b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547590_received_544347077837830.jpeg

  Artıq bir neçə gündür ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində, hansı ki, Abşeron rayonunun Perekeşkül qəsəbəsinə yaxın ərazidə yerləşən, həmçinin Müdafiə Nazirliyinin tabeliyində olan və “N” saylı hərbi hissənin təlim mərkəzinin torpaq sahələrinin heç bir rəsmi vəzifəsinin olmadığı bildirilən Akif Axundov adlı şəxslə, Müşfiqabad bələdiyyəsi rəhbərliyinin əlbir olaraq satmaları barədə məlumatlar, məhz ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilməkdədir. Düzdür, gundemxeber.az xəbər portalının redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, bu cür çirkin əməllərin həyata keçirilməsində əsas rolu Akif Axundov oynayır. 

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547591_received_727197659420146.jpeg

Yəni, bu şəxs heç bir rəsmi vəzifə sahibi olmasa da, o, həm müştəri tapılmasında, həm də ərazidəki torpaqların satışında əsas söz sahibi olur. Müşfiqabad bələdiyyəsi rəhbərliyinin rolu isə ondan ibarət olur ki, Akif Axundovun qeyri-qanuni satışını həyata keçirdiyi torpaq sahələrinə bələdiyyə tərəfindən  formal da olsa sərəncam verilir. 

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547592_received_626536612995174.jpeg

Akif Axundovla Müşfiqabad bələdiyyəsi rəhbərliyinin düzüb-qoşduqları işbirliyi sayəsində qol qoyulan ən böyük qanunsuzluqlardan biri də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid torpaq sahələrinin satılması olur. Bəli, bu yöndə məlumatlar redaksiyamıza daxil olduqdan sonra qeyd olunan ərazidə olduq və gözlərimizlə gördüklərimizdən sanki dəhşətə gəldik. Yəni, baş verənlərlə bağlı tərəfimizdən çəkilişlər həyata keçirərkən bəlli oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid torpaq sahələrində salınmış zeytun və digər növ ağaclar məhv edilmiş və ərazidə mişar daşından uzun hasarlar çəkilmişdir, çoxsaylı tikinti işləri həyata keçirilmişdir. Bəzi sahələrdə isə işbazlar zeytun ağaclarını kökündən çıxarmışlar. Elə ağaclar da var ki, onlar vətəndaşlara satılmış torpaq sahələrinin hasarlarının iç tərəfində qalmış və yəqin ki, çox yaxın vaxtlarda həmin ağacların ömür yollarına birdəfəlik “əlvida” deyiləcək. 

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547594_received_320484233812475.jpeg

Qeyd edək ki, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən «Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir» demişdir. Belə bir kəlamın işlədilməsi bir daha onu söyləməyə əsas verir ki, mərhum prezident Heydər Əliyevin həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, mərhum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində yaşıllıqların qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması üçün aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdi. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin »Ekologiya ili» elan olunması da, bir daha ölkə rəhbəri səviyyəsində ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərmiş oldu.

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547595_received_197229683246031.jpeg 

Baş verən belə bir olaylardan sonra ortaya maraqlı və olduqca düşündürücü suallar çıxır. Tutaq ki, Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyi əlbir olub torpaq sahələrini satmaqla qazanc əldə etmək fikirinə düşürlər və az sonra da belə bir addımlarını atırlar. O halda sual oluna bilər ki, görəsən hər iki tərəfin qanunsuzluğa söykənən əməllərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları niyə göz yumurlar? Yəni, əraziyə cavabdehlik daşıyan ekoloqlar hansı səbəbdən vaxtında qabaqlayıcı addımlarını atmırlar? Bu da onu ehtimal etməyə əsas verir ki, Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyi qanunsuzluq əməllərinə qol qoyarkən, əraziyə cavabdehlik daşıyan ekoloqların da maraqları təmin olunur. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi isə, problemlərin yaşanmasında əsas rolu oynayan və heç bir rəsmi vəzifə sahibi olmadığı bildirilən Akif Axundovun ünvanladığımız suallara verdiyi cavablar, söylədiyi bəzi açıqlamalar və s. oldu. Belə ki, bu şəxsə məxsus mobil telefona zəng edib məsələlərə münasibət bildirməsini xahiş etdikdə o, “Siz kimsiniz ki, araşdırma aparırsınız, mən o, şəxsi həbs etdirəcəyəm.

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547597_received_1504199183661039.jpeg

 Siz Qaradağ polisinə gəlin, mən sizi ora dəvət edirəm” deməklə, bizə hədə-qorxu gəlməyi də unutmadı. Hətta bu azmış kimi o, bizimlə telefonla danışa-danışa Qaradağ RPİ-nin hansısa əməkdaşı ilə də telefon bağlantısı qurdu və həmin polis əməkdaşına “Mənə bu nömrədir zəng edən, orda qeyd edin”  deməyi də unutmadı.

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547601_received_774589894470859.jpeg

 Bəli, Akif Axundovun danışıq ritorikasına, bizə hədə-qorxu gəlməsinə, heç bir rəsmi vəzifə sahibi olmadığı halda bizi Qaradağ Rayon Polis İdarəsinə dəvət etməsi, polis əməkdaşına sanki əmr və göstəriş verməsinə diqqət yetirdikdə, sanki düşüncələrimizdə müxtəlif fikirlər də formalaşır. Yəni, görəsən bu şəxs hansı statusa, hansı ixtiyara sahibidir ki, o, bizi polis adından Qaradağ RPİ-nə dəvət edir? Demək, bu şəxs öz-özlüyündə o qədər özündən arxayındır ki, polis adından çıxış edərək bizi polisə dəvət edir. Yəqin ki, bu heç cür belə ola bilməz və faktdır ki, Azərbaycan polisi qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdir. 

b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-09_medium_1694547603_received_1005483817434346.jpeg

Bir sözlə, Akif Axundovun bir növ polis adından çıxış edərək bizi Qaradağ RPİ-nə dəvət etməsi heç cür yolverilməzdir və qanun da buna yol vermir. Ona görə də düşünürük ki, bu məsələ Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun diqqətini cəlb edəcək və Akif Axundovun bu cür şifahi səlahiyyət mənimsəmə əməllərinin araşdırılması üçün, cənab Nazir aiddiyatı üzrə lazımi tapşırığını da verəcək.

Bir daha arşı tərəfin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

 

GundemXeber.Az

 
 
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti