Elşad Həsənov QOSQOCA YASAMALI necə xarabalığa çevirir... -
Yasamal rayonunda - 20 Yanvar metrosundan bir qədər yuxarıda, "2-ci Alatava" deyilən yerdə yerləşən bu tikilinin qarşısından keçəndə, nədənsə özümü məşhur Əfqanıstan əsilli yazıçı Xalid Hüseyninin "Çərpələng uçuran" adlı romanında hiss edirəm. Düşünürəm ki, illər sonra ölkəmə qayıtmışam və indi müharibənin gətirdiyi fəlakətlərin tablosu ilə üz-üzəyəm. Bu binanın yerləşdiyi yer isə əvvəlcə "Şurəvi"lərin, daha sonra isə Talibanın bombaladığı yaşayış binalarından biridir. Daha sonra bu düşüncədən ayrılıram və anlayıram ki, bəli, biz də əfqan xalqı kimi müharibə aparmış, çoxlu itkilər vermiş bir ölkəyik. Ancaq əfqanlardan fərqli olaraq, biz bu müharibədən qalib çıxmışıq axı. Yaxşı, elə isə bu bina nədir belə? Nəyə görə qalib bir xalqın, müzəffər bir ölkənin sakinləri hələ də üzərində "döyüş izləri" daşıyan bu binada yaşayırlar? Onlar kiminlə, hansı ordu ilə döyüşüb, belə "ayaqüstə" qala biliblər?
Binanı müşahidə edərkən, Əfqanıstandan Azərbaycana qayıtdım. İki ölkə arasında dağlar qədər fərq olsa da, bənzərlikləri də yox deyildi. Məsələn, Əfqanıstanı xaricdən gələn işğalçılar o kökə salmışdılar, daxildə etnik və dini parçalanma yaradıb, vətəndaş müharibəsi çıxarmışdılar. Daha sonra da "yeyin, bir-birinizi" deyib, çıxıb getmişdilər. Azərbaycanda isə bunu adətən yerli icra hakimiyyətləri edir. Yasamal İcra Hakimiyyəti salınan hər qapının, tikilən hər obyektin qoxusunu az qala, elə Əfqanıstandan alsın. Ancaq bu binadan "xəbərləri yoxdur". Məsələn, bu binanın fotoda da göründüyü kimi aşağı mərtəbəsində yeni tikilmiş aptek, onun yanında da bir təndirxana və paltar mağazası fəaliyyət göstərir. Bu sıra aşağıdan sola doğru getdikcə uzanır və sıra ilə açılan obyektlər elə sıra ilə də kasıblaşır. Altında yeni tikilmiş və ya təmir olunub istifadəyə verilmiş obyektlər varkən, yuxarıda içindəki insanlarla birgə çürüməyə tərk edilmiş beşmərtəbəli yaşayış binası görürük. Fonda isə hündürmərtəbəli, yeni tikilən, inşaat halında olan göydələnlər görünür.

...Əvvəl düşündüm ki, görəsən, bu qədər yeni tikilinin arasında belə bir çirkin görüntünün yaranmasına necə icazə verilib? Necə olur ki, əlil birinin öz evinə qapı qoymasına qətiyyətlə dirənib, buna imkan verməmək üçün hər yola, hər varianta əl atan icra hakimiyyəti bu boyda binanın hər gün dağılıb getməsinə, içindəki sakinləri ilə birgə çürüməsinə göz yumur?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1693917431_1.jpg
Daha sonra öz sualıma elə özüm də bir cavab tapdım. Deməli, "göz yummaq" adlı bir "uzaqgörən" strategiya var. Məsələn, yaşadığın bina eynilə bu şəkildədir və dağılıb gedir. Onu heç kim görməyəcək. Ta ki, sən o binada yerləşən evində balkonu təmir edənə, yaxud o binanın birinci mərtəbəsində özünə obyekt açana qədər. Bu vaxt görəcəksən ki, qarnı özünü qabaqlayan bir icra nümayəndəsi təşvişlə maşından aşağı düşür və qaçaraq yanına gəlib, səndən icazə kağızının olub-olmadığını soruşur. Sən də deyirsən ki, yoxdur. Bu, sadəcə fraqmentdir. Film elə bundan sonra başlayır. "Mumiya" filmindəki çürümüş bədheybəti xatırladan o boyda bina qalır bir kənarda, bütün qayda-qanun sənin təmir etmək istədiyin yoxa çıxmış balkonunda, yaxud kiçik ticarət obyektinin başında cəmləşir. Heç kim o binanın altındakı obyektlərin hansı qanuni əsaslarla tikilməsini, fəaliyyətini sorğulamayacaq, hətta onları görməyəcək də. Ta ki sən bu adamları "görənə" kimi...

Ötən günün axşam saatlarında bəzi rayonlarda beş bal gücündə zəlzələ baş verdi. Xoşbəxtlikdən dağıntı və tələfat olmadı. Bəlkə də bu zəlzələ Bakının "Taliban"ına - Yasamal İcra Hakimiyyətinə bir siqnal idi. Maraqlıdır, o zəlzələdən biri də Bakıda olsa, bu və bunun kimi binaların aqibəti necə olacaq?

Ev adı altında tikilib satılan hündürmərtəbəli və ya darvazalı "məzarlıq"da sağ qalsaq, nəticəni görəcəyik...
Bizimyol.info

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti