“Ref Logistics”in rəsmisi sahibkarın pulunu “atıb”: Özünə bahalı maşınlar alıb
Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Türkiyənin məşhur logistika şirkəti olan “Ref Logistics”dən şikayət var.
Şirkətin rəsmisi sahibkarın pulunu alaraq, mallarını daşımaqdan imtina edib.

Belə ki, Rusiyadan İrana bir neçə vaqon taxta göndərən sahibkar, bu daşıma üçün 10 min dollar pul ödəyib. Tərəflər arasında daşıma işlərinin həyata keçirilməsi üçün yazılı razılaşma da əldə olunub. Lakin “Ref Logistics”in Azərbaycandakı nümayəndəsi İlqar Əliyev sahibkardan aldığı pula rəğmən, onun mallarını İrana keçirməkdən boyun qaçırıb. Daha doğrusu, “edəcəm” deyib, yoxa çıxıb.
Şikayətçi bildirib ki, İlqar Əliyev onun telefon zənglərinə cavab belə vermir. “Bir aydan çoxdur ki, yüklərin İrana çatdırılması üçün pul ödənilib. Vaqonlar hazırda Astara dəmiryolu stansiyasındadır. Lakin İlqar Əliyevi tapmaq mümkün deyil. Nə telefonlara cavab verir, nə də malımı keçirir”.
Sahibkar deyir ki, bu yubanma sayəsində ona, həm maddi, həm də mənəvi ziyan dəyib. “Yükün keçirilməsinin yubanmasına görə, mən davamlı çalışdığım adamların yanında etibarımı itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Maddi ziyan isə günbəgün artır. Həm vaqonlara görə ödəniş edirəm, həm də malın pulunu alaraq, digər işlərimi görə bilmirəm”.

Şikayətçi bildirir ki, analoji vəziyyətılə üzləşən təkcə o deyil. Onun sözlrinə görə, “Ref Logistics”in rəmisi İlqar Əliyev ondan başqa, daha bir neçə nəfərdən də eyni işlərin görülməsi adı altında pul alıb. Amma heç kimin işini icra etməyib.

Onlar dəqiqləşdiriblər ki, İlqar Əliyev maşın həvəskarıdır və mütəmadi olaraq aldığı avtomobilləri yeniləri ilə əvəzləyir. “Bizəd olan məlumata görə, bir neçə nəfərdən aldığı pulla özünə yeni maşın alıb. “Ref Logistics”in işləri ilə isə ümumiyyətlə, məşğul olmur. Bəzi məlumatlarda isə deyilir ki, başqa sahibkarlara qarşı da eyni hərəkət etdiyindən borclu qalıb və bizdən aldığı pullarla onları bağlayıb. İndi də əlində vəsait yoxdur ki, yüklərin keçidi üçün nəzərədə tutulan rüsumları ödəsin”.
Adının çəkilməsini istəməyən sahibkar “Ref Logistics”in rəhbərliyindən və rəsmi qurumlardan yardım istəyib.

“Ref Logistics”lə bağlı araşdırma apararaq müəyyən etdik ki, sözügedən şirkət Türkiyədə təsis edilib. 20 ildir yükdaşıma sahəsində təcrübəsi var. Əsasən Rusiya və Rusiyadan yüklərin müxtəlif ölkələrə daşınması üzrə daha çox ixtisaslaşıb.
Lakin şirkətin nümayəndəsi İlqar Əliyev haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Tribunainfo.az
 

Bölmənin digər xəbərləri

14 Mart 2025 Yasamalın başçısı səki satır-FOTO
14 Mart 2025 Masazırda zibil problemi: Qurtuluş 93-ü Üfunət iyisi bürüyüb
14 Mart 2025 Abşeron icra başçısı sahibkarla necə razılaşdı? - Obyektə görə yaşıllıq məhv edildi - FOTO
14 Mart 2025 “Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT
14 Mart 2025 Cəlilabadın bu kənd məktəbində Şahin müəllim RÜZGARI - "ölücanlar"dan qazanılan para və rüşvət yuvasına çevrilən təhsil ocağı/ŞİKAYƏT
14 Mart 2025 Adil Əliyevin rayonunda işləri GECƏ GÖRÜRLƏR... - VİDEOFAKT
14 Mart 2025 ADAU-da baş verən qanunsuzluqların izi ilə - VİDEO / YENİLƏNİB
14 Mart 2025 Şirkət rəhbəri vətəndaşları necə aldadıb? - VİDEO
13 Mart 2025 "Biz xəstələrin öldürülməsinə və şikəst qalamsına imkan verməyin" - Ağcabədi sakinindən nazirliyə MÜRACİƏT
13 Mart 2025 Xırdalan məktəbində qalmaqal: İşdən çıxarılan müəllimdən qeyri-etik paylaşımlar... - VİDEO
12 Mart 2025 240 nömrəli məktəbdə: “31 illik hökümdarlıq kreslosundan Korrupsiya gedən yollar” – İDDİA
12 Mart 2025 “Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ – Möhnətov yığdığı pulları vergidən necə yayındırır İDDİA
12 Mart 2025 “Azcake”ə məxsus mağazanın vitrinində həşarat gəzişir- Video
12 Mart 2025 Sevindik Hətəmov da təbiətə qənim kəsilib
12 Mart 2025 “İki ildir maaşımız karta yüklənəndən sonra əlimizdən alırlar...” - Həkimlər narazıdır
12 Mart 2025 Bərdədə dövlət işçiləri ƏN UCUZ İŞÇİ QÜVVƏSİDİR... - VİDEOFAKT
12 Mart 2025 Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR-VİDEO
12 Mart 2025 Deputat oğlunun OLİQARX HƏYATI... - HƏDDƏN ARTIQ TƏMTƏRAQ VƏ...
11 Mart 2025 Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
11 Mart 2025 "Məktəb direktoru məndən 5 min manat pul aldı" — QALMAQAL BİTMƏK BİLMİR (VİDEO)

Dünyapress TV

Xəbər lenti