Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazilərinin satılması halları kütləvi hal alıb.

AzToday.az-a daxil olan məlumata görə, təxminən 1 ay əvvəl Masallı rayonun Qəriblər Meşəbəyliyinin 8 saylı dolayında Qırmızı Kitaba daxil olan Azad ağacları kökündən çıxarılaraq məhv edilib. Belə ki, Qəriblər kəndinin mağistral yol keçən hissəsində yerli sakinlərin Nil Bağı adlandırdığı yer iş adamlarından birinə satılıb. Həmin ərazidə olan onlarla Azad ağacı məhv edirilərək yerində restoran tikilməyə cəhd edilib. Xeyli əsaslı tikinti işləri görülüb.

Redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, meşə ərazisində qanunla qadağan olunan əsaslı tikinti işlərini 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi deyil, Masallı rayon İcra Hakimiyyəti dayandırıb. Prosesin ən ilginc tərəfi isə odur ki, iş adamının Azad ağaclarını məhv etməsi ilə bağlı hələ də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquq-mühafizə orqanlarına müraciət etməyib. Mənbə bunu idarə rəhbərliyinin merkantil maraqları ilə izah edir. Çünki meşə ərazisində hər-hansı bir obyektin tikintisi ekologiya idarəsinin xəbəri olmadan həyata keçirilə bilməz. İddialara görə, Nil bağı deyilən ərazidə restoranın tikilməsi üçün 5 min manat alınıbmış…

Restoran tikintisi icazəsiz və heç bir müqavilə bağlanmadan həyata keçirilib. Məhz bu səbəbdən də Masallı İcra Hakimiyyəti prosesə müdaxilə edərək, tikinti işlərinin dayandırılmasına nail olub…

Tikinti işlərinin aparılması ilə bağlı redaksiyamızın əldə etdi görüntüləri təqdim edirik:

WhatsApp-Image-2023-08-28-at-06.51.22.jpeg

 

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti