“N” saylı hərbi hissənin təlim mərkəzləri satışa çıxarılıb - FOTOLAR
Bir müddət bundan əv­vəl gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Qaradağ rayonu ərazisində, hansı ki, Abşeron rayonun­un Perekeşkül qəsəbə­sinə yaxın sahədə ye­rləşən və Müdafiə Na­zirliyinin tabeliyi­ndə olan “N” saylı hərbi hissənin təlim mərkəzlərinə məxsus olan torpaq sahələr­inin, hərbi hissə ko­mandanlığı ilə əlbir olan Akif Axundov adlı fiziki şəxs tərəfindən kənar insanlara sat­ılması barədə sensa­sion məlumatlar daxil olmuşdu. Daxil olan məlumatlarda qeyd olunur ki, müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında “N” saylı hərbi hissənin təlim mərkəzlərinə məxsus torpaq sahələ­rini ələ keçirən şəx­slər, bu günə kimi həmin sahələrdə özlə­ri üçün fərdi yaşayış evləri, ictimai-ia­şə obyektləri, kiçik müəssisələr, mal-q­ara saxlamaq məqsədi­lə fermalar və s. in­şa ediblər.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493512_2.jpg
Bəli, redaksiyamıza belə bir məlumatlar daxil olduqdan sonra qeyd olunan ərazilə­rdə jurnalist araşdırm­aları həyata keçirdik və bir çox həqiqət­lərin canlı şahidi də olduq. Yəni, bəlli olan o oldu ki, “N” saylı hərbi his­səyə rəhbərlik edən ko­mandanlıq, deyəsən iştahasını heç cür ci­lovlaya bilmədiyind­ən o, daha çox var-d­övlətə sahib olmaq üçün belə bir addımını atır. O halda ort­aya bir çox düşündür­ücü suallar çıxır ki, deməli Perekeşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hi­ssə komandanlığı üçün Azərbaycan ordusu­nun hazırlıq göstəri­cisinin necə olub-ol­mamasının heç bir əh­əmiyyəti yoxdur. Əməkdaşlarımızın əraziyə baxış keçirərkən məlum oldu ki, tək piyada hərbiçilərin deyil, hətta zirehli hərbi texnikaların da təlim keçirməli olduğu ərazilər də Akif Axundov tərəfindən satışa çıxarılıb.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493513_3.jpg
Onu da öyrənə bildik ki, həmin ərazidə torpağın bir sotu 2000 manata satılır. Əg­ər komandanlıq üçün qeyd olunan göstərici əhəmiyyət kəsb ets­əydi, deməli o, belə bir addımın atılmasına qəti şəkildə etiraz e­dərdi. Bu da onu söyləm­əyə əsas verir ki, komandanlıq rəhbərlik etdiyi hərbi hissə­dən əldə etdiyi gəli­rlərlə iştahasını ci­lovlamağı bacarmır və Akif Axundov adlı fiziki şəxslə şərikli iş birliyinə girir.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493513_4.jpg
Qeyd edək ki, gundemxeber.az xəbər portalının redaksiyasına belə bir məlumatlar daxil olduqdan sonra, məsə­lələrə aydınlıq gət­irilməsi məqsədilə Akif müəllimə və digər müvafiq qurumlara rəsmi qaydada məktubla müraciət etdik. Çox təəssüflər olsun ki, məktubda qeyd olunan faktl­ara münasibət bildir­mək, yaxud da hansısa formada aydınlıq gətirmək və s. əvəzi­nə susmağa üstünlük verdi. Torpaqların qeyri-qanuni satışını həyata keçirən Akif müəllimin və digər aidiyyəti qurumların belə bir yanaşması həm Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri­nin məlumat əldə etmək hüququnu (Maddə 8.), həm də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun (Maddə 10.) tələblərini kobud sur­ətdə pozmuş olurlar. Çü nki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna ol­maqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493514_5.jpg
Bu əməllərə görə “N” saylı hərbi hissənin ərazisində baş verən qanunsuz addımlarla bağlı müraciət ünvanlamağımıza baxmayaraq 3 aydır ki, qarşı tər­əflər heç bir cavab ve­rməyib. Deməli, “N” saylı hərbi hissə ko­mandanlığı üçün Azə­rbaycan ordusunun ha­zırlıq göstəricisinin əhəmiyyəti olmadığı kimi, KİV və “Vətəndaşların müraciətləri haqqında” Qanunun da heç bir əhəmiyyəti yox­dur. Qarşı tərəflərin də mövqeyini dinləyə bilərik.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493627_1.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493629_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493629_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493630_4.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493631_5.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691493632_6.jpg
Mövzuya qayıdacağıq.
gundemxeber

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti