Ardını oxu...
“Azərişıq” ASC-dəki özbaşınalıqlarla bağlı Dövlət Başçımıza və digər qurumlara ünvanladığım şikayətimi rəhbəri olduğunuz saytınızda dərc edilməsinə Sizə və bütün kollektivinizə minnətdarlığımı bildirirəm.
Xahiş edirəm növbəti müraciətimi də olduğu kimi saytınızda dərc olunması üçün mənə yardımçı olasınız.
Bildirirəm ki, “Azərişıq” ASC-nin qondarma “Sumqayıt” RETSİ-dəki qanunsuzluqlar, özbaşınalıqlar və s. eybəcərlikləri ifşa etdiyim üçün “Sumqayıt” RETSİ-nin rəisi həbib əzizov “çıxış yolu” kimi “yeni” qanunsuzluqlara “imza” ataraq məndən qisas alır. Belə ki, “Azərişıq” ASC sədri Vüqar Əhmədov Dövlət Başçısının Sərəncamı ilə “Azərişıq” ASC-nin təsdiq edilmiş strukturundakı “Şimal” RETSİ-ni ləğv edib 2 yeni qondarma region-“Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-ni yaratdılar. Qanunsuz yaradıldığı üçün idarənin girişində “Sumqayıt” RETSİ-nin adı yox “Şimal” RETSİ-nin adı gedir. Prezidentin Sərəncamı əsasında təsdiq edilmiş strukturda Sumqayıt və Xaçmaz RETSİ-lər yoxdur. https://e-qanun.az/framework/30261 “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində belə Sumqayıt RETSİ adlı region yoxdur. https://www.azerishiq.az/menu/regional-unvanlarimiz Sumqayıt RETSİ-yə aid rayonlar da Xaçmaz RETSİ-nin tərkibində göstərilir. https://www.azerishiq.az/menu/regional-unvanlarimiz
Ardını oxu...
Qondarma regionlar yaradılandan sonra gülbacı dadaşovanın təkidi ilə mənə və digər işçilərə məcburi ərizə yazdıraraq “Xaçmaz” RETSİ-yə keçməyi əks təqdirdə isə işsiz qoymaqla hədələndik. Cənab Prezidentə etdiyimiz şikayətdən sonra “Azərişıq” ASC sədri məni də qəbul edib dinlədi, əmək haqqımı artıracağına və məcburi köçkün, ali təhsilli həyat yoldaşımı işlə təmin edəcəyinə dair SÖZ verdi. Lakin rəhbər şəxs kimi sözünə sahib çıxmadı. həbib əzizov qondarma “Sumqayıt” RETSİ-yə rəis təyin edilən kimi dərhal mənimlə “revanşa” başladı. Gündəlik olaraq işçilərin gördükləri işin yoxlanılmasına dair bir əmr imzaladı. Bununla bağlı komissiya yaradıldı. Gördüyüm işdən anlayışı olmayanlar başımın üstündə dayanıb saniyəölçəni qoşmaqla görəcəyim işlərə nə qədər zaman sərf etdiyimi araşdırırdılar. Bunların AR ƏM-nin tələblərinə zidd olduğunu onlara bildirdim etiraz etdim. Vəzifə səlahiyyətlərimin icrasına qəsdən maneçilik törədərək mənə stress yaşatdıqları üçün idarəyə polis və təcili yardım dəvət etdim.Bu hadisədən sonra özüm və azyaşlı övladlarım : 20.12.2010-cu il doğumlu Cavadova Ayla Vüsal qızı və sağlamlıq imkanları məhdud 21.01.2014-cü il doğumlu Cavadlı Ömər Vüsal oğlunun xəstəlikləri ilə bağlı 25.04.2023-cü ildən, bu günə qədər işə çıxa bilmirəm. Xəstəliyimin 3-cü günündə yaşadığım evə nümayəndələr gəldi. Öz evimdə azyaşlı övladlarımın yanında da mənə stress yaşatdılar. “Sumqayıt” RETSİ-nin rəisi həbib əzizov regionun əməkdaşlarını başına toplayıb sanki düşmən üzərində zəfər çalırmış kimi məni AR ƏM-nin “70 c” maddəsi ilə işdən qovduğunu bildirib. İndinin özündə bütün kollektiv həbib əzizovun 100 nəfəri toplayıb xəstəlikdə olan sıravi bir texnik-operatoru işdən qovduğunu elan etməsinə istehza edirlər. Region rəisi sıravi bir texnik-operatoru işdən çıxardığına görə iclas edir ?!
