Paşinyanın yeni ssenarisi
Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın MDB və BRİKS sammitlərində iştirakını vacib saymasının səbəblərinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyinin əsasını Almatı Bəyannaməsi təşkil edir və bu gün Ermənistan bütün sahələrdə danışıqlar prosesini ona uyğun aparır. Ona görə də MDB-nin qeyri-rəsmi sammiti zəruridir.

“Biz təsis sənədini danışıqlarımız üçün əsas götürdüyümüz alyansdan üz döndərə bilmərik. Bu, təhlükəsizlik baxımından da vacibdir”, - deyə Simonyan bildirib.

BRİKS sammitində iştiraka gəlincə, Simonyan qeyd edib ki, bu tədbirin əhəmiyyəti Ermənistanın özünü regiondan kənarda qoymamaq istəyi ilə bağlıdır. Ermənistan tərəfinin fəaliyyəti özünün iqtisadi imkanlarının diversifikasiyasına yönəlib.

Onun sözlərinə görə, MDB-nin və BRİKS-in sammitlərində iştirak etmək qətiyyən Ermənistanın Avropaya inteqrasiya gündəliyindən imtina etməsi demək deyil.

“Bu istiqamətdə irəliləyiş davam edir və davam edəcək”, - deyə skiper əlavə edib.

Göründüyü kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı, MDB-dəki fəaliyyətini də donduran Ermənistan indi bu birliyin tədbirlərində yenidən aktivləşmək qərarına gəlib.

Halbuki Ermənistan bir ilə yaxındır MDB-nin müxtəlif formatlarda keçirilən tədbirlərini boykot edir. 2023-cü ilin oktyabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan işlərinin çox olmasını əsas gətirərək MDB dövlət başçılarının Qırğızıstanda keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Bundan başqa, Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçirilmiş 101-ci iclasına da yüksək səviyyəli nümayəndə heyətini göndərmək təklifinə rədd cavabı verdi. Xarci işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan da MDB ölkələrinin zirvə görüşlərinə getməyib.

Rəsmi İrəvanın bu fəaliyyəti Rusiyanın siyasi orbitindən uzaqlaşaraq Qərbyönümlü kursa üstünlük verməsi ilə bağlıdır. Avropa İttifaqına inteqrasiya prosesinin reallaşması üçün Ermənistan Rusiyanın lokomotivi olduğu KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-ni tərk etməlidir.

Avrointeqrasiya kursu götürmüş Ukrayna, Gürcüstan və Moldova MDB-dən çıxıb.

Bu baxımdan, Qərb Ermənistandan da eyni öhdəliyi tələb edir. Alen Simonyan isə Ermənistan üçün Avropaya inteqrasiyanın prioritet olduğunu, eyni zamanda MDB-də iştirakın vacibliyini qeyd edir.

Nikol Paşinyan hakimiyyətinin bu addımı son vaxtlar daha çox Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana səfərinin nəticəsi kimi şərh olunurdu. Yəni Putinin Moskvaya qayıtdıqdan sonra Paşinyanla telefon söhbəti və Azərbaycanda müzakirə etdiyi məsələlər barədə onu məlumatlandırması fonunda Ermənistan hakimiyyətinin Rusiya ilə yaxınlaşması diqqəti cəlb edir.

Rəsmi İrəvanın mövqeyindəki dəyişikliyin səbəbləri ilə bağlı müxtəlif ehtimallar səslənsə də, bu prosesin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı olduğu sirr deyil. Artıq Alen Simonyan son açıqlaması Ermənistanın son taktiki gedişinin mahiyyətini müəyyən etməyə imkan verir.

Spikerin sözlərindən aydın olur ki, Ermənistanın MDB-də yenidən fəallaşmaq istəyi daha çox Almatı Bəyannaməsinə maraq göstərməsi ilə bağlıdır. Ermənistan 1991-ci il dekabrın 21-də imzalanmaış MDB-nin məqsəd və prinsipləri, əsasları haqqında bəyannaməyə istinad etməklə Azərbaycanla sərhədlərin məhz həmin sənəd əsasında müəyyənləşməsini istəyir.

Qeyd edək ki, Azərbaycan sərhədlərin Almatı Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunmasına etiraz etmir. Yəni rəsmi Bakı bəyannamənin 3-cü bəndində əksini tapmış sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipinə hörmət edilməsini vacib hesab edir.

Lakin Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə sözügedən prinsipləri pozub. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımaqdan imtina edib. Azərbaycanla Ermənistan arasında sərhəd mövcud olmadığına görə, delimitasiya və demarkasiya prosesi yenidən aparılmalıdır.

Üstəlik, Azərbaycan parlamenti Almatı Bəyannaməsini 1993-cü il sentyabrın 24-də ratifikasiya edib. Beləliklə, razılaşma Ermənistandan fərqli olaraq, Azərbaycan üçün 1991-ci ildən hüquqi qüvvəyə malik olmayıb. Azərbaycan və Ermənistan arasında fikir ayrılığı daha çox xəritələrin tətbiqi ilə bağlıdır.

Paşinyan hakimiyyəti delimitasiya və demarkasiya prosesinin Sovet dövrünün xəritələri əsasında aparılmasını təklif edir. Yəni rəsmi İrəvan Almatı Bəyannaməsinin imzalandığı dövrdə mövcud olmuş və SSRİ hakimiyyət orqanları tərəfindən təsdiqlənmiş xəritələrdən istifadə olunmasında israr edir.

Söhbət 1976-cı ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən tərtib edilmiş və 1979-cu ildə SSRİ Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi tərəfindən təsdiq edilmiş xəritələrdən gedir. Lakin Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın iddiasının hüquqi əsası yoxdur.

Çünki Sovet dövrü 1920-1991-ci illəri əhatə edir və sərhədlərin müəyyənləşməsi zamanı istənilən ildə nəşr olunmuş xəritədən istifadə etmək olar. Ona görə də Ermənistan rəhbərliyinin MDB-yə müsbət jestlər etməsi əslində, sərhədlərin delimitasiyası və demarklasiyası prosesində məsləhətçi tərəf kimi iştirak etmək istəyən Rusiyanın dəstəyini almağa hesablanmış manipulyasiya məqsədi daşıyır.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Dünyapress TV

Xəbər lenti