KTN-də il yarım əvvəl baş verən kadr dəyişikliyinin SİRRİ
DİA.AZ: - Keçən ilin aprel ayında Kənd Təsərrüfatı Naziri İnam Kərimov bir kadr dəyişikliyinə getmək zorunda qaldı. Belə ki, nazirin əmri ilə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxarıldı və onun yerinə həmin vəzifə Fəda Abbasova həvalə edildi. DİA.AZ xatırladır ki, elə həmin gün Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edildi.

Bu, o Anar Hüseynovdur ki, onunla bağlı dia.az olaraq davamlı şəkildə ilginc faktları təqdim edirik. Belə ki, dövlətin əslində normal fermerlər üçün nəzərdə tutduğu subsidiyaları mənimsəməkdə pərgar olan Anar Hüseynov əslində İnam Kərimovun qara işlərinin icraçısı olduğundan ona hələ uzun müddət kimsə toxuna bilməyəcək.

Bu barədə DİA.AZ-a anışan mənbə bildirir ki, İnam Kərimov Anar Hüseynovdan məhz qara işlərin icraçısı kimi istifadə edir: "Təbii ki, zərurət yarananda KTN şefi ilk olaraq Anar Hüseynovu qurban verəcək. Kimsə hüquq mühafizə orqanlarının günlərin birində KTN qapılarına dayanacağını istisna edə bilməz..."

Anar Hüseynovun hələ il yarım əvvəlki vəzifə dəyişikliyinə gəlincə isə bu barədə məlumatlı mənbə ilginc faktları təqdim etdi: "O zaman “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndəki korrupsiya faktları artıq hüquq-mühafizə orqanlarının və dövlətin müvafiq maliyyə qurumlarının diqqətini cəlb etmişdi. Buna görə də, İnam Kərimov Anar Hüseynovun yerini dəyişməklə onu və əslində həm də özünü vəziyyətdən çıxarmış oldu".

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə gəlincə isə hazırda həmin qurumda anoloji yeyinti davam edir.

Keçən ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC birliyinə Fəda Abbasov yeni direktor təyin ediləsə də, adı çəkilən qurumda demək olar ki, heç nə dəyişməyib. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Fəda Abbasov da digər məmurlar kimi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru təyin eiləndən sonra mühüm postlara özünə yaxın adamları təyin edir. Qurumun idarəsində olan yüzminlərə hektar əkinə torpaq sahələri isə Fəda Abbasovun yaxın olan şəxslərə icarəyə verilir.

Yəni hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-dəki durum sabiq direktor Anar Hüseynovun dövründəkindən heç nə ilə fərqlənmir. Bu qurum elə əvvəlki kimi “korrupsiya bataqlığı” olaraq qalmaqda davam edir. Qurumun fəliyyəti isə heç bir halda aqrar sektorun inkişafına xidmət etmir. Yüzminlərlə torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahib “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC aqrar sektorun inkişafına heç bir töhfə vermir. Əksinə qurumun yeni direktoru Fəda Abbasov və komandası gizli şəkildə maliyyə maxinasiyalarına yol açırlar. Saytımıza verilən məlumata görə Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbərliyi üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarınında öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi də mənimsənilir.

Maraqlıdır ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də vəzifə tutan şəxslərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılandan sonra kənd təsərrüfatı ekspertləri açıqlamalarında bu qurumun dövlət üçün ciddi faydasının olmadığını dəfələrlə bildiriblər. Keçmiş direktorun dövründə qurumun hansısa bir hesabatı sosial şəbəkədə və mətbuatda azda olsa yayınlanırdı. Ancaq hazırkı direktor Fəda Abbasovun dönəmində belə hesabatlara rast gəlinməyib.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR

Dünyapress TV

Xəbər lenti