""KRİSTAL ABŞERON" EVLƏRİMİZİ UCUZ QİYMƏTƏ SATMAĞIMIZ ÜÇÜN TƏZYİQ EDİR" - ŞİKAYƏT MƏKTUBU
“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin sakinləri tərəfindən şikayət məktubu daxil olub.

Məktubda deyilir:

- Son dövrlər Azərbaycan Respublikasında ələlxüsus paytaxt Bakı şəhərində mühüm abadlaşma işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanır, qəbul olunur.

Lakin bəzən vəzifəli şəxslər tərəfindən qazanc, gəlir əldə etmək məqsədilə, guya ki, “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək yuxarıda qeyd edilən küçələrin əhatə etdiyi bizim məhəlləni: şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metroya yaxın olan bizim məhəllə paytaxtın digər hissələri ilə müqayisədə fəqlənir. Bu məhəllənin sakinləri dədə-babadan, hələ XIX-XX əsrlərdə burda binə salmış insanlardır. Uzun illərdir ki, burda yaşayırlar.

Lakin günlərin birində, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, bizə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən - məhəllənini sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği sakinlərlə öncədən razılaşdırılmadan məhəlləni sökməyə başladılar. Bu zaman 64 saylı MİS-in ofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə şifahi surətdə bu ərazinin söküləcəyini bəyan etdilər və bunun müqabilində hər kvadrat metr üçün 2200 manat pul kompensasiyası təklif etdilər.

Halbuki bizim əraziyə qonşu olan ərazinin sakinlərinə başqa tikinti şirkəti tərəfindən hal-hazırda tüğyan edən infilyasiyanı, bahalaşmanı nəzərə alaraq 4000-4500 manat pul məbləği ödənilir. Həmin ərazinin yaxıığında inşa edilən yeni tikililərdə isə təmirsiz mənzillərin hər kvadrat metri 3300-3500 manata satılır. Həmin ərazidə yerləşən binalarda mənzillərin hər kvadrat metrinin bu qədər baha olduğu halda, "Kristal Abşeron" tikinti şirkətinin bugünkü real bazar qiymətinə uyğun olmayan məbləğ verməsi isə biz sakinlərdə haqlı olaraq narazılıq yaradır.

Qanunvericilikdə göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə mənzil təklif olunur, ya da həmin imkan yoxdursa, ona uyğun pul kompensasiyası ödənilir. Lakin həmin komissiya müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Bu zaman onlar ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ziyan vurur, atmosferi çirkləndirir və ərazidə antisanitariya baş alıb gedir. Bir sözlə, məqsədli şəkildə biz sakinləri evlərimizdən didərgin salmaq üçün dözülməz həyat şəraiti yaradırlar!

Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara: ölkə Prezidentinə, Birinci vitse-prezidentə, Baş prokurora, hətta Mehriban xanım Əliyevanın katibliyinin rəisi Altay Həsənova şikayətimizi çatdırmışıq.

Buna baxmayaraq, “Kristal Abşeron” tikinti şirkəti yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərərək biz sakinlərin şikayətini əngəlləyir və bununla da Prezidentimizin son dövrlər ictimaiyyət, insanlar arasında artan nüfuzuna kölgə salmağa cəhd edirər.

Hörmətli redaksiya!

Yuxarıda söylədiklərimizi nəzərə alaraq, xahiş edirik ki, biz sakinlərin üzləşdiyi problemi ictimailəşdirərək, dərdimizin Prezidentə və ya Birinci vitse-prezidentə çatdırılmasında bizə kömək edəsiniz. Və bu problemi müsbət həllini tapana qədər diqqətinizdə saxlayasınız!

Öncədən sizə təşəkkür edirik!

Biz sakinlər yuxarıda qeyd edilənləri imzalarımızla təsdiq edirik:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1724307520_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1724307520_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1724307520_3.jpg

 

Bölmənin digər xəbərləri

01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti