Əvəz Qocayevin milyonluq mülkləri başına bəla oldu - SİYAHI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin birinci müavini Əvəz Qocayev adi yol təsərrüfatı məmuru deyil, nəhəng milyonçu kapitalist, zəngin həyat yaşayan varlı şəxs və oliqarxdı. Siz çox uzağa getmədən, misal üçün Estoniya, Özbəkistan, ya da Moldovaya baxsanız, həmçinin, Türkiyə, İran, Rusiya kimi ölkələrə diqqət yetirsəniz, bu ölkələrdə yol idarəsinin 1-ci müavinin nə qədər imkanı olduğunu görəcəksiniz? Uzağı yaxşı maaş alan və ehtiyacsız yaşayan məmur olduğunu öyrənəcəksiniz. Bizdə isə AAYDA kimi bir qurumun sədr müavini o qədər sərvətə, kəhkəşana sahibdir ki, Sultan Süleyman belə varidata malik olmayıb. Hardandı bu pullar, necə əldə edilib? Talan? Yeyinti? Büdcə oğurluğu? O halda niyə məsuliyyətə cəlb olunmur? Axı Səlim Müslümovun əmlakları sübut etdi ki, məmurlar hansı səviyyə və miqyasda dövlətin vəsaitlərini mənimsəyirlər. Lakin Anaxeber.info-ya daxil olan məlumata görə, sədrin müavini Əvəz Qocayevin ölkədə və xaricdə olan mülklərinin üzə çıxması yalnız onun bir küncə sıxışdırılması ilə nəticələnib. Məlumata görə, sədr Saleh Məmmədov Əvəz Qocayevin milyonluq əmlaklarının siyahısının mətbuatda yayılmasından sonra onu özündən uzaqlaşdırıb. Deyilənə görə, Əvəz Qocayevin mövqeləri xeyli zəifləyib və dayaqları laxlayıb. S.Məmmədov onu özündən kənarlaşdırmaqla demək istəyib ki, bu sərvətin üzə çıxması yaxşı hal deyil və yuxarılar məsələni bilirlər, ona görə də mediada tez-tez hallanmış məmuru yanında çox saxlaya bilməz. Bu xəbərdarlığı alan Ə. Qocayevlə S. Məmmədovun yolları ayrılıb. İddialara görə, sədr artıq onu özündən tam təcrid edib. AAYDA rəhbəri hesab edir ki, mülkləri, obyektləri üzə çıxan məmur artıq diqqət mərkəzindədir və belə kadrla işləmək olmaz. Ə. Qocayev də bu vəziyyətdən həyəcanlanıb. Ona elə gəlir ki, S. Məmmədovun bu qərarı ilə onun "qələmi qırılıb", əmlakları digər korrupsioner məmurlar kimi müsadirə olunacaq. Bəs, Əvəz Qocayevin nələri var? Bu haqda hələ yenisabah.az yazmışdı. İndi həmin siyahıya baxanda aydın olur ki, Əvəz Qocayev sıradan yol məmuru deyil, milyonçudur. Amma hansı pulla... - tutulan başçılar və məmurlar kimi... 1. "Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4) 2. Yasamal, Xətayi, Səbail rayonlarında "Ocaq” (restoran, kafe, art) şəbəkəsi 3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular 4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil 5. "NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir) 6. H.Əliyev küçəsində "Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası) 7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil 8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat) 9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır. 10. Köhnə "Varovski”da 3 mərtəbə villa 11. Novxanıda ayrı-ayrılıqda 3 villa 12. "Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil 13. "REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil 14. Port Bakuda 150 kv m daha bir mənzil 15. Binəqədi rayonunda böyük torpaq sahələri 16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil 17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit 18. Şüvəlanda villa 19. Özünə və ailsəinə məxsus "Rang Rover”, "Audi Q7”, "Sklass Mercedes”,” Porche”, "BMW” markalı bahalı avtomobillər 20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası 21. Dərnəgüldə tikinti materialları mağazası 22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məktəbin direktorudur. 23. Bir tender şirkəti, "Polat Qapı Yol” şirkəti ilə şəriklik və s… Bir sözlə, biznesi və mülkləri Əvəz Qocayevin başına bəla olub və Saleh Məmmədov onu uzaqlaşdırıb. İndi sədr müavinində qorxu var ki, onun mülklərinə əl qoyulsun. Onsuz da zəhmətlə əldə etməyib, korrupsiyadan qazanılan biznesdi. Üstəlik, dövlətə azad edilən ərazilərdə quruculuq üçün maliyyə lazımdır. Cəmiyyətdən də çağırışlar səslənir ki, məmurlarda olan pulları və əmlaklarını müsadirə edin, büdcəyə yönəldin. O baxımdan Qocayev təşvişə düşüb. Bir tərəfdən də AAYDA kimi qurumda təsir gücünü itirib. Görünür, Saleh Məmmədov onu qarşıda gözləyən aqibətə şərik olmaq istəmir və məsuliyyəti üzərindən atır. Halbuki sədr müavini korrupsiyaya yol verəndə və özünə mülklər alanda Məmmədovun xəbəri olub.

AnaXeber.info
 
 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti