“Başçının müavini mənə dedi ki, bas bayıra!”
Sovet dönəmində Sabirabad Azərbaycanın ən varlı rayonlarından biri olub və Sabirabadı “çörəkli rayon” adandırıblar. Pambıq yarışında Bərdə ilə dabanqırma gedirdi. Hətta rayon ağsaqqalları deyirlər ki, bu səbəbdən də Sabirabadda katib, prokuror, polis rəisi və digər vəzifələrdə işləmək istəyənlərin sayı həddən artıq çox olub. O vaxtlar rayonda iki növbəli işləyən beton zavod, trestlər, “Sokzavod”, pambıq zavodu və digər müəsissələr fəaliyyət göstərib. “Sokzavod”un məhsulları o qədər keyfiyyətli olub ki, digər postsovet ölkələrinə də ixrac olunurdu və bu məhsullara təlabat böyük idi. Rayonda nəinki işsiz var idi, hətta insanlar iki növbəli işləyərək ailələrini normal təmin edirdilər.



Amma indi Sabirabad problemlərin çox olmasına, iqtisadi durumun ağırlığına, işsizliyin səviyyəsinə görə az qala rayonlar arasında liderdir. Bu gün rayonda bir müəssisə, zavod, fabrik belə yoxdur. Ara-sıra “filan zavod fəaliyyətini bərpa etdi” xəbəri yayılsa da, sonradan yalan çıxır. Ailələr yaşlı üzvünün pensiyasına, sosial yardım ümidinə qalıblar. Pensiyaçı, müavinət alan stutusu qazanmağa da hər adamın gücü, məmurlara tələb olunan rüşvəti verməyə gücü çatmır. Yenə kənd yerlərində yaşayanlar əkin-biçinlə, mal-heyvan, toyuq-cücə saxlamaqla birtəhər başlarını dolandırırlar. Rayon mərkəzində də icra strukturları, təhsil və səhiyyə qurumlarındakı məhdud sayda yerlərdə işləyənlər çörək tapırlar. Lakin çox sayda vətəndaş işsizdir. Oğurluq, dələduzluq, narkotik alveri, fahişəlik halları artır.



Rayonun Qalaqayın kəndində “beton zavodu” deyilən ərazidə (keçmiş Dəmir-Beton Zavodunun həndəvərində) yerləşən köhnə tikili ikimərtəbəli binalarda yaşayan sakinlərin isə vəziyyəti birmənalı olaraq ağırdır. Bu ünvanda yaşayırsansa, demək güzəranın kasıblıq səviyyəsindən də aşağıdır. Evlər özü qəzalı vəziyyətdədir. Az hiss olunan yaraltı təkanlar belə oradakı mənzillərin divarlarına çat salıb. Ailələrin gəlirləri yoxdur deyə mənzillərini təmir etdirə bilmirlər. Bəzi mənzillər tərk edilib, boş olsalar belə pis vəziyyətdə olduqlarından məskunlaşan yoxdur. Hər tərəfi zir-zibil, kol-kos basıb.
Həmsöhbət oilduğumuz sakinlərdən Zəhra Məmmədova, Kərim Həsənov, Raifə Qurbanova və başqaları deyirlər ki, kanalizasiya xətti yoxdur, sakinlər özləri torpağı qazıb çirkli suyu yerin altına axıdırlar. Bu da bir müddətdən sonra dolur, başqa yerdən qazmalı olurlar. Ətrafı pis qoxu bürüyür. Yayda üfunətdən, ağcaqanaddan, qışda palçıqdan, istiliyin olmamasından yaşamaq qeyri-mümkündür. Uşaqların oynaması üçün bir park, əyləncə yeri yoxdur. Əraziyə zibil yeşikləri, konteynerılər qoyulmur. Zibilliklərdə ilan-çiyan, küçə itləri dolaşdığından uşaqları həyətə buraxmağa qorxurlar. Elektrik sayğaclarının qutu qapaqları yoxdur, naqillər sallanıb təhlükə törədir.



Kərim Həsənov: “Yaşayış yerindən arayış istəyirsən, pul istəyirlər. Amma bu evlərin abadlığı, infrastrukturu ilə maraqlanan yoxdur. Bələdiyyə sədri deyir ki, məscidlərə getməyə benzini maşına nisyə alıram. Deyirəm sənin işin bəyəm məscidləri gəzməkdir? İcra nümayəndəsi müharibə veteranıdır, təcrübəsizdir, vəzifəni sanki imtiyaz kimi alıb. Mənzil fondunun təmiri-abadlıq işləri adı altında yazıb-pozub basıb yeyirlər. Yalnız rayonun mərkəzini bəzəyirlər. Rayonun keçmiş memarı Ağarəhim qaçdı, yerinə təyin etdikləri Müşfiq də korrupsiya üstündə həbs olundu”.
İsmayılova Səidə Ağasalah qızı mənzilin olmayan döşəməsini göstərib deyir: “Torpağın içində yaşayıram. İşıq idarəsi gəlib sayğacımı söküb aparıb. İndi də deüyirlər itirmişik. Müraciətlərimizə əhəmiyyət vermirlər. İcra başçısının müavini Həsən müəllimin qəbuluna düşmüşdüm. Mənə nə desə yaxşıdı?: “Bas bayıra! Get, necə pul qazanırsan-qazan, evini təmir elətdir”.
Sakinlərin şikayətlərinin qeydə alındığı videogörüntüləri təqdim edirik.
İbrahim Hümbətov
 //azerinfo.info//
 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti