Quba Regional Meşə Təsərrüfatı Mərkəzini kim hədəfə götürüb? -
Teref.az yazır ki, mövzunun aktual olduğunu nəzərə alaraq bu araşdırmanı yenidən saytımızda oxuculara təqdim edirik.
Hər halda meşələrimizin, Vətənimizin ciyərini, kislorod mənbəyini həqiqətən qoruyan məmurları mütləq tanımaq və onları qorumaq lazımdır! Bəs görəsən nəyə görə ona qarşı belə hücumlar düzənlənir? Araşdırmada bunu aydın şəkildə görmək olur!
Beləliklə Teref.az araşdırmanı təqdim edir:
Dünən ölkənin bir sıra saytlarında və sosial şəbəkələrdə Quba Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı bir məlumat yayılıb.
Bir çox həmkarlarımız bu videoya istinad edərək, arxayıncasına məsələnin ictimailəşməsində, bəzi maraqlı qüvvələrə yardımçı olduqlarını bilməyiblər. Ona görə də, mənz belə ciddi saydığımız həmkarlarımızın prolemdən tam agah olması üçün, böyük bir araşdırma aparmışıq, gələn həftə təbii ki, ortalıqda olan bütün sənədlər, sübutlarla geniş bir reportaj təqdim edəcəyik. Hələlik isə, bu gün yayılan qərəzli, məqsədli informasiyaların mənbəyini və məqsədini bildiyimizə görə, reallığı bir neçə kəlmə ilə qısa çatdırmaq istəyirik.
Adıçəkilən idarə ilə, daha dəqiq desək, bu idarənin müdiri Elvin Baxışovla bağlı çoxdandır ki, şimalda reket jurnalistlər və böyük bir “parket mafiyası”nın arasında, amansız savaş gedir.
Bundan nəinki bölgədəki hər kəsin, hətta bildiyim qədər paytaxtda da bəzi qurumların xəbəri var.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Quba Regional Meşə İdarəsinə bir müddət öncə təyin olunan gənc, gənc olmasına baxmayaraq, hamı tərəfindən savadlı və bacarıqlı kadr kimi xarakterizə olunan Elvin Baxışov, meşələrdəki qanunsuz ağac qırıntılarına konkret qadağa qoyub.
Bundan qəzəblənən “ağac oğruları”, bölgədə fəaliyyət göstərən reket jurnalistlərə müraciət edərək, onlardan yardım istəyib. Onlar da müdirdən, təbii ki, öz xislətlərinə uyğun müəyyən imtiyazlar, pul və sairə tələb ediblər. Doğru işlədiyini, buna görə də heç kəsə bir qəpik də verməyəcəyini vurğulayan gənc meşəçi, bu cavabı ilə reket dəstəsinin hədəfinə tuş gəlib. Durmadan köhnə, saxta, hətta bəzən bir yerin videosunu, köhnə olduğu üçün, başqa bir yer kimi təqdim edərək, bu gənc dövlət qulluqçusuna hücuma keçən reket jurnalistlər, bu gün də öz istəklərinə çatmadıqları üçün, öz dırnaqarası mübarizələrini davam etdirirlər.
Təəssüf ki, bu reket jurnalistlər, bəzi yaydıqları inandırıcı videolarla, ciddi saytların da diqqətini özlərinə çəkə biliblər.
Teref.az


 
 
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti