Gəncənin yeni baş memarı da KÖHNƏ OVQATDADIR... - İTTİHAM VAR...
Gəncənin 2020-ci ilin yayında təyin olunmuş baş memarı Elxan Məmmədovun səsi ilk dəfə ucardan 2021-ci ildə çıxmış və hiddət doğurmuşdu. Bildiyimiz kimi, Vətən müharibəsinin gedişində Ermənistanın raket hücumu nəticəsində zərər dəymiş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdi. Evi dağılmış Gəncə sakini Elşən Ağaxanov Gəncə Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədovdan şikayətlənmişdi: “Sakinlərlə kobud danışır. Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?”
Hər kəsə məlumdur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxtaşırı olaraq vətəndaşları qəbul edib, onları narahat edən məsələlərlə maraqlanıb. Şikayət və təklifləri tək-tək dinləyib. Eyni zamanda ehtiyacı olanlara maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi, işlə təminat və digər məsələlərdə yaxından köməklik olunmasına çalışıb və nail olub. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin bir çoxu elə yerindəcə öz həllini tapıb.
Amma təssüflər olsun ki, problemləri araşdırılmayan və qanunamüvafiq qaydada həll olunmayan vətəndaşlar da vardır. Bunun da səbəbkarları cənab başçı Niyazi Bayramovun tabeçiliyində fəaliyyət göstərən bəzi vəzifə sahibləridir. Görülən işlərə hansısa maraqlar əsasında kölgə salmaq istəyən məmurlardan biri də yuxarıda adını çəkdiyimiz şöbə müdiri-baş memar Məmmədov Elxan Fazil oğludur. Onun barəsində növbəti şikayət Həsənov İbrahim Firudin oğlundan gəlib. Bir il bundan öncə, icra başçısının tapşırığına əsasən Gəncə şəhər, Atabəylər küçəsində yerləşən kənd təsərrüfatı məhsullarının becərilməsi üçün nəzərdə tutulan 30 hektar torpaq sahəsi Həsənov İbrahim Firudin oğlunun adına icarəyə verilmişdir. Hazırda əkinçilik işlərini daha da inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında DAİM idarəsindən subsidiya almaq mümkün olmadığından, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaq Agentliyinin reyestrindən keçirib çıxarış sənədi almaq zərurəti yaranıb. Buna görə də Agentliyin çıxarış hazırlaması üçün Gəncə şəhər Kadastr İdarəsinə yerquruluşunun sxeminin çəkdirilməsi üçün rəy göndərilib. Bu rəyə cavab olaraq, Şəhər İcra Hakimiyyətinin baş memarı Məmmədov Elxan Fazil oğlu tabeçiliyində olan nümayəndəsini göndərmək istəmir.
Qeyd edək ki, yerquruluşunun sxeminin götürülməsinə görə torpağın icarədarı, Kadastr İdarəsinin nümayəndəsi və icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib edilib imzalanmalıdır. Amma yuxarıda sadalananlara baxmayaraq, Gəncə şəhər sakini Həsənov İbrahim Firudin oğlu məyus vəziyyətdə qalıb. Belə bir prosesin həyata keçirilməsinə qeyri-qanuni maneələr yaradan Elxan Məmmədovun hansı maraqlara xidmət etdiyini anlamaq olmur. Dövlət məmurunun bu hərəkəti (hərəkətsizliyi) dövlət proqramında xüsusi yer alan qeyri-neft sektoruna zərbə vurmaqdan başqa bir şey deyil. Görünür, Elxan Məmmədov da Gəncə şəhərinin həbs olunan keçmiş baş memarı Məharət Mustafayevin yolu ilə gedir.
Biz inanmaq istəyirik ki, Ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncədə bəzi vəzifə sahibləri tərəfindən vətəndaşlara yaradılmış süni maneələr şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun nəzarəti altında aradan qaldırılacaq və vətəndaş İbrahim Həsənova da təsərrüfatla məşğul olmasına köməklik göstəriləcək.
Araşdırmalarımız davam edir.
Yazıda adıçəkilən vəzifəli şəxslərin də mövqeyini dinləməyə hazırıq.

GundemXeber.Az
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti