Naxçıvan MR-ın Şərur rayonunun Püsyan kəndində baş verən bir qətl hadisəsinin üstü açılıb.
Xalqxeber.az bildirir ki, Ovqat.com-un məlumatına görə, qatili hadisə yerinə yaxın yerdə quraşdırılmış kameraya düşməsindən müəyyənləşdirmək mümkün olub.
Maraqlıdır ki, hadisənin üstünü açan polislər bir müddətdən sonra necə böyük səhvə yol verdiklərini anlayıblar. Zira bu hadisədən sonra kameraların cinayətkarı müəyyənləşdirməkdə bənzərsiz rolunu kəşf edən Muxtar Respublika DİN yeni şifahi təlimat hazırlayıb. Təlimatda bütün polislərdən nəzarət etdikləri ərazilərdə kamera quraşdırılması tələb olunur. Üstəlik, bu kameralar polislərin şəxsi vəsaiti hesabına quraşdırılmalıdır. Cəmi 600 manat civarında maaş alan və ayın yarısını qarnıtox, digər yarısını ac keçirən polislər onlardan tələb olunan kameraları hansı vəsaitlə alacaqlarını bilmirlər. “Kameranın 1-i 400 manata başa gəlir. Biz aldığımız 600 manatın 400 manatını kameraya versək, onda uşaqlarımızın zəruri ehtiyaclarını necə qarşılayaq?” - adının açıqlanmasını istəməyən polis əməkdaşı müxbirimizlə söhbətində belə deyib.
Şikayətçinin dediyinə görə, etirazçı asayiş keşikçiləri ilə polis polkovnik-leytenantı Nəsib İsmayılov görüşüb. Rəis də onların bu sualına qaneedici cavab verməyib. Polislərə kamera almalarının şərt olduğunu bildirməklə kifayətlənib.
Odur ki, beyinlərini qurcalayan bu suala cavab tapa bilməyən polislər cinayətin üstünü açmalarına əməlli-başlı peşman olublar.
Etibarlı mənbələrdən aldığımız digər məlumata görə, Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının “ov”u davam edir. Muxtar Respublikanın 54 ballıq Orta İxtisas Polis məktəbinin yetirmələrinin yerləşdirilməsi üçün həyata keçirilən bu “ov”un növbəti qurbanı Kəngərli rayonu Polis İdarəsinin Tuncay adlı sahə inspektorudur. Polis baş leytenantı olan Tuncay Naxçıvan DİN-nin sərt və məntiqsiz tələblərinə dözə bilmədiyindən işdən ayrılmağa qərar verib. İstefa ərizəsi isə qəbul olunmayıb. Bir neçə gün əvvəl Tuncayı nazirliyə çağıran rəhbərlik onun diqqətinə Naxçıvan MR DİN-nin dərəbəylik qanunu çatdırıblar: “Burda öz xoşunla işdən çıxma yoxdur. Bu xəyala düşənlər ancaq şəxsi işlərinə “xidmətə yararsız” maddəsi yazılaraq qovula bilərlər”. Yəni Naxçıvan MR DİN-nin yazılmamış dərəbəylik qanununda işdən normal çıxmaq yoxdur, qovulmaq var, vəssəlam, şüttəmam.
Əslində Azərbaycan Polis Akademiyasını bitirən polislərlə işləmək Naxçıvan “Dərəbəylik” Respublikasının DİN-nin də maraqlarına uyğun deyil. Rəhbərlik onlara Bakının casusu kimi baxır və gözümçıxdıya salaraq işdən qovulmaları üçün zəmin hazırlayır. Çünki Naxçıvan MR-ın öz Orta İxtisas Polis Məktəbi var və bu məktəb hər il 54 ballıq 30 yerli kadr yetişdirir. Həmin yerli kadrların işlə təmin olunması üçün isə mütləq eyni sayda polis işdən qovulmalıdır. Onların da böyük əksəriyyəti Azərbaycan Polis Akademiyasının məzunları olur. Akademiya məzunları niyə onların normal qaydada ərizələrinin qəbul olunmamasını isə anlaya bilmirlər. Görünür, Naxçıvan MR DİN Azərbaycan Polis Akademiyasının ancaq “xidmətə yararsız” mütəxəssis yetişdirdiyini rəsmi Bakıya sübut etmək niyyətindədir.
Məlumata görə, dünən Naxçıvan Orta İxtisas Polis Məktəbinin 20 məzunu artıq işlə təmin olunub. Onlardan 12 nəfəri Şərura, 1 nəfəri Kəngərliyə, 1 nəfəri Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli bölməsinə, 4 nəfəri Culfaya, 2 nəfəri isə Ordubada təyinat alıb. Qalan 10 nəfərin təyinatı üçün isə Akademiya məzunlarının səbri sınağa çəkilir. Yəqin ki, yaxın zamanlarda bu səbr imtahanından üzü ağ çıxmayanlar olacaq və digər 10 nəfər yerli “mütəxəssis” həmin qurbanları əvəzləyəcək.
Qəribədir ki, Muxtar Respublikanın ən qələbəlik yaşayış yeri Naxçıvan şəhəridir. Nədənsə, şəhər polisinə 1, Şərur rayonuna isə 12 polis təyin olunub. Həmsöhbətimiz bunu Polis Akademiyasının məzunlarının əsasən Şərur rayonuna göndərilməsi ilə izah etdi. Onun fikrincə, Şərur rayonu Naxçıvan şəhərində yaşayan polislər üçün cəza batalyonu hesab olunub. Akademiya məzunlarından kimi işdən çıxarmaq istəyiblərsə, Şərura göndəriblər. Onlar da bu cəza batalyonunda duruş gətirə bilməyib şəxsi işi korlanaraq işdən qovulublar. İndi həmin yerlərə 54 ballıq polislər təyin olunsa da, bir müddətdən sonra bu “bəxtəvərlər” Akademiya məzunları ilə əvəz olunacaqlar. Və beləcə Muxtar Respublikanın Dərəbəylik qanunu illərdir dəyişilməyən nizamında işləyəcək.
Naxçıvanda tibbi sığortadan yararlanmaq istəyənlərə müxtəlif maneələr yaradılır. Məsələn, Kəngərli Rayon Xəstəxanasında həftənin yalnız bir günü sığortadan yararlanmaq mümkündür. Həmin gün isə sığorta üçün cəmi 2 həkim xidmət göstərdiyindən, xəstəxanada uzun növbələr yaranır. Rayon sakini S. Mahmudov deyir ki, üç həftə ard-arda xəstəxanaya getsə də ona növbə çatmayıb: "Xroniki xəstəlikdən əziyyət çəkirəm. Ayda ən az iki dəfə müayinədən keçməliyəm. Naxçıvanda xəstəxanaları pullu ediblər, həm də od bahasına. Tibbi sığortadan istifadə etməyə imkan vermirlər ki, xəstəxanalara pul ödəyək. Bizim rayonda həftənin cəmi bir günü sığorta ilə qəbul edirlər. İki həkim Şərur rayonundan gətirirlər, sığorta ilə ancaq onlar baxır. Onlar da 3-4 saat işləyib, çıxıb gedirlər. Uzun növbələr yaranır. Ağır xəstələr məcbur qalıb, ayaq üstə gözləyirlər. 3 həftədir gedirəm, növbə çatmır. Indi məcburam ki, pullu müayinə olunam. Bunun da bir dəfəsi 50-60 manata başa gəlir. 15 manat təkcə xəstəxanaya girişdir. Bir sözlə, Naxçıvanda tibbi sığortanın adı vardır, özü yox". Culfa xəstəxanası isə, rayon qeydiyyatında olmayan xəstələrə sığortalı xidmət göstərməkdən imtina edirlər. Ordubad rayon sakini B. Abbasov deyir ki, bu yaxınlarda həyat yoldaşını təcili doğuş üçün Culfa Rayon Xəstəxanasına aparıb. Tibbi sığortalar olmasına baxmayaraq, doğuş üçün ondan 350 manat pul alıblar: "Ordubad rayonunun Culfaya yaxın kəndlərinin birində yaşayırıq. Həyat yoldaşımın doğuş sancısı tutdu, təcili xəstəxanaya çatdırmaq lazım idi. Rayon mərkəzi bizdən çox uzaqdır. Ona görə də, bizə yaxın olan Culfa xəstəxanasına apardıq. Orada dedilər ki, Ordubadın sığortası bizdə keçmir, gərək Culfa qeydiyyatında olasız. Məcbur olub, 350 manatı verdik. Bu necə tibbi sığortadı ki, qonşu rayonda belə, onu qəbul etmirlər. Hər addımda milləti soyurlar".//Gündəlik Naxçıvan//
Azərbaycanda mediada ən çox adı hallanan, müxtəlif qalmaqallarla ictimaiyyətin diqqətindən düşməyən məmurlardan biri də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur.
On ildir Lənkərana rəhbərlik edən Taleh Qaraşovun adı rayonun ən məhsuldar torpaq sahələrini ələ keçirdiyi deyilir. Bununla yanaşı T.Qaraşovun oğlu, hazırda Fövqaladə Hallar Nazirliyində yüksək vəzifədə çalışan Seymur Qaraşovun da Lənkəranda biznesinin olduğu deyilir. S.Qaraşovun Lənkərandakı biznesinin əsasən tikinti sektorunu əhatə etdiyi bildirilir. Əldə etdiyimiz məlumata görə Taleh Qaraşov Lənkərandakı biznesini tapşırdığı şəxslərdən biri də köməkçisi vəzifəsində çalışan Elnur Hüseynovdur. Belə ki, rayonda yeni açılan Sitrus bazarının Elnur Hüseynovun atası idarə edir. Bazarda yer haqqının müəyyənləşməsi-yığılması-çatdırılması işlərinin hamısını İcra başçısının köməkçisinin atası Həsənəli Hüseynovun apardığı bildirilir. Yerli mediada yazılanlara görə isə Elnur Hüseynov Taleh Qaraşovun “qara kassası”dır. realmedia.az
Məlumdur ki, nəinki müharibə dövründə, hətta sülh şəraitində belə orduda xidmətdən yayınmağa can atanlar, bunun üçün lazım olan qədər rüşvət verənlər hər zaman olub. İmkanlı və vəzifəli şəxslər öz oğlan övladlarını hərbi qulluqdan yaındırmağa çalışırlar. Müharibə dövründə isə bu hal pik həddə çatır, imkanı olan valideynlər nəyin bahasına olursa-olsun öz övladlarını müharibədən yayındırmağa çalışırlar. Belə məqamda qoca kişilərin dedikləri yada düşür: SSRİ-nin rəhbəri Stalinin oğlu Yakov Cuqaşvili müharibədə öldü, Bağırovun oğlu müharibədə öldü… Hətta Mir Cəfər Bağırov müharibədə ölən oğlu Volodyanın meyidinin Bakıya gətirlməsinə də icazə verməyib. Bütün bunlar nə zamansa olub, yəni nağıl-zad deyil. Amma təəssüf ki, zaman dəyişib. Bəli, Azərbaycan 1988-ci ildən bu günədək, yəni 35 ildir ki, müharibə vəziyyətindədir. Və müharibənin nə zaman tam bitəcəyi də tam bəlli deyil. Təkcə son iki gündə şəhid olanlarımız var. Yəni təkcə son 35 ildə hərbi səfərbərliyə məsul olan hərbi komissarlar bəlkə də minlərlə, on minlərlə sağlam gənci “neqodnu” edərək, ordudan yayındırıb. Bu on minlərlə “neqodnu”nun qiyməti neçə milyonlar deməkdir. Bəli, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyilən dövlət qurumu var. Və rəisi də cənab Arzu Rəhimovdur. Bu qurum rüşvətin qarşılığında on minləri “neqodnu” edib, on minləri döyüş bölgəsindən kənarda hərbi xidmət keçməyə göndərib, on minləri idman klublarına cəlb edərək, müharibədən, hərbi qulluqdan yayındırıb. Biz hələ hərbi komisarların təmir-tikinti, hərbi qulluqdan möhlət vermək, tender adı altında mənimsədikləri pulu bura əlavə etsək, ən kiçik rəqəm milyardlar olar. Belə hərbi qurumlardan birinə də cənab Həbib Əliyev rəhbərlik edir.
Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi olan polkovnik Həbib Əliyevdən gedir. Həbib Əliyevin əməlləri ilə bağlı bircə fakta nəzər salaq. Deməli, Həbib Əliyev hər dəfə orduya növbəti çağırış prosesinə ciddi hazırlaşır. Bu hazırlıq isə, çağırışdan möhlət almaq istəyən çağırışçıların və əlbəttə ki, onların əvəzinə, hətta hərbi xidmətə yararsız olsalar belə, orduya göndəriləcək gənclərin müəyyənləşdirilməsindən ibarətdir. Bu gün də Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsində rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi şöbədə geniş tətbiq edilir.
Mediada Həbib Əliyevlə bağlı konkret olaraq belə bir fakt öz əksini tapıb. Belə ki, Kürdəmir şəhər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan cərrah gələcək əsgərin ayaqlarında ciddi problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin, bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yararsız çağırışçı orduya yola salınıb. Bundan sonra çağırışçı Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb.
Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra əsgərin halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə, onu müayinə edən həkimlər əsgərin “yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, əsgər hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb. Yəni Həbib Əliyev və digər hərbi komissarlar özləri ilə bərabər həkimləri də cinayət əməlinə bulaşdırırlar. Yaxşı, yuxarıda qeyd etdiyimiz daşdan keçək faktdan sonra nə üçün Həbib Əliyevin əməllərinə son qoyulmadı. Axı, bunu bütün dövlət qurumları bildi. Sərhəd Xidməti bildi, rayon rəhbərliyi bildi, hətta Xidmətin rəisi cənab Arzu Rəhimov da bildi. Onu da qeyd edək ki, Həbib Əliyev uzun illər Kürdəmirin sabiq icra başçısı, hazırda məhbus həyatı yaşayan Ceyhun Cəfərovla şərikli işləyib. Heç kimə sirr deyil ki, Xidmətin rəisi general Arzu Rəhimov polkovnik Həbib Əliyevi ciddi-cəhdlə müdafiə edir. Niyə?
Bu artıq hüquq-mühafizə orqanlarının işidir.(Gündəlik-Bakı.com)
Azərbaycanda mediada ən çox adı hallanan, müxtəlif qalmaqallarla ictimaiyyətin diqqətindən düşməyən məmurlardan biri də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur.
On ildir Lənkərana rəhbərlik edən Taleh Qaraşovun adı rayonun ən məhsuldar torpaq sahələrini ələ keçirdiyi deyilir.
Bununla yanaşı T.Qaraşovun oğlu, hazırda Fövqaladə Hallar Nazirliyində yüksək vəzifədə çalışan Seymur Qaraşovun da Lənkəranda biznesinin olduğu deyilir. S.Qaraşovun Lənkərandakı biznesinin əsasən tikinti sektorunu əhatə etdiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə Taleh Qaraşov Lənkərandakı biznesini tapşırdığı şəxslərdən biri də köməkçisi vəzifəsində çalışan Elnur Hüseynovdur.
Belə ki, rayonda yeni açılan Sitrus bazarının Elnur Hüseynovun atası idarə edir. Bazarda yer haqqının müəyyənləşməsi-yığılması-çatdırılması işlərinin hamısını İcra başçısının köməkçisinin atası Həsənəli Hüseynovun apardığı bildirilir.
Yerli mediada yazılanlara görə isə Elnur Hüseynov Taleh Qaraşovun "qara kassası"dır. //azfakt.com//
Məlumdur ki, nəinki müharibə dövründə, hətta sülh şəraitində belə orduda xidmətdən yayınmağa can atanlar, bunun üçün lazım olan qədər rüşvət verənlər hər zaman olub. İmkanlı və vəzifəli şəxslər öz oğlan övladlarını hərbi qulluqdan yaındırmağa çalışırlar. Müharibə dövründə isə bu hal pik həddə çatır, imkanı olan valideynlər nəyin bahasına olursa-olsun öz övladlarını müharibədən yayındırmağa çalışırlar. Belə məqamda qoca kişilərin dedikləri yada düşür: SSRİ-nin rəhbəri Stalinin oğlu Yakov Cuqaşvili müharibədə öldü, Bağırovun oğlu müharibədə öldü.. Hətta Mir Cəfər Bağırov müharibədə ölən oğlu Volodyanın meyidinin Bakıya gətirlməsinə də icazə verməyib. Bütün bunlar nə zamansa olub, yəni nağıl-zad deyil. Amma təəssüf ki, zaman dəyişib. Bəli, Azərbaycan 1988-ci ildən bu günədək, yəni 35 ildir ki, müharibə vəziyyətindədir. Və müharibənin nə zaman tam bitəcəyi də tam bəlli deyil. Təkcə son iki gündə şəhid olanlarımız var. Yəni təkcə son 35 ildə hərbi səfərbərliyə məsul olan hərbi komissarlar bəlkə də minlərlə, on minlərlə sağlam gənci “neqodnu” edərək, ordudan yayındırıb. Bu on minlərlə “neqodnu”nun qiyməti neçə milyonlar deməkdir. Bəli, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyilən dövlət qurumu var. Və rəisi də cənab Arzu Rəhimovdur. Bu qurum rüşvətin qarşılığında on minləri “neqodnu” edib, on minləri döyüş bölgəsindən kənarda hərbi xidmət keçməyə göndərib, on minləri idman klublarına cəlb edərək, müharibədən, hərbi qulluqdan yayındırıb. Biz hələ hərbi komisarların təmir-tikinti, hərbi qulluqdan möhlət vermək, tender adı altında mənimsədikləri pulu bura əlavə etsək, ən kiçik rəqəm milyardlar olar. Belə hərbi qurumlardan birinə də cənab Həbib Əliyev rəhbərlik edir. Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi olan polkovnik Həbib Əliyevdən gedir. Həbib Əliyevin əməlləri ilə bağlı bircə fakta nəzər salaq. Deməli, Həbib Əliyev hər dəfə orduya növbəti çağırış prosesinə ciddi hazırlaşır. Bu hazırlıq isə, çağırışdan möhlət almaq istəyən çağırışçıların və əlbəttə ki, onların əvəzinə, hətta hərbi xidmətə yararsız olsalar belə, orduya göndəriləcək gənclərin müəyyənləşdirilməsindən ibarətdir. Bu gün də Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsində rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi şöbədə geniş tətbiq edilir. Mediada Həbib Əliyevlə bağlı konkret olaraq belə bir fakt öz əksini tapıb. Belə ki, Kürdəmir şəhər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan cərrah gələcək əsgərin ayaqlarında ciddi problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin, bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yararsız çağırışçı orduya yola salınıb. Bundan sonra çağırışçı Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb. Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra əsgərin halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə, onu müayinə edən həkimlər əsgərin “yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, əsgər hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb. Yəni Həbib Əliyev və digər hərbi komissarlar özləri ilə bərabər həkimləri də cinayət əməlinə bulaşdırırlar. Yaxşı, yuxarıda qeyd etdiyimiz daşdan keçək faktdan sonra nə üçün Həbib Əliyevin əməllərinə son qoyulmadı. Axı, bunu bütün dövlət qurumları bildi. Sərhəd Xidməti bildi, rayon rəhbərliyi bildi, hətta Xidmətin rəisi cənab Arzu Rəhimov da bildi. Onu da qeyd edək ki, Həbib Əliyev uzun illər Kürdəmirin sabiq icra başçısı, hazırda məhbus həyatı yaşayan Ceyhun Cəfərovla şərikli işləyib. Heç kimə sirr deyil ki, Xidmətin rəisi general Arzu Rəhimov polkovnik Həbib Əliyevi ciddi-cəhdlə müdafiə edir. Niyə..? Bu artıq hüquq-mühafizə orqanlarının işidir. /gundelik-baku.com//
Transbroker MMC-nin keçmiş rəhbəri Əbülfəz Məlikovun dünənki həbsi ölkədə geniş rezonans doğurub. Xüsusilə media nümayəndələri arasında məşhur olan və həmişə "sirli" obrazı ilə sadəcə adı ortalarda dolaşan Əbülfəz Məlikov son illər transbrokerin faktiki olaraq fəaliyyətinin dayandırılmasından sonra ortalarda yox idi. Onun bir müddət Gilan-Aqroya rəhbərlik etdiyi, daha sonra isə ölkəni tərk edərək İspaniyaya yerləşdiyi haqda xəbərlər çıxdı. Məlumatlı mənbələr həqiqətən də Məlikov və şəriklərinə məxsus İspaniyanın, Fransanın və İtaliyanın turizm bölgələrində hotellər zinciri yaratdığını təsdiq etdilər. Amma daha sona Azərbaycanın gömrük sistemində aparılan bir sıra kosmetik dəyişikliklərdən sonra onun ölkəyə qayıtdığı (və ya qaytarıldığı) deyilir. Son dəfə Bakı Baş gömrük idarəsinin rəhbərliyinin (başda rəis Vüsal Novruzov olmaqla) işdən uzaqlaşdırıldığı dövrdə istindaqa gizli ifadə verən Məlikovun o vaxtdan bu yana adı heç yerdə hallanmırdı. Gömrükdəki son həbslərdən və tutulan generalların davam edən istintaqından sonra Məlikov yenidən DTX təhqiqatçılarının diqqət mərkəzinə düşdü. Nəhayət, dünən Səbail məhkəməsinin qərarı ilə Əbülfəz Məlikovun haqqında həbs qətimkan tədbiri seçilərək onu qandallayıb DTX-nın təcridxanasın apardılar. Məlikovun çarpaz dindirilməsi və gömrüyün generalları ilə üzləşməsi hələ bir neçə həftə sürəcək. Sonunda isə biz yeni həbslərin şahidi olacağıq. Teref.az yazır ki, bunu Qafqaz Ömərov buizi maraqlandıran suallarımızınn cavabında deyib. Onu deyə bilərəm ki, bu sahədəki cinayətlər zəncirvari şəkildə həyata keçirilməsə, heç vaxt baş tuta bilməz. Gömrük idarəsinin zabitləri - broker sisteminin rəhbərliyi - mal sahibi və kargo şirkəti - cinayət bu qurumların arasındakı sıx əlaqə vasitəsi ilə həyata keçirilir, həm də ən yüksək səviyyədə. Adi əməkdaşların adi bir səhvi, və haqlarında 2-dən çox şikayət və yə donos işdən xaic olunma ilə nəticələnir. Onu qeyd etmək vacibdir ki, 2006-cı ildə yaradılmış Transbroker MMC və ona verilən geniş səlahiyyətlərin nəticəsində gömrük sistemində aşağı vəzifəli işçilərin, gömrük müfəttişi və broker əməkdaşının korrupsiya imkanları ciddi şəkildə mədudlaşırdı. Həmin sistemdə korrupsiya ancaq rəhbərliklər arasında - gömrüyün yerli idarələrinin rəhbərlikləri, mərkəzi maliyyə şöbəsi, TransBrokerin əsas şöbə rəisləri və sistemin başında duranlar arasındakı cinayət əlaqəsi nəticəsində mümkün ola bilirdi. Bundan əlavə, malların aktlaşdırılmasından sonra broker əməkdaşları həmin kağızları ərazi rəhbərlərinə verirdilər. Aktlar yığılaraq qrupların Bakıdakı çoxsaylı ofislərinə çatdırılırdı. Buradakı əməkdaşlar hər ərazinin aktlarının nəticəsini başqa bir akta toplayır və daha yuxarı, Məlikovun bazsındakı mühasibatlığa göndərirdilər. Köhnə aktlar isə yerindəcə kəsmə aparatından keçirilərək məhv edilirdi. Daha sonra həftəlik və ya aylıq hesabat Məlikov-Səfər Mehdiyev-Vüsal Novruzov tərəfindən şəxsən Heydərova təqdim olunurdu. Bu, sistemin tam şakildə FHN rəhbəri Kəmaləddin Heydərovun nəzarətində olduğu vaxtlarda baş verirdi. Heç bir mal haqda məlumat kompüterə daxil edilmirdi və hər şey əlyazma şəklində, kustar olaraq siyahiya alınırdı. Aşağıda nəzarətin güclü olması və idxal edilən malların peşəkər qaydada qeydiyyatdan keçirilməsi yuxarıları tam olaraq kimin nə qədər və hansı malı ölkəyə gətirdiyi haqda dolğun informasiya ilə təmin edirdi. Ölkədə müəyyən dairələr tərəfindən idxala qoyulan monopoliya əslində bu sxemin sayəsində genişlənərək daha da dərinləşdi. Nəticədə isə ayrı-ayrı çeşid malların gömrükdən keçməsinə qeyri-formal qadağalar qoyuldu. İnhisarda olan malın analoqunun və ya əslinin monopolistdən kənar hər hansı bir iş adamı tərəfindən ölkəyə gətirilməsi "cinayət" sayılırdı. Dəfələrlə belə mallar gətirən biznesmenlərin malları müsadirə olunmuş, və ya həmin mallara dəyərlərinin 10 qatı qədər gömrük rüsumu tətbiq edilmişdi. Azərbaycanda inhisar ucbatından iflasa uğrayan onlarla təmiz iş adamı var. Əbülfəz Məlikovun bu şəkildə gerçəkləşən həbsi isə onu deməyə əsas verir ki, bütün bu şəxslərin uzun illər hesabat verdiklləri boslar, başda Kəmaləddin Heydərov olmaqla, yaxında istintaqa cəlb ediləcəklər. Əks təqdirdə ortadakı vergidən və gömrük nəzarətindən yayındırılmış milyardlarla manatı sadəcə bu şəxslər, yuxarının xəbəri olmadan mənimsəyə bilməzdilər. Mətbuatda ağızdan eşidilən köhnə söz-söhbətləri "şok xəbər" və ya "dosye" kimi təqdim edənlər isə məsələdən tamamilə xəbərsizdirlər. Azərbaycanın idxal-ixrac əməliyyatlarında bir zamanlar yaxından iştirak etmiş iranlı iş adamlarını mafioz kimi qələmə verərək xəbər başlıqlarının "ŞOK" effektli qırmızı rəngi ilə guya "araşdırma" apardıqlarını və nəyisə ortaya çıxardıqlarını düşünən həmkralar, xüsusən də bu adalara erməni soyadları birləşdirərək məqalələrini daha da oxunaqlı etmək istəmniz kənardan sadəcə gülünc görünür. Əbülfəz Məlikovun adı ilə yanaşı adı çəkilən Mənuçöhr Əhədpur və digər iranlı iş adamları Azərbaycanda ticarətlə məşğul olmuşlar və dünyanın əksər ölkələrinin biznes dairələri ilə sıx münasibətləri olub. Hələ Heydər Əliyev Naxçıvanda olarkən Cavad Mərəndi və Mənuçöhr Əhədpurun