HƏBSXANA RƏİSİ AZƏR HACIYEV MƏHBUSU ÖLÜM ACLIĞINA NECƏ VADAR ETDİ? - Prezidentə müraciət
ƏSLİ- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
SURƏTLƏRİ- Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya,
Azərbaycan Respublikasının PA-nın müdiri cənab Samir Nuriyevə,
Azərbaycan Respublikası baş naziri cənab Əli Əsədova,
Azərbaycan Respublikasının Baş prkuroru cənab Kamran Əliyevə,
Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova,
Azərbaycan Respublikasının Daxili İşər nazir cənab Vilayət Eyvazova,
Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova,
Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa ölkələri və ABŞ səfirliklərinə,
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinə,
Azərbaycan Respublikasının Konstitusiya Məhkəmə sədrinə,
Ali Məhkəmə sədri cənab İnam Kərimova,
Azərbaycan Respublikasının Ombudsman Aparatının sədri Səbinə Əliyevaya,
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə,
Bakı şəhər Prokurorluğuna,
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə,

«Şəfafflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İB-nə.
İFADETV.COM İnformasiya Agentliyinin baş redaktoru İfadə Cəfərzadə tərəfindən

«8 saylı cəzaçəkmə müəssisəsinin məhbusu Eyvaz Nahid Qədir oğlunun rəhbərliyə etiraz olaraq ölüm aclığına başlamasıbarədə müraciəti əsasında hazırladığımız araşdırma məqaləsi həm sosial şəbəkədə, həm də saytımız vasitəsilə ictimailəşdikdən sonra elə bu gün 13 avqustda ona qarşı rəhbərlik qanusuz zorakılıqlara başlamışdır.
Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndində qeyd edilib ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər. 206-cı maddənin 206.3. bəndinə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.
Qanunvericiliyin xüsusi maddələrini nəzərə almağınız xahiş olunur.
Hörmətlə, baş redaktor İfadə Cəfərzadə

8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Eyvaz Nahid Qədir oğlu ölüm aclığına başlayıb.
Bu barədə məhbus özü bu gün İfadetv.com-un baş redaktoruna yaxınları vasitəsilə videomüraciət və yazılı məlumat göndərib.

Həmin görüntülərdə o həbsxanada çalışdığı işinə görə maaşının dayandırıldığını deyib və prezidentdən kömək istəyib.:

"Artıq son nöqtəyə gəlmişəm İfadə, Azər Hacıyev- fizuli gədəsi ilk qabaq 13-saylı və cəza çəkmədə rəis işdiyib,,ləqəbi" Narko-baron",,13-cü kalonda 5-kq narkotik tapılandan sonra,,pulun gücünə bunu 8-zə rəis göndərdilər,,və burdada öz çirkin fəaliyyətin davam etdirməyə başladı,,,nədi nədi bunun arxasında Nazirlikdə şərik bir arxası var idi,,indidə vəziyyətdən çıxmaq üçün bir neçə məhkumun üzərinə atır etsiklərin: Sual:Bu dövlətin qapısı dövlətin qapısıdır,,kiminsə atasının qapısı deyil ki istədiyi telefonları və narkotikaları keçirsin,demək Hacıyev özü şərait yaradıb buna..."
"İndi də qanunla hüquqla olan qısa və uzun müddətli görüşün qarşısın alıb adını da qoyub ki yuxarıdan Mirsaleh Seyidov bağlatdırıb,,görəsən buna səbəb nədir,,qanun belə kiçikdirki hər yetən atın oynatsın? İstəyirəm ki, ölkə başçısının bütün bunlardan xəbəri olsun." ( Nahid Qədiroğlu)
Redaksiyadan: Məhbus Nahidin dediklərində həqiqət payı var .Beləki, o əvvəllər 13 saylı cəzaçəkmə müəssisəsində rəis olanda narkotikdən əziyyət çəkən məhbusları öz adamları vasitəsilə təmin edirmiş. Yəni, qəti surətdə imkan vermirmiş ki, valideyn özü övladına narkotik verə bilsin. Məsələn, məhbus Əliyev Elvin Gündüz oğlu da öz tələbatını əlacsız qalıb belə təmin edəbnlərdən olub. Və bu özbaşnalıqların nəticəsində ƏN-nin Penitensiar Xidmət rəisi cənab Ceyhun Həsənov nə qədər arxalı adam olsa da, vəzifəsində qala bilmədi. Hazırda həbsxanalarda narkotik maddələrin məhbuslara ötürülməsi məsələsi qəti surətdə dayandırılıb.
Müraciətin ardı olacaq
P.S. İndicə xüsusi mənbələrdən aldığımız məlumata görə bizim məhbus Nahidin məsləsini sosial şəbəkədə yaydığımızdan xəbər tutan ƏN-nin 8 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin göstərişi əsasında Nahid Qədir oğlu əvvəlcə vəhşicəsinə döyülmüş, onun ağzının tikişləri zorakılıqla sökülmüş və ƏN-nin Pentensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə gətirilmişdir. Mənbənin bildirdiyinə görə Nahidi burada müalicə etməyib KARSA salmışlar. 1 həftədir ki, ölüm aclığına başlayan Nahidin vəziyyəti kritikdir və ölüm ayağındadır. Ona hazırda ƏN-nin Mərkəzi Müalicə Müəssisəsində heç bir tibbi yardım göstərilmir. Bizi izləyin.

İfadetv. Com

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti