Səhiyyə - Prokurorluq  "həmrəyliyi"nin  fəsadları...  - VİDEO
Deyir, "Dəyirman öz işində, çak-çak baş ağrıdır"...

DogruXeber.az: - Nə qədər deyilsə, nə qədər yazılsa da Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi öz "köhnə qaydası" ilə fəaliyyətini davam etdirir.

Az müddət əvvəl Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində xəstələrdən və xəstə yaxınlarından pul tələb edildiyi barəsində məlumat vermişdik. Ardından isə eyni "qayda"da fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası barəsində məlumat dərc etdik. Onu da qeyd etmişdik ki, əlimizdə hər iki klinika barəsindəki məlumatları təsdiq edən səs yazıları və görüntülər də var və bu materiallar tərəfimizdən aidiyyatı üzrə səhiyyə Nazirliyi və Baş Prokurorluğa göndərilib.



Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Lakin, Baş Prokurorluq həmişəki kimi məsələyə laqeyd qaldı.



Hələ, Naxçıvan Muxtar vilayətinin Ordubad rayonundan redaksiyamıza müraciət edən Nihal Hüseynovun da yeganə övladının müalicəsi üçün Səhiyyə Nazirliyi və Naxçıvan rəhbərliyi gülməli təklifləri ilə kənarda qalmağı bacardılar. Halbuki, birinci vitse-prezident Mehriban Əliyeva da Nihal Hüseynovun dediyinə görə, onun müraciətinə baxılması üçün Səhiyyə Nazirliyinə xüsusi tapşırıq vermişdi.

Səhiyyə Nazirliyi vitse-prezidentin göstərişini icra etməyib? - VİDEO

Səhiyyə ilə Prokurorluğu nə bağlayır?... - VİDEO

Belə çıxır ki, Səhiyyə Nazirliyi ümumiyyətlə kimsəni saymadan öz "daxili qaydaları" ilə fəaliyyət göstərir.

Bundan əlavə, "Dogruxeber.az"a müraciət edən Astara rayon Şuvi kənd sakini Cümşüdova Solmaz Canhəsən qızının sözlərinə görə, həkimin cərrahi əməliyyat zamanı övladının ölümünə səbəb olan səhvinə də prokurorluq biri-birindən fərqlənən cavabları ilə biganə qaldı.

"Həkim mənim balamı öldürdü"... - Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT ! // VİDEO + FOTO

Yəni, prokurorluğun Müəmmalı "ağ xalat sevgisi" bu dəfə də özünü aşkar büruzə verdi. Səhiyyə Nazirliyi desək, o da heç bir addımı ilə Baş Prokurorluqdan fərqlənmədi. Ümumiyyətlə bu kimi faktlara "göz yuman" yeni nazir Teymur Musayev rəhbərlik fəaliyyəti ilə sələfi - sabiq nazir Oktay Şirəliyevi təkrarladığı hər addımda özünü göstərir.

O zamanlar da səhiyyə sahəsində rüşvət, imkansız xəstələri qəbul etməmək, etdikdə belə bərbad palatada ümumiyyətlə baxımsız qoymaq var idi, indi də var. Bu cür fəaliyyət göstərən tibb işçiləri isə heç nədən, heç kimdən çəkinmədən, özbaşınalıqlarını davam etdirirdilər.

Amma, son zamanlar sayı artan narazı vətəndaşların müraciətlərindən və bizə göndərilən, həmçinin digər sosial media və sosial şəbəkələrdə yayımlanan görüntülərdən o da görünür ki, səhiyyə sahəsində dəyişən təkcə nazirdir. Qalan bütün fəaliyyət olduğu kimi davam etdirilir.

Xüsusilə də Səhiyyə Nazirliyinin tabeçiliyində olan Zərifə Əliyeva adına göz klinikası və ATU-nin Onkoloji klinikasında qeydə alınan - USM və digər müayinələr, həmçinin qeydiyyat üçün tələb edilən ödənişlər onun göstəricisidir ki, sözügedən müəssisələrinin çəkinəcəyi bir qurum yoxdur.

Görünür, ölkəmizdə, "Dəvədən böyük, fil də var" misalı getdikcə mənasını itirir. Xüsusilə də tibb sahəsində baş verənlər hər iki varlığın bir yolunu tapıb əməkdaşlıq etdiyi fikrini yaradır.

Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanı olan Baş Prokurorluq öz "soyuqqanlı" münasibətləri ilə bu kimi müəssisələrin fəaliyyətində bu cür qanun pozuntularına yol vermələri üçün sərbəst olmalarına şərait yaradır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)

Dünyapress TV

Xəbər lenti