onun yanında olduqları, ərzaq və digər məhsulların qıtlığının aradan qaldırılması məsələsində Naxçıvana yardım etdikləri də faktdır. Heydər Əliyev 1993-cü ildə Bakıya gəldikdən sonra ölkənun dağılmış iqtisadiyyatının fonunda xarici ölkələrlə yeni qurulacaq ticarət münasibətlərinin yaxşılaşdırılması və möhkəmləndirməsi məqsədi ilə ölkənin mal dövriyyəsinin yavaş-yavaş nəzarətə götürülməsi, idxal-ixrac əməliyatlarının qaydaya salınması, habelə gömrük sisteminin qurulması niyyəti ilə yuxarıda adları çəkilən iranlı (azərbaycanlı) təcrübəli iş adamlarına böyük dövlət imtiyazı verdi. Həm Cavad Mərəndi, həm Mənuçöhr Əhədpur o vaxtlar beynəlxalq markaların Azərbaycana və Orta Asiyaya gətirilməsində böyük rol oynayıblar. Britaniya vətəndaşı Cavad Mərəndi Coca-Cola Company, Phillip Morris international və McDonalds kimi dünya nəhəglərinin Azərbaycan və Orta Asiyadakı müəssisələrinin yaradılmasında böyük rol oynayıb, bu layihlərin nümayəndəsi, baş məsləhətçisi və baş meneceri vəzifələrini tutub. Cavad Mərəndi əslən Cənubi Azərbaycanın Mərənd şəhərindəndir. Tehranda anadan olub. Azərbaycanlıdır. Britaniya vətəndaşıdır. Mərandi Londonun Belqraviya bölgəsindəki İton meydanında təxminən 22,5 milyon funt sterlinq dəyəri olan bir evdə yaşayır. Mənuçöhr Xangah oğlu Əhədpur (Əhədov). Ailəsi İrana Bakıdan köçüb. Özü Tehranda anadan olub. 1971-75-ci illərdə Birminhemdəki New Castle universitetini bitirib. AZGroup şirkətinin qurucusu və prezidenti olub. Azərbaycan at idmanı federasiyasının vitse-prezidenti olub. At idmanı stadionu və 2012-ci ildə Bakıda keçirilmiş City Challenge avtoyarışlarının təşkilatçısı olub. Daha sonra, bunun sayəsində Bakının Formula-1 yarışlarına ev sahibliyi etməsi prosesi asanlaşdı. AzərSun şirkətinin təsisçilərindəndir. Araşdırmadan da göründüyü kimi, beynəlxalq ticarəti keçmiş musiqiçi Kəmaləddin Heydərova və keçmiş pərəkəndə siqaret satıcısı Əbülfəz Məlikova məhz bu biznesmenlər öyrədiblər. AzərSun şirkətinin rəhbəri Abdulbari Gözəl, Paolo Pərviz və digər Azərbaycandakı yeni yaradılan o vaxtların iri layihələrinin başqa rəhbərləri də ölkəyə həmin illərdə gəliblər. Həmin vaxtlar Azərbaycanda bir-birinin ardınca açılan Holdinqlərin, başda AzərSun və Gilan olmaqla, əksəriyyətinin Mərəndi və Əhədpurun biznes planları əsasında yaradıldığı bu sahəyə aidiyyatı olanlar tərəfindən bilinir, və heç kimə də sir deyil. Burada konspiroloji nəzəriyyə axtarmaq isə ümumiyyətlə yersizdir. Hazırda onların heç biri (Abdulbari xaric) Azərbaycanda deyil. Artıq aradan keçən illər ərzində ölkədə çox şeylər dəyişib. Struktur, kadrlar, biznes elita və s. Mərəndi və Əhədpur kimi savadlı, ağıllı, təcrübəli və sanballı menecerlərdən biznes dərsi alan keçmiş musuqiçi və siqaret satıcısı isə elə ağıllarına və intellektlərinə uyğun, öz iyrəncliyi və amansızlığı ilə dünyanın heç bir ölkəsində analoqu olmayan inhisar sistemi yaratdılar. Nəticəsində isə Azərbaycan dünyada kölgə iqtisadiyyatının həcminə görə uzun illər liderlik etdi. Hazırda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Gömrük sistemi də bütün digər sahələr kimi iflic vəziyyətindədir. Monopoliya əl dəyişdirir və son illər yaradılmış istehsal sahələri gömrük və vergi qanunvericiliklərindəki boşluqlar, çatışmazlıq, o cümlədən bu sahələrdəki ixtisaslı kadrların olmaması ucbatından işləyə bilmir. Daxili bazarı tənzimləmək, dempinq rüsumları tətbiq etmək, ölkədə istehsal olunan malın anloqunun idxalına qoyulmalı olan qadağalar böyük monopoliyanın güclü lobbisinə ilişir və nəticədə bütün sistem axsayır, itirən isə ölkə və xalq olur. Qafqaz Ömərov Teref.az
Adını xatırlamıram, deputatlardan hansısa demişdi ki, "Məmurlar arasında ən çox söyüləni deputatlardır".
O haqlı idi. Düzdür, məmurların bəlkə də 95%-i haqqı tapdanmış vətəndaşlar tərəfindən söyülür. Ümumiyyətlə istər alqış olsun, istər qarğış, istər hörmət olsun, istərsə də təhqir bunu hər kəs özü qazanır. Kimsə kiməsə salyanlılar demişkən, "eycahançılıqdan" qarğış eləmir.
Məsələn, götürək elə kiçik sahibkarlığı. Əvvəllər, bir iş qurmaq üçün, "dişlə-dirnaqla" 5-10 manat pul yığa bilənlər, məhlədə balaca market açırdı, sakitcə dolanırdı. Yerini bilən kimi Fövqəladə Hallar Nazirliyinin işçiləri, Vergi əməkdaşları, əmək müfəttişliyi, ərazi üzrə sahə müvəkkili və sair qapısında sıraya durub, işləməyə imkan vermirdilər. Həmin kiçik sahibkarlar isə tamaşada deyildiyi kimi, "yerdə qalan 5 manatla" ailəsini ailəsini saxlamaq məcburiyyətində qalırdılar.
Kənardan "varlı" görünən bu sahibkarlar, bəzi məmurların "gözünü açdı" sanki. Şəbəkə market sistemi Bakıya gəldi və bizə fərqli qiymətə satsalar da, vitrində yazdıqları ucuz qiymətlərlə camaatı aldadıb, kiçik marketləri sıxışdırıb, sıradan çıxara bildi.
Şəbəkə marketlərləri və digər böyük biznesləri məmurların adına bağlamağımız da təsadüfi deyil. Demək olar ki, hansı böyük şirkət, müəssisə, market, aptek, hətta tikinti şirkətlərini araşdırırsan, mütləq şəkildə ya sahibkarın özü məmur çıxır, ya da məmurun yaxın adamı - dostu, qohumu, yaxud ailə üzvü olur.
Yeri gəlmişkən, sahibinin məmurun ailə üzvü olduğu deyilən böyük tikinti şirkətlərindən biri də "Protean Constitution" ASC-dir ki, orada çalışan və iş yerində sağlamlığını, daha doğrusu bir ayağını itirən Tovuz rayon, "Əsrik Cırdaxan" kənd sakini Nəsibov Bəybala Cəbrayıl oğlu "DogruXeber.az"a videomüraciət ünvanlayıb.
Gördüyünüz kimi, Bəybala Nəsibov İqbal Ağazadənin qardaşı İlqar Ağazadə adlı şəxsin rəhbərliyi altında "Protean Constitution" şirkətində ekskavator operatoru olaraq işə qəbul edilib. Şirkətin göndərişi ilə Qubadlı - Eyvazlı yol layihəsinin tikintisi üçün Qarabağa gedib və orada bədbəxt hadisə yaşanıb. Belə ki, o idarə etdiyi texnikanın yanacağı erkən bitib və prorabın göstərişi ilə işdən erkən çıxmalı olublar. Yolda avtomobili saxladıb, təbii ehtiyacını ödəmək üçün yol kənarına çəkilib və düşmən tərəfin torpaqlarımızda basdırdıqları minalardan birinin partlaması nəticəsində sol ayağını itirib.
Bəybala deyir ki, hadisədən sonra, xəstəxanada ikən, huşsuz vəziyyətdə olduğu zaman şirkətin nümayəndəsi gəlib, tələsik bəzi (əmək müqaviləsi, sığorta sənədləri və digər)sənədləri imzaladıb ki, əvvəlkilər itib. Maraqlıdır, oboyda şirkətdə sənəd necə itə bilər? Özü də bir nəfərin - xəsarət alan şəxsin sənədləri.
Qeyd: Bəybalanın dediyinə görə nə işə götürülərkən, nə də xəstəxanada yatarkən tələsik imzaladılan sənədlərin heç birini oxumayıb.
Şirkət deyib, "özünüz çəkin müalicə xərclərini, şirkət hamısını qarşılayacaq", məsələnin ictimailəşdirilməsinə də imkan verilməyib ki, "şirkət nə lazımdır edəcək, ictimailəşdirməyin". 45 gün ərzində müalicə üçün çəkilən 9.000 (doqquz min) manat xərcin müqabilində, şirkət tərəfindən cəmi iki dəfə 500 manat pul verilib və sonra da deyilib ki, "işləyib pulunu qazanırdın da, nə pul verəcəyik?"...
Hər halda Bəybala Nəsibov özü belə deyir.
Yeri gəlmişkən, Bəybala Nəsibov xəstəxanada yatırıldığı müddətdə onun atasının və qardaşının sözügedən şirkətin məsul şəxsləri ilə olan telefon danışıqlarının səs yazıları da redaksiyamıza göndərilib. Həmin səs yazılarını dinləyərkən, hər danışıqda şirkət nümayəndəsinin hüquq-mühafizə orqanlarına verəcəkləri izahat üçün təlimatlandırıldıqları aydın görünür. Səs yazılarından belə anlaşılır ki, Bəybalanın yanında olan iş yoldaşları, ailəsi və Bəybalanın özü "hazır ssenari" ilə izahat verməli olublar.
Bundan əlavə, Bəybala bildirir ki, onlara müqavilədə 500 (beş yüz) AZN maaş yazılıb, amma 1400 (min dörd yüz) manat maaş alıblar hər ay ki, bu da şirkətin dövlət vergisindən yayınmağıdır. Əmək müqaviləsində iş günü həftənin 5 günü, iş saatı 8-dən 5-ə qədər yazılıb, amma həftənin hər günü səhər 7-dən, axşam 7-yə qədər işləyiblər. Ayda cəmi 3 gün evlərinə getmək üçün icazə verilib ki, bu da əmək qanunlarının kobud şəkildə pozulmasıdır.
Görünür, bu qədər qanun pozuntularının davamlı baş verdiyi böyük tikinti şirkətində çalışanların təhlükəsizliyi belə düzgün təmin edilməyib. Xəsarət alan işçilərə isə nəinki müalicə xərcləri, heç dəymiş ziyana görə təzminat da ödənmir. Hansı ki, Bəybala Nəsibovun redaksiyamıza göndərdiyi telefon danışıqlarının səs yazılarının hamısında İstər Bəybalanın dediyinə görə şirkətin rəhbəri, eyni zamanda "Ümid" partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə özü olsun, istərsə də digər məsul şəxs hər şeyin yaxşı olacağı, bütün xərclərin ödəniləcəyi vədlərini verirlər. Beləcə bir müddət keçdikdən sonra, cavablar artıq dəyişilib - "nə pulu verəcəyik, işləyib, özünə pul qazanıb da".
Bəybala bildirir ki, artıq əmək qabiliyyətini itirməsinə baxmayaraq, ona üçüncü qrup əlilik dərəcəsi təyin edilib. Bu qrupla da aldığı təqaüd onun nəinki ailəsini saxlamaq, heç müalicə xərclərini ödəmir.
P.S: Bəybala Nəsibovun müraciəti ilə əlaqədar Şirkətin rəhbəri deyə bizə təqdim etdiyi İlqar Ağazadə ilə telefon əlaqəsi saxladıq. Özümüzü təqdim edib, redaksiyamıza daxil olan müraciət barəsində məlumat verdik və qarşı tərəf olaraq, mövqeyini öyrənmək istədiyimizi bildirdik.
İlk öncə onu qeyd edək ki, bir neçə dəqiqəlik dialoqumuz boyu İlqar Ağazadə bizimlə çox aqressiv danışdı.
Əvvəl dedi ki, "Mən rəhbər deyiləm, səhmdaram. Mənim məlumatım yoxdur o barədə".
Sonra dedi, "Bəybalanın məsələsi ilə bağlı Respublika prokurorluğunda da, Qubadlı rayon prokurorluğunda da cinayət işi açılıb, araşdırılır. Günahkar kimdirsə cəzasını da çəkəcək"
Sonra, "Bəybala işdən çıxıb gedəndə maşını saxladıb, düşüb, yeməli bitki var (adını anlaya bilmədik) onu yığmağa gedib, düşüb minaya. Orda hər yerdə znaklar var da. Onun nə işi var idi orda? Başqaları niyə düşməyib?
İşdən çıxandan sonra, iş yerindən kilometrlərlə uzaqda hadisə olub, onun şirkətə nə dəxli var?" - deyə daha da aqressiv şəkildə danışmağa başladı.
Dedik, "Axı Bəybala yanacaq bitdiyi üçün işdən erkən çıxdığını və yolda düşüb təbii ehtiyacını ödəyərkən bu hadisənin baş verdiyini, həmçinin oranın minalanmış sahə olduğuna dair heç bir bildiriş nişanı olmadığını deyir ".
İlqar Ağazadə, - "Yalan deyir o, bitki yığanda olub. Orda znaklar da var, çəkiliş də var. Noldu oqədər adam düşmədi? Özü də iki aydır ona yardım olunur, o bunların heç birini qiymətləndirməyib, sizə belə danışıbsa, onda mən heç nə deyə bilmərəm. Mən rəhbər deyiləm, mən səhmdaram. Siz məndən nə mövqe öyrənirsiniz, idarə heyətinin sədri var Məhəmməd Təhməzov. Ona zəng edin, ondan öyrənin."
Məhəmməd Məmmədovun telefon nömrəsini istədik, yalnız ofis nömrəsini verdi və sağollaşdıq.
Bəli, dəyərli izləyicilər, gördüyünüz kimi biri-birindən fərqli cümlələrlə İlqar Ağazadənin "cavablar"ı bu qədər oldu.
"Heç nə bilmirəm" deyə-deyə maşallah əməllicə məlumatlı imiş İlqar müəllim.
Yeri gəlmişkən, bizə göndərilən səs yazılarından biri də Bəybalanın atası ilə İlqar Ağazadənin telefon danışığıdır ki, İlqar müəllimin orada ataya "hər şeyin yaxşı olacağ"ına dair təsəlli, ya da ümid verəcək cümlələr yer alır.
Əlqərəz...
İlqar Ağazadə ilə danışığımız bitdikdən dərhal sonra verdiyi telefon nömrəsi vasitəsilə "Protean Constitution" tikinti şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Təhməzova zəng etdik. Telefona cavab verən xanım Məhəmməd Təhməzovun işdə olmadığını, müalicə üçün hazırda ölkə xaricində olduğunu bildirdi və qeyd etdi ki, "siz nömrə qoyun, müəllim gələndə verərəm, əlaqə saxlanılar".
Bir sözlə, xanım nə Məhəmməd Təhməzova məxsus bir nömrə verdi, nə də özü onunla əlaqə saxlayıb, dediklərimiz barəsində məlumat verdi.
Beləliklə, bu da daha bir tikinti şirkətində, daha bir xəsarət almış işçinin hüquqlarının pozulmasına dair iddiaları.
Qeyd edək ki, bu kimi hadisələr - yəni işçinin xəsarət alması faktları yüzlərlə, bəlkə də minlərlədir. Əksəriyyətinin də əmək müqaviləsi yoxdur və əksəriyyəti də şirkətin məsul əməkdaşlarının ssenarisi ilə hüquq-mühafizə orqanlarına yazılı izahat verdikdən sonra, beləcə kənarda qalırlar.
Siz siz olun, hər hansı bir idarədə, müəssisədə işə başlayarkən, ilk növbədə əmək müqaviləsini və təhlükəsizlik təminatını tələb edin, sığorta sənədləri imzalayın. Özü də imzalamalı olduğunuz sənədləri imzalamadan öncə mütləq oxuyun.
Məsələnin araşdırılması ilə bağlı aidiyyatı qurumlara göndərilməsi iüçün tərəfimizdən sorğular hazırlanır. Mövzuya qayıdacağıq.