Ardını oxu...
Lənkəran sakini Məmmədov Nihat Xaləddin oğlu çıxılmaz durumdadır.

TEREF.AZ jmaz.info-ya istinadla xəbər verir ki, hər iki valideyn himayəsindən məhrum olan, uşaq evində böyüyən Nihat, həm də 2 üçəm olmaqla 6 uşaq atasıdır. Yəni, hər dəfə üçəm olmaqla 6 qız atası olub. Lakin indiyə qədər nə özünə iş tapa bilir, nə də dövlət tərəfindən ona hər hansısa yardım edilir. Nihat bildirir ki, fəhlə işləməklə ailəsini birtəhər dolandıra bilir. Lakin qazancı üçəmlərin normal qidalanmasına belə yetmir. Ona görə də, bir çox dövlət qurumlarına üz tutmaq məcburiyyətində qalıb. Qeyd edək ki, iş və ailə vəziyyəti ilə əlaqədar Lənkəran şəhər İcra Hakimiyyətində bir neçə dəfə qəbulda olub. Lakin İcra Hakimiyyətindən bildiriblər ki, onlarda Nihat üçün hər hansı iş yoxdur. Bundan sonra üçəmlərin atası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarına həm işlə təmin olunmaq, həm də ünvanlı sosial yardım almaq üçün müraciət edib. Dövlət Məşğulluq Agentliyinin Lənkəran şöbəsindən də onu əliboş qaytarıblar. Uyğun iş olmadığını deyiblər. Ünvanlı sosial yardım üçün isə müraciətinə cavab olaraq deyiblər ki, bunun üçün Nihatın rəsmi iş yeri olmalıdır. Beləliklə, 6 uşaq atası çarəsiz qalıb. Nə edəcəyini də bilmir.

Bəs, qanun nə deyir? Nihat Məmmədov ünvanlı sosial yardım ala bilərmi?

6 uşaq atası üçün qanunda hansı hallar və güzəştlər nəzərdə tutulub?

Azərbaycan Respublikası Prezidentinin son sərəncamına əsasən ailədə 5 və daha artıq uşaq olarsa, dövlət heç bir şərt olmadan hər bir uşağa 105 manat müavinət verməlidir. Bunun üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, müvafiq sənədlər təqdim olunmalıdır. Bundan başqa, ailədə 8 yaşdan aşağı uşaq (uşaqlar) olduğuna görə, anadan hardasa işləmək tələb olunmur. Özü isə işsizlik sığortası aldığı üçün işləyən (maaş alan) hesab edilir. Ailədə adambaşına düşən minimum əmək haqqı məbləği (təxminən 240-265 azn arası hər adama) ailənin sayına vurulur. Alınan məbləğdən ailənin gəlirləri (atanın sığorta maaşı) çıxılır və alınan məbləğ həcmində sosial müavinat verilir.

Maraqlıdır, qanunda bunca məqamlar xüsusi olaraq göstərildiyi halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə Nihat Məmmədovun probleminə biganə yanaşır?…

Qeyd edək ki, sözügedən nazirlik, son illər ən çox şikayət edilən, narazılıq yaradılan quruma çevrilib.
Ardını oxu...
Azərbaycanda əksər banklar yalançı reklam elanları ilə uzun illərdir ölkə vətəndaşları aldatmaqdadır. Yalançı faiz endirimləri, tək şəxsiyyət vəsiqəsi ilə kredit elanlarının toruna hər gün yüzlərlə vətəndaş düşür. Bankların onsuzda problemlər burulğanında boğulan insanlara qarşı apadıqları total dələduzluğa isə rəsmi qurumlar heç bir müdaxilə etmir.

TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə reklam olunan banklardan biri də “Expressbank”-dır.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə 12 faiz şərtlə kredit elanını reklama çıxaran “Expressbank”-ın bu elanının yalan olduğu deyilir. Vətəndaşlar kütləvi olaraq yazdıqları şərhlərdə “Expressbank”-ı aldadıcı reklama görə qınayırlar.

“Expressbank”-ı yalançılıqda ittiham edən sosial şəbəkə istifadəçiləri 12 faiz kredit elanı ilə bankın insanları aldatdığını yazırlar.

“Expressbank”-ın sözügedən reklam çarxında Nadir Ələsgərov adlı sosial şəbəkə istifadəçisi “Reklamdan başqa bir şey deyil, feyk məlumatdır, elə şey yoxdur, ən aşağı kreditin faiz dərəcəsi 17 faizdən başlayır, sənəd işlərində də yorucudurlar, çox get-gələ salırlar. 12 faizdən heç bir bank heç bir şərtlə kredit vermir, sadəcə müştəri cəlb etmək üçün bir reklamdır”-deyə, yazır.
Ardını oxu...

Valeh Abbasov isə bankın reklam çarxında “Bacardığınız qədər milləti yükləyin” yazır.

Ardını oxu...

“Expressbank”-ın reklam çarxının yalan olduğunu bildirən sosial şəbəkə istifadəçilərindən biri də Onur Məmmədlidir: “Boş şeydi. Bu yaxınlarda getmişdim. Reklamda 12 faiz deyir amma 25 faizdən yuxarı verir. Deyir 12 faiz ancaq əmək haqqı 4000 manatdan yuxarı olanlara verilir. Maraqlıdı 4000 manat əmək haqqı alanlar varmı və 4000 manat əmək haqqı olan alan neynir krediti?”.
Ardını oxu...

Seyfəl Mahmudov isə 20 min manat krediti nə üçün 17 faizlə verdiklərini sual edir: “Deyirsiz 30 minə qədər verilir.mən 1127 manat maş alıram iş yerimdə rəsmidi amma mənə 20 min verirlər 17 faizlə niyə və nəyə görə 30 min vermirlər?”.
Ardını oxu...

Əhəd Nuriyev ad soyadlı sosial şəbəkə istifadəçisi isə “Expressbank”-ın ən yalan danışan bank olduğunu qeyd edir: “Yalan yazıb milliəti aldadmayın ən yalan danışan bank dır Expressbank”.

Ardını oxu...

“Expressbank”-ın kredit faizlərinin daha çox olduğunu bildirən sosial şəbəkə istifadəçilərindən biri isə Anar Fətullayevdir. A.Fətullayev yazır: “Boş söhbətdi bu gün zəng vurdum 36 aya 21 faiz dedilər”.

Ardını oxu...

Vaqif Qayıbov “Expressbank” barəsində fikrini daha lakonik vurğulayır: “Yalançı bankdılar”.

Ardını oxu...

“Expressbank”-ın “sərfəli kredit” elanına şübhə edən vətəndaşlardan biri də Tural MahmudSoydur. T. Mahmudsoy “Vallah deməyinə gözəl deyirsiz, vacehinə çatanda min dənə hoqqa verirsiz”-deyə yazır.

Ardını oxu...

Altay Yolcuyev ad soyadlı sosial şəbəkə istifadəçi isə 12 faiz kredit ümumiyyətlə çox olduğunu bildirir: “12 faizlə kim iş qurub işci saxlaya bilər? Elə qəşəng danışırsız. Deyin ki, ölməmək ücün gəlin kredit götürün yediyinizi faizlə ödəyin varlanaq bu daha inandırıcı olar. 12 faizlə iş qurmaq isə axmaqlıqdır. Özünüzə gəlin. Dünya statistikasında belə faiz dərəcəsi ilə sahibkara belə təklif edilməz. Başına atom bombası düşən yaponiya inkşaf etmək ücün 2 faizlə başlayıb. Bura isə Azərbaycandır. Yəni məqsədiniz qazandırmaq yox qazanmaqdır. 12 faizdə inanmıram. Adi vətəndaşa 29 faizlə kredit soxan məmləkətdir bura”.
Ardını oxu...
“Expressbank”-ın reklam çarxına şübhə edən sosial şəbəkə istifadəçilərindən biri də Anar Aliyevdir. O, 12 faizlə şirnikləndirib 24-25 faizlə kredit verdiklərini yazır.
Ardını oxu...
“Expressbank” reklam çarxına yazılan kütləvi narazılıqla dolu olan şərhlərə münasibət bildirməyib.

Qeyd edək ki, “Expressbank” ASC 1992-ci ildən yaradılıb. Bankın hazırda nizamnamə kapitalı 112.544.834 manat təşkil edir.
Ardını oxu...

Xatırladaq ki, “Expressbank” ASC-nin Müşahidə Şurasının sədri Əfqan Cavadovdur.
Ardını oxu...
Bankın İdarə Heyətinin sədri isə Mehman Məmmədovdur.
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadova məxsus “Bakı Tikinti Kosntruksiya” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində qeyri-qanuni tikililərin olması ilə bağlı Qaynarinfo-nun yazdıqları təsdiqini tapıb.
Teref.az yazır ki, belə ki, Qaynarinfo-nun bir müddət əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanladığı rəsmi sorğu cavablandırılıb.
İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Mirzə Mirzəyevin adından redaksiyamıza daxil olan rəsmi cavabda deyilir: “Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş 26.01.2023-cü il tarixli, 5-14/1-1-4-071/2023 nömrəli məktuba tərəfimizdən baxılıb. Bildiririk ki, məktubda qeyd olunmuş ərazi 1 nömrəli Sahə inzibati ərazi dairəsində yerləşir.
Dərnəgül-2096-cı məhəllə ünvanında yerləşən “Bakı Tikinti Kosntruksiya” QSC-yə tərəfimizdən baxış keçirilib. 2022-ci ilin mart ayında “Bakı Tikinti Kosntruksiya” QSC-nin ərazisində dəmir konstruksiyadan ibarət anbarın inşa edilməsi prosesi tərəfimizdən aşkar edilib və bu barədə aidiyyatı qurumlara məlumat verilib”.
Ardını oxu...
Xatırladaq ki, Qaynarinfo-nun dərc etdiyi məqalədə də “Bakı Tikinti Konstruksiya” QSC-də qeyri-qanuni tikililərin mövcudluğundan bəhs edilmişdi. Bildirilirdi ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı ilə razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikilib.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən rəsmi cavab da yazdıqlarımızı təsdiqləyir. Amma maraqlıdır ki, ərazidə qeyri-qanuni tikililərin salınması prosesi bir ilə yaxındır başlasa da, hələ də aidiyyəti qurumlar bununla bağlı heç bir tədbir görməyib.
Məsələ ilə bağlı, 27 dekabr 2022-ci ildə FHN yanında Azərbaycan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmi ttnda@fhn.gov.az elektron ünvanına sorğu ünvanlasaq da, rəsmi cavab verilməyib.
Bundan əlavə, 7 yanvar tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələ ilə bağlı açıqlama istəsək də, rəsmi elektron ünvanlarına məktub ünvanlamaq tövsiyyə edildi. Elə həmin tarixdə komitənin office@arxkom.gov.az elektron ünvanına sorğu ünvanlasaq da, hələ də cavab verilməyib.
Ardını oxu...
Rəsmi qurumların bu susqunluğu ciddi suallar doğurur və bizi araşdırmalarımızı daha da dərinləşdirməyə sövq edir.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz ərazi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12.02.2021-ci il tarixində bağlanan 182 saylı müqavilə ilə QSC-yə icarəyə verilib. Araşdırmalarımız bu icarə müqaviləsi ilə bağlı da maraqlı məqamları ortaya çıxarıb. İstər icarə müqaviləsinin tələblərinə əməl olunması, istər əlavə ərazilərin zəbt olunması ilə bağlı suallar var. Hazırda bu istiqamətdə də araşdırmalarımız davam edir.
Qeyd edək ki, Qaynarinfo-da “Bakı Tikinti Kosntruksiya” QSC qeyri-qanuni fəaliyyətilə bağlı məlumat dərc edildikdən sonra Şahin İbadov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri vəzifəsindən azad olunub.

Ardını oxu...
 İsmayıllı rayonu M.Orucov küçəsi 41 nömrəli ünvanda yaşayan Telli Hacıyeva şikayət ərizəsi göndərib. Vətəndaşın şikayəti İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov barədədir.

Şikayətci yazır: "Mən 2007-ci ildə ailə qurmuşam. Həmin ildən həyat yoldaşımla birlikdə həyat yoldaşımın nənəsinin evinə gəlin köçmüşəm. O vaxtdan İsmayıllı rayonu M.Orucov küçəsi 41 nömrəli evə, yəni yoldaşımın nənəsigildə həyat yoldaşımla pasport qeydiyyatına düşmüşük. 2010-cu ildə həyat yoldaşım dünyasını dəyişib. Mən və 3 övladım həmin ünvanda qeydiyyatda olmaqla hazırda orada yaşayırıq.

Sözü gedən bu mənzildə bizdən başqa həyat yoldaşımın nənəsi və biz yaşamışıq. 2020-ci ilin sentyabr ayında yoldaşımın nənəsi də dünyasını dəyişib. Onu da bildirmək istəyirəm ki, gəlin gəldiyim gündən həmin nənəyə mən baxmışam. Evin komunal xərclərini mən ödəmişəm. İndi isə həyat yoldaşımın bibisi Əliyeva Aybəniz Paşa qızı mənim 3 uşaqımla evdən çıxmaqımı tələb edərək İsmayıllı rayon məhkəməsinə müraciət edib.Bu işə baxmaq üçün məhkəmənin hakimi İlqar Hüseynov 5 dəfə ayrı-ayrı vaxtlarda hazırlıq iclası keçirib, aylarla, yəni 4 aya yaxın qarşı tərəfdən danışmalar və razılaşmalar vasitəsi ilə məhkəməni uzadaraq qarşı tərəfin xeyrinə qərar qəbul etdi. Aldığım məlumata görə məhkəmədə hazırlıq İCLASI 1 dəfə olur. Bəs, görəsən hakim İ.Hüseynov nə məqsədlə məhkəməni 5 dəfə hazırlıq keçirməklə uzatdı.Mənə elə gəlir ki, hakim qarşı tərəfdən gözlədiyini aldıqdan sonra qeyri-qanuni olaraq evi Aybəniz Əliyevaya verməyi qərara aldı.

Məhkəmənin sonunda hakimə iradımı bildirdim. O, isə saymazyana, kobudcasına məni rədd etdi. Xahiş edirəm hakim İ.Hüseynovun qanuna zidd hərəkəti, davranışı, kobudluğu ilə bağlı tədbir görəsiniz. Mənə qanun çərçivəsində həmin mənzildə yaşayış hüququnun verilməsində köməklik edəsiniz."

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Ardını oxu...
 
 

Ardını oxu...
Naxçıvan şəhər sakini, 1960-cı il təvəllüdlü Hümbətov Famil Fəzi oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi İddia edir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Daşqın Rəhimov onun oğlunu şərləyərək, boynuna 60 min manat pul qoyub:

“Mən, Hümbətov Famil Fəzi oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız.

Deməli, 2013-cü il, fevral ayının 11-dən oğlum Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Daşqın Rəhimovun telefon mağazasında işləyirdi. Həmin vaxtlar Daşqın Rəhimov Naxçıvan şəhər Prokrorluğunda çalışırdı. Günlərin bir günü D.Rəhimov dükanı təhvil-təslim etmədən, oğlumun üzərinə 60 min manat borc yazaraq, “bunu ödəməlisən” demişdir. O, oğlumun şəxsi maşınının acarlarını əlindən alaraq, polis cərimə meydançasına aparmışdır.

Oğlumu isə 2 sutka şəhər prokrorluğunda girov saxladılar. Həmin vaxt oğluma işgəncələr verərək, pulu boynuna qoymaq istəyiblər ki, özü öz yazısı ilə təsdiq etsin. Oğluma “boynuna almasan, cibinə nəşə qoyub səni o adla tutduracağıq”, - deyiblər. Oğlum izahat verərkən də, işgəncələrə məruz qalarkən də qeyd edib ki, Daşqın Rəhimov mağazanı yoxlamadan borc qoyur mənim üstümə. Amma buna məhəl qoyan olmayıb. Məcbur olub 20 min manat dəyərində olan maşınımı 10 min manata satdım. Həyətyanı torpağımı da ucuz qiymətə satdım. Gəlinimin, yoldaşımın qızıllarını dəyər-dəyməzinə satıb 30 min manat pul ödədim.

Naxçıvanda hakimiyyət dəyişdikdən sonra DTX-ya müraciət edərək başıma gələnləri danışdım. 1 ay sonra mənə zəng vurub dedilər ki, şikayət etdiyiniz insan barəsində sizə köməklik göstərə bilmirik, Respublika Prokurorluğuna müraciət edin.

Mən dəfələrlə Respublika Prokurorluğuna müraciət etsəm də, eyni cavabı almışam. Belə başa düşürəm ki, Naxçıvanda Ədliyyə Nazirliyinə sözü keçən bir qrum yoxdur?

Sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırın, bəlkə bir köməyi ola.

Redaksiyadan: Bu, bir iddiadır, nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Odur ki, Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan Sədaqət İmamqulu qızı Bayramova mənzilinin altındakı zirzəminin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb Məmmədov Təmraz Əhəd oğlunun adına sənədləşdirildiyini iddia edib.

"Su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı"

Yaşadığı mənzilin atasına I qrup Böyük Vətən Müharibəsi əlili olduğu üçün prezident tərəfindən verildiyini deyən şikayətçi bildirib ki, atası hələ sağlığında qeyd olunan mənzili ona bağışlayıb: "Atam uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün doğulduğu Naxçıvan şəhərinə müalicə məqsədiylə gedib və orada dünyasını dəyişib. O, sağlığında Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4 ünvanındakı mənzili mənə bağışlayıb. Nəzərinizə çatdırım ki, mənə və qonşuya məxsus olan 5 saylı mənzilin altında zirzəmi var. Həmin zirzəmidə su və kommunikasiya xətləri yerləşir, ora giriş isə mənzilin texniki pasportunda göstərildiyi kimi mənə məxsus anbarın arxasındadır. İndi isə həmin zirzəmi keçmiş millət vəkili, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olan Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb və Məmmədov Təmraz Əhəd oğlunun adına mənzil kimi sənədləşdirilib. Daha sonra artıq tamah güc gəlib. Belə ki, su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı. Onu da bildirim ki, qonşuluqda ofisi olan Məmmədov Təmraz Əhəd oğlu ofisə su axıntısı olduğunu deyərək, bacımdan qapını açmağı xahiş edib. Sonra isə su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, bu da azmış kimi 3 qonşunun bünövrəsinə xeyli ziyan vurub. Nəticədə mənzillərdə çatlar yaranıb. Bu da azmış kimi evə bitişik 15 saylı Uşaq Poliklinikasının bünövrəsini qazaraq oradan xeyli torpaq çıxarıb, evin poliklinikaya tərəf divarını kəsib, arxa qapı yaradıb, sonra qonşunun yataq otağına xeyli ziyan vuraraq ofisdən zirzəmiyə qapı açıb".

"Mən Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi"

Sədaqət Bayramovanın sözlərinə görə, bütün bunların nəticəsində mənzilində çatlar əmələ gəlib, girişin bağlanması səbəbindən su xətləri nəzarətsiz qalıb, evin alçipanı divardan aralanıb: "Həmçinin, qonşuların mənzillərində də ciddi fəsadlar yaranıb. Odur ki, mən qeyd olunanlarla bağlı 46 saylı Mənzil İstismar Sahəsinin rəisi Məmməd Əliyevi məlumatlandırdım və o, evə baxış keçirdi, o cümlədən qeyri-qanuni qazıntının video görüntülərini çəkdi. Bununla yanaşı, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə, Səbail Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Səbail Rayon İcra Hakimiyyətinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon Mənzil Təsərrüfat Birliyinə hadisə ilə bağlı məlumat verdim, Fövqəladə Hallar Nazirliyinin "112" çağrı mərkəzinə zəng vurdum. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu bərkitmə işlərinə başlayaraq zirzəmini əvvəlki vəziyyətinə gətirəcəyinə, mənzillərdə təmir-bərpa işlərini edəcəyinə dair söz verdiyi üçün şikayətlərimdən imtina etdim. Ancaq Məmmədov Təmraz Əhəd oğlu sözünün üstündə durmadı. Mən onun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi. Bundan sonra yenidən Səbail Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda oldum, vəziyyətin nə qədər təhlükəli olduğunu bildirdim. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təcili məktub ünvanlanmasına göstəriş verdi. Lakin bilərəkdən məktubda ödənişə zəmanət verilmədi. Bu səbəbdən də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktubu Səbail Rayon İcra Hakimiyyətinə geri ünvanladı. İcra hakimiyyətinin bilərəkdən vaxt itkisinə yol verdiyini gördüyüm üçün agentliyə ərizə verdim. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən mənzilə baxış keçirilsə də, zirzəmiyə baxış keçirilməsi mümkün olmadı. Çünki Məmmədov Təmraz Əhəd oğlu qanunsuz olaraq zirzəmiyə girişi daşla hördürmüşdü. Halbuki, biz uzun illər həmin zirzəmidən istifadə edirdik. Əlavə olaraq deyim ki, mənzilimdə yaranmış çatların bərpası üçün 4500 manat tələb olunur".

"Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər"

Bununla bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırdığını vurğulayan şikayətçi bildirib ki, 2019-cu ildən bu günə kimi hər dəqiqə real təhlükə ilə üz-üzə qalıb: "10 fevral 2023-cü il tarixdə mənzilə və zirzəmiyə ekspert baxışı keçirildi. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər. Ekspert İsa Eyvazzadə isə buna dözməyərək bərk əsəbiləşdi, işini gözəl bildiyini söylədi. Bu da azmış kimi, qarşı tərəf mənə və vəkilim Bağırov Abdul Nadar oğluna qışqıraraq, oradan çıxmağımızı tələb etdi. Mən 17 noyabr 2022-ci il tarixli, 2(009)-1937/2022 saylı qərardadı əsas götürərək ekspertiza baxışının keçirilməsini tələb etdim. Zirzəmiyə girmək istəyəndə isə Əhəd Abıyevin qohumları qarşımı kəsdilər. Yalnız ekspert işə qarışıb mənim də iştirakımın vacibliyini qeyd etdikdən sonra biz zirzəmiyə buraxıldıq. Bununla da Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu zirzəmidə etdiyi özbaşınalıqlar, qeyri-qanuni qazıntı işləri, su xətlərinin, kanalizasiya xətlərinin yerini dəyişdirməsi, zirzəminin tavanının taxtalarını kəsərək evin döşəməsində silkələnmə və əyilmələr yaratdığını, zirzəmiyə giriş qapılarını kubiklə tikməsi, ofisə qeyri-qanuni qapı açmağı boynuna alaraq təsdiqlədi. Həmçinin, o, ekspertin verdiyi suallara etik normaları pozaraq, "Əcəb etmişəm, öz yerimdi, özüm bilərəm" kimi cavab verib".

Beləliklə, Sədaqət Bayramova "Hürriyyət" vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, araşdırma aparmalarını, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-ün təmiri üçün 4500 manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 manat xərcin, "MBA LTD"dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 manat, hüquqi yardımla bağlı çəkilən xərcin əvəzi olaraq 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat dövlət rüsumunun, cəmi 6334 manat məbləğində pulun geri qaytarılmasını, həmçinin qeyd olunan mənzilin zirzəmisinin girişinin məhdudlaşdırılması məqsədiylə hörülmüş daş maneənin sökülməsini, zirzəminin əvvəlki vəziyyətə gətirilməsini cavabdeh şəxslərə həvalə edilməsini xahiş edib.

"Hürriyyət"
Ardını oxu...
Sözün düzü, bu tip yazıları yazmağa adamın əli gəlmir. Bu xanım kiminsə qızıdır, kiminsə bacısıdır, kiminsə anasıdır, kiminsə həyat yoldaşıdır və s. Amma nə edək ki, xanımlar da öz layiq olduqları yerdə oturmurlar. Atalarımız deyib ki, insan layiq olduğu yerdə ağır gələr, yaxud ağır otur, batman gəl...
Yeri gəlmişkən, BATMAN vaxtilə dilimizdə çəki, ağırlıq vahidi olub, yəni ağır ol, vüqarlı ol...
Sözün qısası, haqqında bəhs edəcəyimiz deputat Könül xanım Nurullayevanın özəl həyatı bizim üçün maraqlı deyil.
Qısa məlumat üçün qeyd edək ki, 5-10 nəfərin tanımadığı Könül Nurullayeva 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat olub. Axı, deputat seçilmək üçün ən azı 10-15 min nəfər sənə səs verməlidir ? Heç bir təcrübəsi olmayan, cəmiyyətdə tanınmayan Könül Nurullayeva o səsləri necə qazana bilərdi ? Onun necə deputat seçilməsi, daha doğrusu, deputat olması, hamıya bəlli məsələdir. Bu məsələni qoyaq bir kənara. Xanım deputat seçicilərin mənzillərinə ayaqqabı ilə girir. Görünür vaxtı ilə başa salan olmayıb.
Bunu da qoyaq bir kənara. Xanım deputat Keşlədəki seçiciləri ilə görüşə çarşabda, çadrada gedir, islami qaydalara ciddi riayət edir. Vallah, bu dekorasiyalar daha işə yaramır, ay Könül xanım.
Yaxşı çadra nədir, Fransız geyimləri nədir..? Könül Nurullayeva əsasən Fransanın "Balmain" (Pierre Balmain), Amerikanın "Tory Burch","Elisabetta Franchi" ilə yanaşı "Gucci" "Chanel" kimi brendlərin məhsullarına üstünlük verir. Onun təkcə bir qolunda 26 min dollar dəyərində qızıl var (16 min dollar qızıl qolbaq və 10 min dollar qızıl saat). Biz bunların heç birini yazmazdıq ee....
Amma Könül Nurullayeva siyasi mədəniyyətdən danışanda Vayy, danışmaq dedim, yadıma Könül Nurullayevanın bir neçə gün əvvəl “Avropa Şurası Parlament Assambleyasının iclasında Rusiya əleyhinə hesabata səs verərkən danışması və düyməni səhv BASMASI düşdü.
Təsəvvür edirsiniz Könül Nurullayevanın düyməni səhv basması bizim Rusiya boyda nəhəng ölkə ilə münasibətlərimizə təsir edə bilər... Siz başa düşürsünüzmü, cənablar..? Xanım deyib ki, mexaniki səhv olub. Bunlar başa düşmür ki, AŞPA-nın kompüter sistemi sizin üçün ...Nə isə... Bu xanım deputata deyən yoxdur ki, bir il əvvəl qardaş Türkiyədə rüsvayçı siyasi səhvə yol verdin, erməniləri müdafiə elədin, sonra üzrxahlıq elədin.
Məlumat üçün qeyd edək ki, deputat Könül Nurullayeva ağlının ucbatından qardaş Türkiyədə dedi ki, Ermənistan kasıb dövlətdir, ona görə də bizə təzminat verməməlidir, Adam nə qədər savadsız, diletant olar ki, belə cəfəngiyyat danışsın. 30 il ermənilər barbar, vandal kimi torpaqlarımızı işğal edib, kəndlərimizi, maddi və mədəniyyət abidələrimizi dağıdıb, Könül Nurulalyeva isə deyir ki, təzminat lazım deyil.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı çöküb, əhalinin sosial şəraiti acınacaqlı vəziyyətdədir, bu səbəbdən Azərbaycanın düşmən ölkədən təzminat tələb etməsi o qədər də önəmli deyil. Könül xanım əməlli-başlı ermənilər üçün göz yaşı tökür. Ölkə başçısı hər çıxışında bu məsələni dönə-dönə vurğulayır ki, ermənilər təzminat ödəməlidir.
Özünüz gördünüzmü, deputat Könül Nurullayeva səhv buraxa-buraxa gedir. Cənablar, ciddi sözümüzdür, belələrini xarici ölkələrdəki tədbirlərə göndərməyin, dövlətimizi pis vəziyyətə qoyarlar. Özünüz şahid oldunuz ki, biz Könül Nurullayevanın şəxsi həyatına, özəl aləminə qarışmadıq.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Bakıda bəzi mağazalarda qida təhlükəsizlik çıxarışı ləğv edilən "Multifood” əmtəə nişanı adı altında yarasız holland pendirləri satılır.

Qaynarinfo-nun əməkdaşı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fəaliyyət göstərən "Gülman” MMC-nin "Multifood” əmtəə nişanı adı altında istehsal edilib, satışa çıxarılan yararsız holland pendiri aşkarlayıb.

Məsələ ilə bağlı ötən ilin dekabr ayının 29-da AQTA-ya rəsmi sorğu ünvanladıq. Sorğumuza AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərov bu gün cavab verib.

AQTA rəsmisi bildirib ki, "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı izahatı alınıb: "Multifood” əmtəə nişanın istehsalçısı Abşeron rayonu, Xırdalan şəhəri, Quşuluq Yaşayış Massivində fəaliyyət göstərən "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı yazılı izahatı alınıb. Sahibkar izahatında "Gülman” MMC-nin qeyd edilən ünvanda fəaliyyətini dayandırdığını və müəssisənin qida təhlükəsizlik çıxarışının ləğv edildiyini, lakin etiketləri şəriki Quliyev Orxan Ələkbər oğlunda qaldığını bildirib.

AQTA əməkdaşları tərəfindən daha sonra mobil telefon vasitəsilə Quliyev Orxan Ələkbər oğlu ilə əlaqə saxlanılıb. Orxan Quliyev isə "Multifood” əmtəə nişanlı etiketlərin Xırdalan şəhəri, N.Gəncəvi 156 ünvanında fəaliyyət göstərən, ona məxsus anbarda saxlanıldığını bildirib. Tərəfimizdən qeyd olunan anbara baxış keçirilib və "Multifood” əmtəə nişanlı etiketlər məhv edilib”.

İrfan İsgəndərovun cavabında bəzi qaranlıq məqamlar ortaya çıxır. Qurum müəssisənin bağlanması faktını öz adı ilə deyil, MMC direktorunun diliylə bizə çatdırır.

Sual olunur ki, lisenziyası ləğv edilən müəssisənin məhsulları mağazalarda necə satılır? Bunu siz və yaxud əməkdaşlarınız görməyibmi?

Digər bir qaranlıq məqam "Multifood” əmtəə nişanlı etiketləri MMC direktorunun dostunun anbarında niyə saxlanılır? Və yaxud satılan pendirlərin üzərində niyə vurulub?

Digər bir sual: Şirkət bağlanıbsa, hansı səbəbdən ilk cümlədə "fəaliyyət göstərən MMC" qeyd edilir?

AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərovun yuxarıda qaranlıq qalan suallarımıza cavabını da işıqlandıra bilərik.

Mövzuya qayıdacağıq.

Qlobal.az
 
Ardını oxu...
 
 
Ardını oxu...
Şikayətçilər Nizami İsgəndərovun onları ticarət mərkəzdən qovmaqla hədələdiyini deyilər

Bir qrup icarədar “Sumqayıt” Ticarət Mərkəzinin (Keçmiş Univermaq) sahibi, sabiq millət vəkili Nizami İsgəndərovdan narazılıq edir.

Şikayətçilər Meydan TV-yə deyiblər ki, Nizami İsgəndərov onlardan Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə məcburi pul yığır.

Adlarının açıqlanmasından ehtiyat edən icarədarlar bildirirlər ki, sahibkar ticarət mərkəzində yerləşən qızıl-zinət əşyaları mağazalarının icarədarlarının hərəsindən 100, dərzi və parça satışı ilə məşğul olanlardan 30, digər mağaza sahiblərindən isə 50 manat toplayıb.

“Sumqayıtda qızıl və qızıl məmulatları satan mağazalar ancaq “Sumqayıt” Ticarət Mərkəzində yerləşir. Görün, hərədən 100 manat toplayanda nə qədər pul edir. Hətta ticarət mərkəzini təmizləyən xadimələrdən də hərəsindən 10 manat pul alıb. Burada təxminən 250-300 arasında dükan var. Hamısından məcburi pullar toplanır. Bəlkə, birinin imkanı yoxdur, yaxud da özü könüllü yardım edəcək? Pul verməyənləri də mağazadan çıxarmaqla hədələyir. Çünki bilir ki, mağazanı itirməmək üçün istədiyi məbləği verəcəyik”,- şikayətçilərdən biri deyir.

Adlarını açıqlamaqdan ehtiyat edən icarədarların sözlərinə görə, uzun illərdir ki, bu ticarət mərkəzində mağaza kirayələyiblər. Alıcıların hamısı da onları bu ünvanda bilir.

“Bizim burada 1988-ci ildən dükanımız var. Mağazadan çıxsaq, çoxlu müştəri itirə bilərik. Nizami İsgəndərov da bunu yaxşı bilir və bizi buradan çıxarmaqla hədələyir. Deyir ki, pulu verməsəniz, sizi çıxararam. Çıxardığı adamlar da az deyil”, – icarədar deyir.

Şikayətçilər deyirlər ki, ticarət mərkəzində icarədarların mağazalarından kənar işləyən kondisionerlərin aylıq elektrik sərfiyyatını da onlar ödəyir: “Bu adam ağılasığmaz hərəkətlər edir. Dəhlizlərdə olan kondisonerlərin pulunu da yerpuluna daxil edib. Hər ay işıqpulunu da bizdən yığır. Sığortapulu yığırlar, heç qəbz də vermirlər. Mağazanın doğrudan sığortalandığına şübhə edirik. Elə bir şərait yaradıblar ki, burada heç kim dillənə, səsini çıxara bilmir. İcarədarlar etiraz edə bilmirlər. Burada kimsə bir kəlmə söz desə, çıxarır. Sonra da yer tapmaq problem olur”.

“Ticarət mərkəzində yanğın olanda hamıdan pul yığılmışdı. 44 günlük müharibədə də pul yığılmışdı. Çörək qazandığımız yer olsa da, çox haqsızlıqlarla üzləşirik. Pandemiya vaxtı icarədarlardan yerpulu tələb edirdi. Deputatlığa namizədliyini verəndə hamıdan ən azı 15 səs istəmişdi. Məcburi səs vermək üçün məntəqələrə göndərirdi. Bu adam açıq-aşkar hərəkət edir. Heç kimdən də qorxub çəkinmir”, – şikayətçi deyir.

“Sumqayıt” Ticarət Mərkəzinin maliyyə şöbəsindən Meydan TV-yə bildirilib ki, şikayətlər əsassızdır: “Pul toplama kampaniyası könüllüdür, kim nə qədər istəyib, o qədər də pul verib. Kondisonerlərin elektrik enerjisi puluna gəlincə, icarədarlara təqdim etdiyimiz müqavilədə əlavə var ki, kommunal xərclər də daxil olmaqla, yerpulu müəyyənləşdirilir”.

Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-2010-cu illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olub. Bir müddət öncə büdcə təşkilatlarında çalışanlar yerli icra hakimiyyətlərindən Türkiyədəki zəlzələyə yardımın məcburi olması ilə əlaqədar narazılıq edirdilər.
 
Ardını oxu...
Kənd təsərrüfatı mütəxəssisi, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırılan İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respublikasının vitse prezidenti Mehriban Əliyevaya MÜRACİƏT ünvanlayıb.
Bir nüxsəsi Faktinfo.az saytına ünvanlanan müraciətdə şikayətçi aqrar sektorun idxaldan asılılığından yazır, İnam Kərimov və komandasının qarşıdakı aylarda heç şeyi gizlədə bilməyəcəyini vurğulayır.

Əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilmiş kənd təsərrüfatı mütəxəssisinin müraciətini olduğu kimi təqdim edirik:

40 ilin kənd təsərrüfatı mütəxəssiyəm, təqaüd yaşıma 3 il qalmış əmək müqaviləmə "Aqroservis" ASC-nin sədri Elmin Rəhimov tərəfindən xitam verildi. Məni 20.12.2022-ci ildə "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsindən uzaqlaşdırdılar. (Onu da qeyd edim ki, elə də bir vəzifəliliyi yox idi, isti yay günlərində sahələrdə, maşın və mexanizmləri təmir etmişəm, kabinetdə oturub rüşvət yığmamışam, vəzifə maaşımla dolanmışam).

Nazirə, ölkə rəhbərliyinə etdiyim şikayətlərə bir neçə cümlə ilə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərindən aldığım məktubda deyilir: "Etdiyiniz şikayətlərlə bağlı Əmək Məcəlləsinin, qanunvericiliyin tələblərinin pozulmadığı müəyyənləşib. Anlayışla qarşılamağınız xahiş olunur”.

Yəni belə anlaşılır ki, Əmək Məcəlləsinin tərəflərini əsas götürüb müddətli əmək müqaviləsi bağlamışdıqsa, istər ixtisaslı, istərsə də ixtisassız, həmçinin təqaüd yaşınıza 3 il qalmış işinizdən kənarlaşdırmışıqsa, qəbul edib, susmalısan.Digər tərəfdən o demək olur ki, bir qrup uğursuz hüquqşünas dəstəsinin korporativ maraqlarına uyğun gəlmədiyindən işdən kənarlaşdırılmısan.Sus və verilmiş qərarla barış.

Hörmətli Mehriban xanım!

Nazirlik rəsmisi işəgötürənin əmək müqaviləsinin hər il yenilənməsini, 2023-cü il üçün isə mənimlə əmək müqaviləsinin bağlanmamasını normal hesab edir. Amma əmək müqaviləsinin 46-cı maddəsinin bəzi hissələrini nəzərə alsaq, bu o demək deyil ki, mənimlə əmək müqaviləsi bağlanmaması normaldır.

Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsas götürülüb əmək müqaviləmə xitam verilib. Bu maddə təsdiq edir ki, qanun pozuntusuna, nöqsana yol verməmişəm. Heç bir əsas göstərilmədən əmək müqaviləmə xitam verilib. Digər tərəfdən isə sual olunar: "Aqroservis" ASC-nin Ağstafa bölməsində işlədiyim mühəndis-mexanik ştatı ixtisara düşməyibsə və bu ştata ehtiyac varsa, rəhbərliyin nə marağı var ki, mənimlə əmək müqaviləsi bağlamır, xahiş edirəm bunun aydınlaşdırılmasına göstəriş verin.

Hörmətli Mehriban xanım!
Nazir İnam Kərimov və komandası yüzlərlə kənd təsərrüfatı mütəxəssisini qeyri-peşəkarlarla əvəzlədi. Narazılığın miqyası belə nəzərə alınmadı. Olsun! Əminəm, bir gün bunlara bu mövzuda sual verən tapılacaq. Kənd təsərrüfatı mütəxəssislərini işdən kənarlaşdırdınız, heç olmasa bir uğura imza atdınızmı, sualı veriləcək. Məqsədiniz bol və məhsuldar kənd təsərrüfatı məhsulu istehsal etmək idisə, nədən ölkə bu qədər idxaldan asılı vəziyyətə salındı, sualı onlara veriləcək. Hətta, 2017-ci ildən aqrar sektora ayrılan dövlət vəsaitinin həcminin dəfələrlə artması hesabına nə əldə edildiyi soruşulacaq.

Əminəm ki, onda mənim və mənim kimi yüzlərlə kənd təsərrüfat mütəxəssisinin nə qədər haqlı olduğu müəyyənləşəcək.

Hörmətlə,

İsgəndərov Qədir İsgəndər oğlu
 
 
 

Dünyapress TV

Xəbər lenti