1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib
Bu gün Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq "çefir" (tünd çay) paylayıb.

Yas mərasimində məhbusların 80%-i iştirak edib.

Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara "düzül" əmri verilib.

Əldə etdiyim məlumata görə, R.Lənkəranskinin yas mərasimi 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun şəxsi tapşırıqları əsasında təşkil edilib.

Sabah isə - 19 avqust "Lotu Quli" ləqəbli avtoritet Nadir Səlifovun anım günüdür. E.Həsənovun "Lotu Quli"nin ölüm günü ilə bağlı yas mərasiminin təşkil olunması üçün tapşırıq verib və hazırda həbsxanda bununla bağlı hazırlıqlar həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatlardan kənarda qalan yeganə və ən problemli sahələrdən biri və birincisi məhz Penitensiar Xidmətdir. Azərbaycan qalib ölkə kimi təhsili, iqtsiadiyyatı inkişaf etdirməyi və ordunu daha da gücləndirməyi, maaarifləndirmə prosesini sürətləndirməyi qarşısına əsas mqəsəd qoyub.

Ancaq belə bir şəraitdə əynində zabit rütbəsi daşıyan 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi E.Həsənovun cinayətkarlığı təbliğ etməsi, məhbusları islah etmək əvəzinə, onları kriminallaşdıran üsullara əl atması rəzalətdir və bu, qanunla hüquqi məsuliyyət yaradır.

E.Həsənov vəzifə səlahiyyətlərindən istifadə edərək bütün məhbusları, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını qanundan kənar mərasimlərin keçirilməsinə cəlb edir, havay ehsan (hələ bu ehsanın hansı pulla verildiyi bilinmir) paylayır.

Bu tip mərasimlərin keçirilməsi Azərbaycanın müasir dövlət idarəçiliyi modelinə tamamilə ziddir.

Azərbaycanda cinayətkarlığın artmasının əsas səbəblərindən biri cəzaçəkmə müəssisələrində islah prosesinin aparılmamasıdır. Ona görə də məhbuslar azadlığa çıxandan sonra yenidən cinayət törədərək həbxanaya yollanır.

Bu prizmadan yanaşsaq, E.Həsənov kimi dövlət məmurlarının Azərbyacan dövlətinə, büdcəsinə, xalqına və cəmiyyətinə hansı həcmdə zərər vurduğunu təsəvvür etmək elə də çətin deyil.

Müəllif: Samir Feyruzov
Azsiyaset.com
 
 
 

Bölmənin digər xəbərləri

04 İyun 2025 Qazaxda DƏHŞƏT! Diş müalicəsindən sonra 45 yaşlı kişi öldü - Həkimlərin lisenziyası yox imiş /İDDİA
04 İyun 2025 Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
04 İyun 2025 Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
04 İyun 2025 SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
03 İyun 2025 Vəzifəli şəxs içkili halda qəza törədib?
03 İyun 2025 Hayat Residence» MTK-nın işçilərindən “yaşıl terror“ - Gecələr ağacları və yaşıllıqları yandırırlar
03 İyun 2025 Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş. - BU NƏDİ BELƏ?
03 İyun 2025  Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
03 İyun 2025  Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!
03 İyun 2025 "Sağlam Ailə" Tibb Mərkəzində mətni kopyalayib çoxuna eyni şeyi yazıb göndərirlər? İDDİA
03 İyun 2025 Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir - İcazə verin şübhələnək...
02 İyun 2025 Oğlu gəlini tərəfindən qətlə yetirilən ananın FƏRYADI - DƏHŞƏT
02 İyun 2025 "Elnarə Canlı Beauty Center"-in lisenziyası və diplomu var? - Tolik nə zamandan estetik klinikaların qarantı oub? FOTO
02 İyun 2025 Bakıda məşhur Marmaris restoranında biabırçılıq- Xidmət və yeməklərdən şikayət
01 İyun 2025 Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
01 İyun 2025 Bakıda dağ satışa çıxarıldı - FOTO
01 İyun 2025 Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları – VİDEO
01 İyun 2025 Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31 May 2025 Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
31 May 2025 Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti