Ölkədə olmayan Qubad İbadoğlu UNEC-də necə müəllimlik edirmiş…?
Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC ) rektoru Ədalət Muradov barəsində ölkə mediasında yazılanları oxuyanda adam düşünürdü ki, bəlkə... Əlbəttə, rektor Ədalət Muradovun baş redaktoru olduğu “Ekspert” jurnalının üz qabığında Gülənçilərin emblemini görmüşük... Hətta Ədalət Muradov bunu təkzib də etməyib... Amma yenə adam düşünürdü ki, bəlkə...
Son illər Azərbaycan cəmiyyətində tanınmış adamlar sanki hər şeyə QARA EYNƏK-dən baxır...hər şeyi QARA görməyə, hər şeyin üstündən QARA XƏTT çəkməyə hazırdırlar... Bax, buna görə də hər dəfə düşünürdük ki, BƏLKƏ.... Amma bir məqam gəlib çatır ki, ortaya əlahəzrət FAKT qoyulur və... Kim deyibsə çox düzgün deyib: Факт - самая упрямая в мире вещь.
Bəli, ortaya FAKT qoyulanda, artıq BƏLKƏ-lərə ehtiyac qalmır. Bəli, cənab rektor Ədalət Muradov artıq sənin qarşına FAKT qoyublar...burada metrobaşı Tağı Əhmədov demişkən, burcutmağa yer qalmır...
Məlumdur ki, bir həftə öncə Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunurdu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərdə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, Qubad İbadoğlu saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bizim bu yazının yazılmasında məqsədimiz kiminsə həbs olunması-filan deyil. Hətta Qubad İbadoğlunun qardaşı, Milli Məclisin üzvü, Vüqar Bayramov qardaşının həbsi ilə bağlı çox dürüst və korrekt cavab verdi: “İnanıram ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Allah bütün məhbusların qapısını açsın”.
Bəli, biz hüquqi dövlətdə yaşayırıq, istər Qubad bəy, istər başqası olsun, məsələyə hüquqi qiymət veriləcək. Amma.. Əmması odur ki, Qubad İbadoğlunun neçə müddətdir ki, Azərbaycan dövləti, Prezidenti barəsində xarici mətbuatda dedikləri, heç bir etik prinsiplərə uyğun gəlmir...bu adam ölkədəki ən uğurlu məsələlərin belə üstündən qara xətt çəkir və s.. Bəs belə olan halda Qubad İbadoğlu DÖVLƏTƏ MƏXSUS ali təhsil müəssisəsində neçə illərdir ki, necə çalışıb..?
Əslində biz onun çalışmasını deyil, ölkədə olmaya-olmaya Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmasını anlaya bilmirik. Bəlkə rektor Ədalət Muradov UNEC-də “ölü canlar” saxlayır..?
Biz müxalif partiya sədrinin UNEC-də çalışmasını da deyil, ölkədə olmayan şəxsin dövlət universitetində kağız üzərində müəllimlik etməsini başa düşə bilmirik... Buna nə deyirsən, cənab rektor Ədalət Muradov..? Universiteti sanki şəxsi təsərrüfatın kimi işlədirsən, UNEC-də ( ADİU-da) dövlət imtahanları üçün 5000, kəsir imtahanına görə 500, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 məbləğində “ödənişlər” edilir... Hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə ezamiyyətə, “başmaq seyrinə” gedirsiniz...Bunlar hansı pulla başa gəlir..?
İndi məlum olur ki, bütün bunlar FETÖ-nun dəstəyi ilə olub. Bəli, dövlətçiliyimiz əleyhinə xaricdə çıxışlar edən şəxsin rektor Ədalət Muradov tərəfindən dəstəklənməsi çox ciddi məsələdir.
Ümid edirik ki, yaxın zamanda bu məsələ dövlət qurumları tərəfindən ciddi araşdırılacaq.