Sevinc Allahverdiyevanın tamah dişi məktəbə necə batıbsa… -
44 saylı məktəbdən də xaric olunan Sevinc Allahverdiyeva test imtahanlarında iştirak edir...

Məlumdur ki, bir neçə il öncə Sabunçu rayonu Aydınbəyov küçəsi 9 ünvanında yerləşən 215 saylı tam orta məktəbin direktoru Sevinc Allahverdiyava haqqında mediada gedən tənqidi yazılardan sonra vəzifəsindən, ümumiyyətlə, məktəbdən uzaqlaşdırıldı.
Həmin vaxt Sevinc Allahverdiyeva jurnalistləri asıb-kəsir, onları ağı ağ, qaranı qara yazmağa dəvət edirdi. Və yazılanları şər-böhtan adlandırırdı.
Bu adamdan soruşan olmadı ki, əgər yazılanlar şər-böhtan idisə, niyə səni direktorluqdan qovdular, hətta məktəbdən kənarlaşdırdılar.
İkincisi, sənin haqqında yazılanların nəyi şər-böhtan idi..?
Tənqidi yazılarda məktəb direktorunun şagirdlərdən, onların valideynlərindən, hətta məktəbin müəllimlərindən belə rüşvət tələb etdiyi qeyd olunurdu.
Bildirilirdi ki, məktəbdə tədris prosesinin səviyyəsi aşağı vəziyyətdədir. 1-ci, 9-cu, 10-cu və 11-ci siniflərdə şagirdlərin davamiyyəti bərbad haldadır.
Və üstəlik ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər direktorla nəyinsə qarşılığında razılaşıb dərsə gəlmirlər.
Bundan başqa, məktəbdə müəllimlər arasında ayrıseçilik salınır. Belə ki, hansı müəllimin Sevinc Allahverdiyeva ilə münasibətləri yaxşıdırsa, ona çox dərs saatı yazılır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlərə isə az dərs saatı yazılır.
Tənqidi yazılarda Sevinc Allahverdiyeva özünə yaxın olan bir neçə şəxsin adını məktəbdə texniki işçi kimi qeydiyyatdan keçirib maaşlarını alması qeyd olunurdu.
Sözün qısası Sevinc Allahverdiyevanın bu əməlləri kollektivdə ciddi narazılıq yaradırdı.
Ümumiyyətlə, Sevinc Allahverdiyevanın həmin məktəbə direktor gəlməsindən sonra məktəbdən ali məktəblərə qəbul olunanların sayı aşağı düşmüşdü.
Bütün bu neqativ hallar azmış kimi, Sevinc Allahvediyeva dövlət tərəfindən məktəbin saxlanmasına, təsərrüfat mallarının alınmasına yetərincə vəsait ayrılsa da, təsərrüfat malları həmin vəsaitlə yox, müəllimlərdən, eləcə də şagirdlərdən yığılan pulla alınırdı.
Hətta 1-ci sinifə qəbul məsələsi Təhsil Nazirliyinin nəzarəti altında aparılsa da, Sevinc Allahverdiyeva bir sıra yollara baş vuraraq bu işdən də öz xeyrini götürür. Məsələn, övladı 1-ci sinifə gedən valideynlər məcburiyyət qarşısında direktora «minnətdarlıq» edir. Bundan başqa, məktəbdə təhsil alan bütün şagirdlər maddi vəziyyətlərindən asılı olmayaraq bayramlarda direktoru «təbrik» etməlidirlər.
Sevinc Allahverdiyeva isə guya arxasında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin durduğunu hamıya deyərək məktəbdə istədiyi qaydanı tətbiq edirdi.
Bütün bunara görə, Təhsil Nazirliyinin ozamankı rəhbərliyi Sevinc Allahverdiyevanı 215 saylı məktəbdən uzaqlaşdıra bildi. Amma...
Əmması odur ki, Sevinc Allahverdiyeva hansı yollasa özünü Nəsimi rayonu ərazisindəki 44 saylı orta məktəbə pərçim edə bildi. Özü də direktor müavini kimi.
Bir soruşan da olmadı ki, neqativ əməllərinə görə, məktəb direktoru vəzifəsindən qovulan adam, qısa vaxtdan sonra başqa bir məktəbdə necə direktor müavini ola bilər..?
Təkcə bu fakt onu göstərir ki, orta məktəblərdə direktor olmaq istəyənlərə himayədarlıq edən geniş bir rüşvətxor şəbəkə var.
Beləcə, Sevinc Allahverdiyeva 44 saylı orta məktəbdə direktor müavini kimi çalışmağa başladı.
Amma öyrəşdiyi əməllərdən əl çəkə bilməyən Sevinc Allahverdiyeva 44 saylı məktəbdə də qalmaqallara səbəb oldu. Və işindən uzaqlaşdırıldı. Amma...
Əmması odur ki, “verdiyimi qaytarın” deyərək hay-küy salan Sevinc Allahverdiyeva doğma bacısını öz yerinə, yəni direktor müavini vəzifəsinə təyin etdirə bildi.
Və beləcə Sevinc Allahverdiyeva ikinci bir məktəbdən də “deport” edildi.
Amma illər uzunu tamah dişi məktəblərə batan, külli miqdarda qazanan Sevinc Allahverdiyeva direktor olmaq üçün hər yerə baş vurmağa başladı. Təki hansısa məktəbdə direktor olsun.
Bəs görəsən, bir neçə məktəbdə imzası olan Sevinc Allahverdiyeva indi haradadır..?
Mediaya daxil olan məlumata görə, Sevinc Allahverdiyeva hazırda yenidən məktəb direktoru olmağa hazırlaşır.
Belə ki, sabiq məktəb direktoru yenidən direktor olmaq üçün test imtahanlarında iştirak edir.
Sözümüzün canı odur ki, Sevinc Allahverdiyeva kimilərinin tamah dişi məktəblərə necə batıbsa, onlar heç vaxt bu işlərindən əl çəkmək istəmirlər.
Ona görə də məktəblərimizi rüşvətdən xilas etmək üçün belə məktəb direktorlarının ya tamah dişlərini çəkmək, ya da ağızlarını möhkəm-möhkəm tikmək lazımdır.
gundelik baki.com
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)

Dünyapress TV

Xəbər lenti