Mingəçevir şəhər xəstəxanasında xəstələr belə incidilir
Hörmətli 24xeber.az-ın rəhbərliyi xahiş edirəm bizim bu çətinliyimizi ictimailəşdirərdiniz. Mingəçevir hamımızın şəhəridir. Problemləridə hamımızın problemidir. Ancaq tək əldən səs çıxmaz.Birlik olsa,hər kəs öz haqqını tələb etsə bəzi dələduz işbazlarda çəkinərlər öz məkirli niyyətlərindən. Mingəçevir səhiyyəsinin təkcə şəkər xəstələrinin başlarına gətirdikləri problemləri çatdırmaq istəyirəm nəzərinizə. Özüm də 1ci qarabağ müharibəsi veteranı şəkər xəstəsiyəm. Əvvəllər şəkər xəstələri üçün dövlət ayrılmış dərmanları vaxtı vaxtında hər kəsin ehtiyacına uyğun olaraq verirdilər. Həm də xəstələr narahat olmasın deyə ayın günlərinə bölüb növbəynən verərdilər. İndi qəsdən bütün xəstələri bir günə salıb bir birinin başına çıxardırlar. Bir xəstəyə ehtiyacı olduğundan qat qat az miqdarda test insulin verilir. Deyirlər yuxarıdan az verirlər. Apteklər isə doludur ağzınacan.Şəkər xəstəliyi ən ağır xəstəliklərdən olduğu üçün dövlətimiz hər cür yardım edir. Ancaq bu ərkəsöyün həkimlər heç kimi veclərinə almır dərmanlarımızı testlərimizi insulinlərimizi mənimsəyirlər. Nə hökumətdən qorxurlar nə allahdan. 2-3 ay bundan öncə camaat qalxıb narazılıqlarını bildirib sosial şəbəkələrdə çəkib göstərdilər. Hər şey qaydasına düşdü. İndi yenə köhnə hamam köhnə tas. Sübut istəyirsinizsə dərman verilən bircə gün gəlin qıraqdan seyr edin görün bu yazıq xəstələrə nə zülm verirlər. Nə üçün dərmanların verilməsini bir günə salırlar?Cavab birdir.Öz fırıldaqlarını ört basdır etmək üçün.

Əlavə olaraq onu da bildiririk ki, Mingəçevir Şəhər Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Faiq Abdullayev sanki Qarabağ müharisinin qazilərinə “müharibə” elan edib. Belə ki, 44 günlük vətən müharibəsinin qazisi 3-cü qrup müharbə əlili Anar Mehdiyevin də bildirdiyinə görə xəstəxanada qazilərin müalicə aldığı şöbələr pis vəziyyətədədi. Şikayət etsək də baxan yoxdu..

 
 
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti