“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
2023-cü il, sentyabrın 19-da Naxçıvanda 60 yaşlı Qafarova Zümulə Həsən qızı faciəvi şəkildə vəfat edib. Z.Qafarova səkidə hərəkətdə olarkən reklam lövhəsi onun üzərinə aşıb.

Musavat.com bu hadisənin təfərrüatı ilə bağlı ilginc məlumatlar əldə edib.

Hadisəyə görə bir nəfər həbs edilib. Amma şahidlər və mərhumun oğlu həbs edilən şəxsi günahkar bilmir. Həmçinin işdə tanınmış şirkətin müqavilə saxtalaşdırması ilə bağlı da məlumat var.

“Brend Media Group” müqavilə saxtalaşdırıb?

Məlumata görə, “Brend Media Group” Naxçıvanda reklam lövhələrinin quraşdırılması layihəsini öz üzərinə götürüb. Reklam lövhələrinin hazırlanması Rəhimov Elbəyi Akif oğluna tapşırılıb. Bu, “Brend Media Group” ilə Elbəyi Rəhimov arasında görülən ilk iş deyilmiş və uzun illər əməkdaşlıq ediblər. “Brend Media Group” Naxçıvandakı işlərin görülməsini “Focus Media”ya tapşırıb.

Sifarişə əsasən, Elbəyi Rəhimov 15 reklam lövhəsi hazırlamalı imiş. Razılığa əsasən, material Naxçıvana aparılmalı və orada hazırlanmalı imiş. Bu işə görə Elbəyi Rəhimov özü ilə iki işçisini - Mayis və Rövşəni Naxçıvana aparıb. Elbəyi Rəhimovun Naxçıvandakı işlərinə “Focus Media”nın nümayəndələri Yusif və İslam Qurbanov nəzarət ediblər.

Zümulə Qafarovanın ölümü ilə nəticələnən hadisə baş verəndə Elbəyi Rəhimov Naxçıvanda olmayıb. O, sentyabrın 14-də Naxçıvandan gedib. Ölüm hadisəsinin baş verdiyi gün - 19 sentyabrda ona məlumat verilib. E.Rəhimov həmin gecə Bakıdan Naxçıvana gedib.

Elbəyi Rəhimov və “Brend Media Group” arasında görülən işlərdə çox zaman müqavilələr formal şəkildə bağlanırmış. Elə bu iş görüləndə də əvvəldən müqavilə imzalanmayıbmış. Hadisə baş verən gün - E.Rəhimov Naxçıvana gələndə müqaviləni yolda imzalayıblar. Həmin müqavilədə tarix hadisədən 5 gün əvvələ - 14 avqusta göstərilib.

“Brend Media Group”un rəhbərinin adı işdə necə gizlədilib?

Əldə etdiyimiz məlumata görə, “Brend Media Group”un rəhbəri Elşən Məmmədov Naxçıvanda reklam lövhələri quraşdırılmadan öncə şəxsən özü oraya gedib. Reklam yerlərini şəxsən özü müəyyən edib və göstərişlərini verib. İşin maraqlı tərəfi budur ki, bu işlə bağlı cinayət işi açılıb, araşdırma aparılanda heç kim Elşən Məmmədovun adını istintaq zamanı çəkməyə maraq göstərməyib.

“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737203190_2.jpg
Elbəyi Rəhimovu necə aldadıblar?

Elbəyi Rəhimov deyib ki, onun işi reklamı hazırlamaq olub. Reklamın quraşdırılması isə sifarişçi tərəfin işi olub:

“Mən Naxçıvanda deyildim. Deyilmişdi ki, reklam quraşdırılmayacaq. Əvvəlki lövhələr quraşdırılanda orda olmuşam. İşlə bağlı müqavilə də imzalanmamışdı. Hadisədən sonra küçədə müqavilə imzalamışıq. Elə tələsik bir vaxtda müqavilədə nə yazıldığını bilmədim. Mənə deyildi ki, ödəniş üçün imzalayırıq. Amma müqavilədə məsuliyyətin mənim üzərimdə olduğu göstərilib. Düzdür, istintaqda mən özümü günahkar bilmişəm, amma sonradan düşündüm ki, lövhələri mən quraşdırmıramsa, niyə məsuliyyət daşıyıram?”

Əldə etdiyimiz məlumata görə, ölüm faktına görə cinayət işi açılanda Elbəyi Rəhimova işi öz üzərinə götürməsi, onun işini “həll” edəcəklərini deyiblər. Amma Elbəyi Rəhimov sonradan tək qaldığını başa düşüb. Sonda da həbs edilərək 3 il müddətinə dəmir barmaqlıqlar arxasına göndərilib.

“Mən Naxçıvanda olsaydım, həmin küləkli havada iş görülməsinə icazə verməzdim. Ən azından reklam yeri qazılıb, beton töküldükdən sonra qurumasını gözləyərdik. Mənim işçilərimi “Focus Media”nın işçiləri (Yusif və İslam adlı şəxsləri nəzərdə tutur - müəllif) məcbur ediblər ki, işləsinlər. Deyiblər ki, rəsmi tədbir olduğu üçün işləri sürətli görmək lazımdır” - Rəhimov bildirib.

Mərhumun oğlu Kamil Qafarovun fikirlərində də maraqlı məqamlar var. Onun sözlərinə görə, anası xəstəxanada ölüm ayağında olan zaman “Focus Media”nın nümayəndələri Yusif və İslam onun yanına gələrək “bizdən şikayətçi olma” deyiblər.

Elbəyi Rəhimov mərhumun oğluna yas xərcləri üçün 40 min manat pul verib.

Kamil Qafarov bu işdə günahkar şəxsin Elbəyi Rəhimov olduğunu düşünüb. Amma sonrakı mərhələdə Elbəyi Rəhimovun dediklərini, işin gedişatını görəndə fikrini dəyişib. Deyib ki, Elbəyi Rəhimovdan şikayətçi deyil. O, anasının ölümünə səbəb olan hadisənin əsas günahkarlarının cəzalandırılmasını tələb edib. Kamil Qafarov əsas da ondan şübhələnib ki, “Focus Media”nın nümayəndələri Elbəyi Rəhimovu tək qoyublar və işin gedişatında onunla münasibəti kəsiblər.

Bu qalmaqallı və qaranlıq işdə diqqət çəkən məqamlardan biri də şahidlərin Yusif və İslamın adını istintaq zamanı yox, məhkəmədə çəkmələri olub. Onlar məhkəmədə işlə bağlı göstərişləri Yusif və İslamdan aldıqlarını deyiblər. Və təsdiq ediblər ki, hadisə vaxtı Elbəyi Rəhimov Naxçıvanda olmayıb.

“Focus Media”nın nümayəndəsi Yusif mərhumun oğlunun dediyinin doğru olmadığını bildirib. Söyləyib ki, ona “bizdən şikayətçi olma” kimi bir söz deməyib.

Elbəyi Rəhimovun işçiləri deyiblər ki, külək olduğu üçün, iş yükləri çox olduğuna görə həmin gün işləmək istəməyiblər. Amma “Focus Media”nın nümayəndəsi Yusif onlara deyib ki, burda rəhbər odur və dedikləri yerinə yetirilməlidir.

Başqa bir diqqət çəkən məqam da budur ki, mərhumun oğlu “Brend Media Group” rəhbərliyindən və onun Naxçıvandakı nümayəndəliyindən narazı qalıb və şikayətçidir.

Mövzunu davam etdirəcəyik.

Musavat.com

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti