Baş mühasib peşə mərkəzini talayanda direktor Mətləb Hüseynov hara baxırmış? - İTTİHAM VAR!
Azərbaycanda peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Sözügedən Agentliyin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək olub. Həmçinin əmək bazarının tələblərinə uyğun müasir tədrisin təşkilinə nail olmaq və bu istiqamətdə ölkəmizdəki peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etmək, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini həyata keçirmək olub. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.

Amma görəsən bu həqiqətənmi belədir? Bakıda, Sabunçu rayonundakı Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi bir neçə peşə məktəbinin bazasında yaradılıb. 1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.

2019-cu ildə 4 peşə məktəbini özündə birləşdirən Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə Mətləb Hüseynov direktor təyin olunduqdan sonra burada ciddi dəyişikliklər baş verib. Belə ki, Təhsil Mərkəzinin direktoru olduqdan sonra Mətləb Hüseynov bütün peşəkar kadrları işdən çıxarıb və öz komandasını yığmağa başlayıb. İlkin olaraq peşə mərkəzinin 40 ilə yaxın peşə təhsili üzrə ixtasaslı kadrını müxtəlif bəhanə ilə işdən çıxarıb. Onun 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə törətdiyi qanunsuz əməllərindən elektron media resurslarında kifayət qədər geniş məlumatlar yayılıb. Mətbuatın yazdığına görə Mətləb Hüseynov vaxtı ilə Təhsil naziri olmuş, hazırda isə iqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrıdır. Yəni onları hansısa bir qohumluq, dostluq telləri bağlayır.

Mətbuatın yaydığı məlumatlara belə aydın olur ki, Mətləb Hüseynov karyerası boyu işlədiyi bütün vəzifələrdə dövlətin malını talamaqla məşğul olub. İstər Bakı Sənaye-Pedoqoji Kollecində çalışanda istər, 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə,istərsə də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərliyi dövründə ancaq qanunsuz işlərlə məşğul olub ki, bunların çoxu hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, bir çox faktlar təsdiqini tapsa da Mətləb Hüseynova dəyən olmayıb. Elə ən sonuncu yoxlamada da həmçinin.

Məlum olduğu kimi Hesablama Palatası 2022-ci il üzrə iş planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlara ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb. Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir elan amillər təhlil olunub. Bu zaman Agentliklə yanaşı peşə təhsili müəssisələrinin əksəriyyətində nöqsanlar, qanunsuzluqlar aşkarlanıb. O cümlədən də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində.

Bizə verilən məlumatlara görə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki audit yoxlamasından sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi mərkəzin baş mühasibini işdən çxarıb. Niyə? Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki maliyyə pozuntu hallarını güya baş mühasib özbaşına törədib. Maraqlıdır bəs onda Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov harada olub, hara baxıb?

Bizə verilən digər məlumatlara görə Mətləb Hüseynov Peşə Təhsil Mərkəzinin müəllimlərindən pul toplamağa başlayıb. Mərkəzdə maliyyə pozuntunu bərpa etmək adı altında. Buradan da suallar yaranır. Dövlət vəsaitlərini baş mühasib mənimsəyibsə, çatışmayan vəsaiti Mətləb Hüseynov niyə ödəyir? Digər tərəfdən, idarədə hər hansı bir maliyyə əməliyyatı aparılması birbaşa direktorun səlahiyyətləri daxilindədir. Yəni, baş mühasib idarə rəisinin imzası və möhürü olmadan hər hansı bir maliyyə əməliyyatı apara bilməz. Belə olan halda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nədən Mətləb Hüseynovun barəsində deyil, baş mühsibin barəsində ölçü götürüb? Bu suala da qoy Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev cavab versin.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti