Əmirullayevin "ac həriflər"i -
Azərbaycan təhsili "Ac hərflər" teletamaşasına oxşayır. Bu sistemdə acgözlük, tamahkarlıq iyrəndirir. Çünki müəllim adından bəhs olunur. Müəllim ziyadır, işıqdır, dəyərdir deməklə olmur, indi məktəb direktorları, sinif rəhbərləri lombard biznesinə girişib, sələmə pul verir, valideyn komitələrinin əli ilə 5 oktyabr və 8 mart pulları yığdırır, sinif otaqlarını təmir etdirir, təbaşirdən tutmuş silgiyə qədər, jalüzdən lampaya xərcini valideynlərdən çıxarır. Belə iyrənc, üfunət qoxulu təhsil sistemi olarmı? O direktora, o müəllimə kim hörmət qoyar? Hələ onların seçki saxtakarlıqlarında iştirakı da bir ayrı ikrah hissi doğurur. Və kimsə sual verəndə ki, Misir Mərdanovdan bura nə dəyişib, birmənalı şəkildə demək olar - HEÇ NƏ!
Hətta Misir Mərdanov fizik, elm adamı olduğu üçün ən azından təhsilin keyfiyyətinin nə olduğunu yaxşı bilirdi. Ondan sonra Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev təhsilə bər-bəzək, kosmetika belə gətirə bilmədilər. Sonuncu nazir isə təhsildə olan biabırçılıqlara hər dəfə bir don geyindirir. Cənab Emin Əmrullayev, eybəcərliklərə don biçmək lazım deyil, təhsilin donunu dəyişmək lazımdır...
Baxın: İmişlidə müəllimə ilk tədris günü küçədə şagirdlər üçün yerə palaz sərib dərs keçir, başqa bir yerə İradə müəllimə söhbəti çıxır, bütün sosial media məsxərəyə qoyur, ardınca bəlli olur ki, məktəbin birində dərs başlamamış jalüz pulu istənilir; hələ bizim öz çevrəmizdə, tanış-tunuş, qohum-əqraba içərisində nə qədər şikayətlər, narazılıqlar var - kimisi deyir ki, indidən mayda keçiriləcək ibtidai siniflə vida tədbiri üçün pul yığılır, kimisi danışır ki, sinifdə hər şagirddən 10 manat təmir pulu yığılır, kimisi dövlətin təmin etdiyi dərs vəsaitlərindən əlavə müəllimlərin valideynləri xərcə salıb yenilərini aldırmasından giley-güzar edir, kimisi də 5 oktyabr Müəllim Günü üçün neçə manatdan pul toplanmasını müzakirə edir. Nazirlik deyə bilməz ki, konkret hansı təhsil ocağından söhbət gedir, total şəkildə bu hallar mövcuddur. Valideynlərin üzərinə də məsuliyyət qoyula bilməz, çünki valideyn komitəsinin rəhbəri sinif rəhbərinə "işləyir", o da direktora. Bir piramida var və hansı sinif zəif hədiyyə verəndə sir-sifət sallayırlar, mıs-mırıq edirlər. Bu qədər sadə, bu qədər açıq, bu qədər rüsvayçılıqlarla dolu təhsil sistemimiz var. Amma Qərb sisteminə əla bələd olan nazir Emin Əmrullayev bu illər ərzində heç bir genişmiqyaslı islahat həyata keçirməyib. Misir Mərdanov dövründə hansı biabırçı ənənələr var idisə, indi də yaşadılır. Hərçənd dünya dəyişir, 2024 başa çatır, müasir trendlər meydana çıxır, texnoloji inkişaf təhsil sisteminə fərqli töhfələr verir, Çin, Vyetnam, Sinqapur, Norveç, Finlandiya, Kanada və bu kimi ölkələr təhsildə xariqələr yaradır, ən yeni nəsil yüksək səviyyədə yetişdirilir, amma biz qalmışıq sanki at-araba dönəmində, Sabir demiş, "özgələr göydə balonlarda gəzir", Azərbaycan məktəbləri isə Əmirullayevin rəhbərliyi altında pul, pul, pul haqda düşünür. Yəni bir addım da irəliləyiş yoxdur. Bu il ali məktəblərə qəbul sayında yüksək nəticəyə də aldanmayın. Əvvəla, repetitor hesabınadır, ikincisi, ballar elə aşağıdır ki, oxumayıb 250 bal yığan da hansısa universitetə qəbul olunur. Ona görə də geridəqalmış təhsil sistemində köklü islahatlar olmasa, sələmçi direktorlar və qızıl alverçisi müəllimlərlə bu siyasət davam edəcəksə, bizim şikəst təhsilimiz qanqrena verməyə başlayacaq. Hörmətlər, cənab nazir!

Azər Talıbov
Anaxeber.info
 

Bölmənin digər xəbərləri

06 Mart 2025 Zamirə Dadaşova "Azəriqaz" rəhbərinə səsləndi: Bu xalqın Allahı var!
06 Mart 2025 Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb - Fonddakı fəaliyyətinə görə...
06 Mart 2025 Nərimanovun icra başçısı VAR VƏ YA YOX... BİLİNMİR... - FOTOFAKT
06 Mart 2025 Masazır bələdiyyəsi BU QƏDƏRMİ HARINLAYIB?.. - Şəhid ailəsi ŞİKAYƏTÇİDİR
06 Mart 2025 Abşeron təhsilinin şefi ilə bağlı ŞOK İDDİALAR - BU NƏDİ BELƏ?..
06 Mart 2025 “Qaçqınkom”da Səbuhi Əhmədovdan hamı narazıdır, bəs Rövşən Rzayev necə…
05 Mart 2025 Xətaidə sürətlənən qanunsuz tikintilər - İcra başçısı rayonu dostlarına “peşkəş“ edib
05 Mart 2025 “Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət
05 Mart 2025 Adı 2 milyonluq qalmaqalda hallanan "Amal Group"u bu məmurlar himayə edirmiş
05 Mart 2025 Səbuhi Nağıyev burda özünə BİZNES QURUB... - Prezidentə MÜRACİƏT OLUNDU
05 Mart 2025 Şərurlu İsfəndiyar vətəndaşları necə aldadır?-"Jasmine Park"dan şikayətlər- Fotofaktlar
05 Mart 2025 Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış - 180 min manata yaxın
05 Mart 2025 Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
04 Mart 2025 Musa Kılıç saxta diplomla çalışır? –Pasiyentlər şikayət yazdı…..
04 Mart 2025 "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
04 Mart 2025 Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri: Qanunlar güclüdür yoxsa sizin ehtiyaclarınız? – REPORTAJ
04 Mart 2025 149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?
04 Mart 2025 Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
04 Mart 2025 Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
04 Mart 2025 “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət

Dünyapress TV

Xəbər lenti