b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_5cc2d58bbf3de2dca8f812397ee50186.jpg
  

 

Xəbər verildiyi kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət proqramınaəsasən, Elm və Təhsil Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək.

Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.

Musavat.com xəbər verir ki, yeniliyə əsasən, paytaxta nəqliyyatın sıxlığını azaltmaq məqsədilə təhsil müəssisələrində dərs saatlarının fərqli vaxtlarda başlanması təklif edilir.

Kamran Əsədov: "Ali təhsildə ciddi islahata ehtiyac var"

Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətdə qeyd edib ki, hazırda paytaxtda səhər saatlarında, xüsusilə 8:00-9:00 aralığında, təxminən 600 mindən çox şagird və tələbə eyni vaxtda hərəkət edir ki, bu da nəqliyyat axınını kəskin artırır:" Eyni zamanda, işə gedən insanların hərəkəti ilə bu proses üst-üstə düşərək tıxacları daha da ağırlaşdırır.

Dərs saatlarının mərhələli şəkildə təşkil edilməsi – bəzi məktəblərin və universitetlərin dərsə 8:00-da, digərlərinin isə 9:00 və ya 10:00-da başlaması, nəqliyyat axınını bölüşdürərək pik saatların yükünü azaltmağa kömək edə bilər. Dünya təcrübəsində bu model uğurla tətbiq edilir. ABŞ və Avropanın bəzi ölkələrində məktəblərin dərs saatlarının tənzimlənməsi nəqliyyat sıxlığını 15-20% azaldıb və ictimai nəqliyyatın səmərəliliyini artırıb".

Ekspert əlavə edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsinə əsasən, təhsil müəssisələrinin fəaliyyət rejimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Bu da dərs saatlarının tənzimlənməsi üçün hüquqi əsas yaradır. Əgər bu addım düzgün planlaşdırılarsa, şəhərdaxili nəqliyyat rahatlaşacaq, ictimai nəqliyyatın yükü azalacaq və şagirdlər daha rahat bir rejimdə təhsil ala biləcəklər. Bu yanaşma həm ekoloji baxımdan, həm də sosial rahatlıq baxımından müsbət nəticələr verə bilər".

Afaq Mirayiq,
Musavat.com

 
 
 

Bölmənin digər xəbərləri

01 Fevral 2025 İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
01 Fevral 2025 Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
31 Yanvar 2025 Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq: Məbləğ açıqlandı
30 Yanvar 2025 Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
29 Yanvar 2025 İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidir? - Açıqlama
29 Yanvar 2025 BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
29 Yanvar 2025 500 manat kredit götürdü, 1500 manat faiz ödədi
28 Yanvar 2025 “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
28 Yanvar 2025 Cərimələrin tətbiqinə başlanıldı - Bəs, harda siqaret çəkmək olar? - BŞİH-dən cavab
27 Yanvar 2025 Praktikada bir çox hallarda işəgötürənlər hansı vəzifələrdən yayınır...
27 Yanvar 2025 Əmək münasibətləri sahəsində işəgötürənin hansı vəzifələri var?
27 Yanvar 2025 Qadınlar və kişilərin maaş statistikası: Ekspertlərdən açıqlama
26 Yanvar 2025 DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
25 Yanvar 2025 "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
25 Yanvar 2025 Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
24 Yanvar 2025 Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
23 Yanvar 2025 Qanunla qadağandır, amma... – Məktəblilərə də lotereya biletləri satılır
23 Yanvar 2025 Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
22 Yanvar 2025 Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO
21 Yanvar 2025 Azərbaycanda 1 milyondan çox insana 200 manat...- ŞAD XƏBƏR

Dünyapress TV

Xəbər lenti