Məhkəmə-Hüquq Şurası Şəmsəddin Abbasov barəsində nə tədbir görəcək?
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri işinə girişməsi, onun vəzifəsi ilə vidalaşmasına gətirib çıxarda bilər

Azərbaycanda bir çox dövlət məmurlarının vəzifə səlahiyyətlərindən öz şəxsi mənafeləri üçün istifadə etmələrinə dair media və sosial şəbəkələrdə çoxsaylı materiallar yayımlanıb.

Belə məmurlrdan biri də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov olması barədə oxucularımıza məlumat vermişdik.

Həmin xəbərdə bildirmişdik ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vəzifə səlahiyyətlətindən sui-istifadə edərək bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC yaradaraq avtomobil mühərriklərinin təmiri işinə girişib. Bu sahədə ciddi gəlirin olduğunu bilən Şəmsəddin Abbasov, hakim vəzifəsindən istifadə edərək bacısı oğlunun adına açdığı şirkətin işlərini daha daha böyütməklə məşğuldur. Belə ki, hakim səlahiyyətindən sui-istifadə edən Şəməsdddin Abbasovun dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini Arif Fətiyevin adına yaratdığı MMC-yə verilməsini təşkil etdirir. Hazırda MMC kimi Arif Fətiyevin adına qeydiyyatdan keçən “avtoservis” Masazır qəsəbəsində DYP rəisi Ramiz Zeynalova məxsus olduğu Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Hakim Şəmsəddin Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə Məhkəmə-Hüquq Şurası tərəfindən qiymət veriləcəyinə inanırıq. İnam Kərimovun rəhbərliyi altında Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması onu deməyə əsas verir ki, məhz məhkəmə sistemini hörmətdən, nüfuzdan salan hakimlər mütləq şəkildə bu sahədən uzaqlaşdırılmalıdırlar.

Bildirək ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, zərurət olduqda intizam məsuliyyətinə cəlb edilməsi, habelə hakimlərlə bağlı digər korrupsiyaya şərait yaradan məsələləri öz səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb. Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Qarşı tərəfin mövqeyini dərcə etməyə hazırıq.
AzFakt

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti