Əziz Əzizov Mehriban Əliyevanın göstərişinə baxmır - ona əziz olan puldur!
Bakının Suraxanı rayonu heç zaman yerli rəhbərlik sarıdan bəxti gətirməyib. Bu rayonun qismətinə həmişə laqeyd məmur düşüb. İndi də suraxanılılar eyni zilləti çəkməkdədir. Çünki onların problemləri rayonun icra hakimiyyətini maraqlandırmır. İcra hakimiyyətinə başçılıq edən isə gəzmədiyi İH qalmayan Əziz Əzizovdur. O da elə məmurdur ki, fərq etmir Yasamalın, Cəlilabadın, yaxud Suraxanının başçısıdır, harada işləyibsə əhalinin müraciətlərinə biganə qalıb. Yeni Günəşli ərazisində olan "Sahil - S İnşaat" şirkətinin binasının sakinləri də oxşar etinasızlıqla üzləşiblər. Onlar Heydər Əliyev Fondunda qəbul ediliblər, problemləri öyrənilib, daha sonra fondun rəhbəri, I Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə sakinlərin məsələsi yerli icra hakimiyyətinə yönəldilib. Suraxanı İH qarşısında vətəndaşların problemləri barədə maraqlanmaq tələbi qoyulub. Və bu, Mehriban xanım Əliyevanın və prezidenti olduğu Fondun tapşırığıdır. Deyilib ki, onların borcu problemlərlə maraqlanmaqdır. Amma icra başçısı Əziz Əzizov üçün ən əziz olan puldur, maxinasiyadır, Yeni Günəşlini qarış-qarış satmaqdır. Sakinlərin sözlərinə görə, bu günə qədər mediada onlarla müraciətləri işıqlandırılıb, Prezident Administrasiyası, Baş Prokurorluq onların məsələsini nəzarətdə saxlayır, şikayətlərinə diqqət göstərilir, müxtəlif qurumlar dələduzluqla üzləşmiş bu ailələri dəstək olmağa çalışıb, amma birbaşa öz ərazisinə aid olan problemlə Əziz Əzizov bir dəfə olsun maraqlanmayıb. Yəni sənə aid səlahiyyət zonasında bu hadisələr baş verir, respublika məsələdən məlumatlıdır, amma bir başçı kimi sakinləri qəbula çağırıb bir görüş keçirmə, dərdinə şərik olma, ən azı etika naminə onlarla həmsöhbət olma, heç olmasa dilini şirin etmək üçün "sizə necə kömək edə bilərəm" deyib 165 ailənin könlünü alma...Bəs bir başçı kimi vəzifən nədən ibarətdir? Prezidentin yerdəki səlahiyyətli nümayəndəsi olaraq nə işlə məşğulsan ? Yerli sakinlərin problemi ilə maraqlanmırsansa, bəs nə səni ilgiləndirir? Hər şey bir yana, Mehriban xanımın göstərişi İH-nə deyilir ki, bu insanlara kömək edin, icra başçısı Əziz Əzizov I vitse-prezidenti də saymır? Ona deyilən sözü bu qulağından alıb, o biri qulağından keçirməkdi bu. Yəni Suraxanı icra başçısı torpaq satmağa vaxt tapır, qarış-qarış əraziləri peşkəş etmək üçün sərəncam verməyə zamanı olur, amma Mehriban xanımın tövsiyyəsi ilə aldadılmış sakinlərlə danışmağa vaxt edə bilmir? Maraqlıdır, Əziz Əzizovun məmur olaraq başı nəyə qarışıb ki, başını qaşımağa vaxtı olmur və 165 ailə adından 10-12 nəfərlə görüşmür? Əziz Əzizov hakimiyyət içində hansı böyük gücə bağlıdır və ona güvənir ki, Mehriban xanım Əliyevanın göstərişinə məhəl qoymur?! Bu hörmətsizlik, saymazlıq, müştəbehlik hardan qaynaqlanır? Sakinlər deyirlər ki, Heydər Əliyev Fondunda üç dəfə qəbul ediliblər, amma Suraxanı İH-dən bir dəfə belə zəng olmayıb ki, sizə necə dəstək ola bilərik? Sakinlər dövlətin diqqətindən razıdır, amma məmurların belə davranışı anlaşılmazdır.
Anaxeber,info bildirirki , Hazırda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olan Əziz Əzizovun hələ Cəlilabad və Yasamal rayonlarında törətdikləri bir çox özbaşınalıqlar barədə dövrü mətbutda yazılanların üstündən hardasa sükutla keçmək olar. Amma Suraxanıya təyin olunduqdan sonra az qala iki il ərzində rayon ərazisində, boş torpaq sahələrində, istismar müddəti bitmiş neft quyularının üstündə tikinti aparılmasına verilən icazələrin artmasının üstündən sükutla keçmək olmur. Yəni icra başçısı Əziz Əzizov üçün vacib olan ölkə rəhbərliyinin tapşırığı yox, özfəaliyyətidir...
Azər Talıbov
Anaxeber,info

Bölmənin digər xəbərləri

06 Fevral 2025 Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO
06 Fevral 2025 FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
06 Fevral 2025 Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu – Foto
06 Fevral 2025 Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..

Dünyapress TV

Xəbər lenti