlar işini itirmək qorxusundan illərdir 300-400 manata istər dövlət istərsədə özəl müəssilərdə az qala 1 sutka işləyib istismar edilirlər. Yəni ölkədə bildiyiniz quldarlıq rejimi hökm sürür. Əksinə həmin müəssiələr normal ölkələrdə külli miqdarda cərimlənməli olduğu halda nazirlik onları nəyinki cərimələyir əksinə o müəssiələr "Əmək Yarmarka"larında yuxarı başda otuzdurulub insanlara "iş" təklif edir və ya regional məşğulluq mərkəzlərində həmçinin Elektron Hökümət portalında "vakansiyalar" elan edirlər. Halbuki insanların işsiz qalmasında elə müəssiələr günahkardır. Əslində məntiqlə bir nazirliyin həm Əmək Hüquqlarını qoruması, həmdə işəgötürənlərlə əməkdaşlıq edib işsizlərə iş təklif etməsi doğru deyil. Yəni bu iki səlahiyyətdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb ya digər nazirliklərin birinə verilməli, yada müstəqil dövlət qurumu yaradıb səlahiyyətlərdən birini yeni dövlət qurumuna vermək lazımdır. BMT daxil Amnesty International, Norveç İnsan Haqları kimi beynəlxalq təşkilatların müxtəlif illərdə ölkələrə iş saatlarını azaldın Əmək Hüquqlarına, İnsan Haqlarına hörmət edin çağırışlarına riayət edib ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Reuters-in məlumatına görə artıq 38 ölkə 4 günlük iş rejiminə keçib. Bizdə isə hələdə quldarlıq rejimi davam edir. Görünür biz başqa planetdə yaşayırıq dünyaya adiyyatımız yoxdur yada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi insan yox qul hesab edir bunu mövcud əmək bazarına həmçinin nazirliyin Elektron Hökümət portalında təklif etdiyi daha doğrusu insanları, gəncləri layiq gördüyü "iş"lərə baxdıqda görmək mümkündür. Necə olsa milyonlarla təqaüdçünün təqaüdünü azaltmaqla və ya tam olaraq kəsməklə büdcəyə qənaət etməklə fəxr edən bir nazir və nazirlikdən danışırıq. Sözün düzü ümid edə bilməsəmdə hələdə inanmaq istəyirəm ki, 7-dən 77-yə hər kəsin haqlı olaraq şikayətçi olduğu bu qurum haqqında ciddi ölçü götürülər. Sağolun.
İlkin Məmmədkərimov
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

05 Mart 2025 Xətaidə sürətlənən qanunsuz tikintilər - İcra başçısı rayonu dostlarına “peşkəş“ edib
05 Mart 2025 “Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət
05 Mart 2025 Adı 2 milyonluq qalmaqalda hallanan "Amal Group"u bu məmurlar himayə edirmiş
05 Mart 2025 Səbuhi Nağıyev burda özünə BİZNES QURUB... - Prezidentə MÜRACİƏT OLUNDU
05 Mart 2025 Şərurlu İsfəndiyar vətəndaşları necə aldadır?-"Jasmine Park"dan şikayətlər- Fotofaktlar
05 Mart 2025 Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış - 180 min manata yaxın
05 Mart 2025 Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
04 Mart 2025 Musa Kılıç saxta diplomla çalışır? –Pasiyentlər şikayət yazdı…..
04 Mart 2025 "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
04 Mart 2025 Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri: Qanunlar güclüdür yoxsa sizin ehtiyaclarınız? – REPORTAJ
04 Mart 2025 149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?
04 Mart 2025 Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
04 Mart 2025 Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
04 Mart 2025 “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
04 Mart 2025 Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
03 Mart 2025 Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
03 Mart 2025 Qazax şəhər icra nümayəndəsi Akif Vəliyevin məmur oğlu Elvin Vəliyevin dəbdəbəli həyatı- Fotolar
03 Mart 2025 " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
02 Mart 2025 Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
02 Mart 2025 Sumqayıt məktəblərindən şikayətlərin ardı kəsilmir - İndidə 16 nömrəli məktəbdən şikayətlər gəlir

Dünyapress TV

Xəbər lenti