Mən 25.04.2023-28.04.2023 tarixlərində xəstə olmuşam. Bunu təsdiq edən 0131487 №-li xəstəlik vərəqəm var. Bu haqda idarəyə məlumat vermişəm. 27.04.2023-cü ildə komissiya üzvləri yaşadığım mənzildə olmalarına və xəstə olduğumu bilə-bilə tərtib etdkiləri təqimatda savadsızcasına 25-27 aprel tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyimi yazmaqla öz bisavadlıqlarını rəsmən özləri təsdiq ediblər. Təqdimatda qeyd olunur ki,-“mənzilin qapısını özü açıb” Yəqin komissiya üzvlərinin yaşadıqları mənzillərininın qapısının qonşuları açır. Təqdimatda son bir neçə ildə vəzifə səlahiyyətlərimi icra etmədiyim yazılıb. h.əzizov vur-tut 2 ay öncə “Sumqayıt” RETSİ-yə rəis təyin edilməsinə baxmayaraq imzaladığı təqdimatda əvvəlki illərdə vəzifə səlahiyyətlərimi icra etmədiyimi iddia etməsi çox gülməlidir. 16 illik iş stajımda mən vəzifələrimi layiqincə yerinə yetirmişəm. Bircə dəfə də olsun xəbərdarlığım belə olmayıb. Təqdimatda təcili tibbi yardım maşını ilə birgə idarəni tərk etdiyim qeyd edilir. həbib əzizov barəmdə yazılan təqdimatı ya oxumadan imzalayıb, ya da təcili tibbi yardım maşını ilə taksini səhv salıb. Təcili tibbi yardım maşını da taksi deyil ki, işçi (özü də iş vaxtı) istədiyi vaxt maşına oturub harasa getsin. Halım pisləşdiyindən həkimlərin rəyi əsasında məni təcili tibbi yardım maşınına yerləşdiriblər. h.əzizova tövsiyə edirəm ki, gülünc vəziyyətdə qalmaması üçün gələcəkdə təqdimat yazarkən savadlı hüquqşünasa və ya vəkilə müraciət etsin.
“Azərişıq” ASC sədri cənab V.Əhmədovun yerində olsaydım ilk öncə bu cür savadsız təqdimata imza edən özü də adını hüquqşünas qoyan həbib əzizovun özünü işdən azad edərdim. Yəqin ki, cənab sədr barəmdə yazılan savadsız təqdimatla hələ tanış deyil. Bunlarla kifayətlənməyən həbib əzizovun göstərişi ilə xidməti kompyüterim iş masamdan götürülüb, idarə binasına girişimə qadağa qoyub. Deyəsən, həbib əzizov “Azərişıq” ASC-yə məxsus idarə binasını öz malikanəsi ilə səhv salır ?!
Bu səbəbdən 0131487, 0208834 və 0131570 №-li xəstəlik vərəqələrini idarəyə əməkdaşımız vasitəsilə göndərmişəm. h.əzizovun göstərişi ilə xəstəlik vərəqələrimi də qəbul etmirlər. Qrafik üzrə növbəti məzuniyyət vaxtımın cari ilin iyul ayında olmasına baxmayaraq, h.əzizovun göstərişi ilə növbəti məzuniyyətdən istifadə hüququma qadağa qoymaqla konstitusiya hüququm da tapdanıb. Sumqayıt şəhərində kifayət qədər savadlı energetiklər olarkən, ixtisaca hüquqşünas h.əzizovun Sumqayıt RETSİ-də nə işi var ?!
Cənab Prezidentimiz əbəs yerə demir ki, :-“Hər kəs öz işi ilə məşğul olmalıdır”!
Hüquşünas h.əzizov hüquqa, qanuna zidd hərəkətlərinin ya fərqində deyil, ya da Ölkə qanunlarını ayaqlayıb özünü şah sayıb, öz “qanunları”nı yeritmək xülyasına düşüb ?!
5-6 “quyruq bulayanlar” istisna olmaqla bütün kollektiv mənə qarşı olan haqsızlığa üsyan edir, haqsızlıq edənləri isə lənətləyirlər. “Sumqayıt” RETSİ-nin həmkarlar təşkilatının 66 yaşlı sədri pensiyaner bayram paşayev 74 yaşlı əyyar qasımov, baş mühasib anar hacıyev, hüquqşünas amid musayev, kadrlar üzrə aparıcı mütəxəssis gülbacı dadaşova qanunsuzluqlara boyun əyirlər. Komissiya üzvü bayram paşayevin özünü araşdırmaq lazımdır. Bunun adı Xaçmaz elektrik şəbəkəsində elektrik montoru gedir. Özü isə həmkarların sədri kimi Sumqayıt RETSİ-nin baş binasında əyləşir. Kabinet “bəyi”dir. İdarədən havayı maaşın alır, həmkarlardan da maaşın, dövlətdən də pensiyasın alır. Mənim ali təhsilli cavan həyat yoldaşım isə işsizdir.
Şər-böhtanla xəstə övladlarımın çörəyinə bais olmaq istəyənlərə deyirəm :
-“kişi prinsipiallığını kişiyə nümayiş etdirər, qadına yox. Prinsipi də kişi kimi aparmaq lazımdır. Şər atmaqla yox ! Himayəsində sağlamlıq imkanları məhdud azyaşlı övladı olan anayla prinsip aparandan sonra evinizə gedib ailənizin övladlarınızın üzünə necə baxırsınız ?!
“Allah bəlanızı versin deyirəm” deyirəm. “Allah elədiklərinizi özünüzün və balalarınızın qarşısına çıxarsın” ! İbadət pərdəsi altında gizlənib, haqqıma girənlərin ibadətlərini Allah heç qəbul etmir ! Boşuna aktyorluq etməyin”
həbib əzizova səslənirəm :-“Mənim kimi sıravi bir texnikə görə bütün kollektivi toplayıb işdənçıxma əmrim olmadan işdən çıxarılmağım barədə feyk xəbərlər yayarkən zəifliyinizi və idarəetmədə təcrübəsizliyinizi nümayiş etdirməniz mənə yetər !
74 yaşlı əyyar qasımov kollektiv iclasda işdən çıxarılmağımla kollektivin “təmizləndiyini”. Bildirib. əyyar qasımova səslənirəm :-“ay pensiyaner əyyar qasımov, kollektivimiz cari ilin sentyabr ayında məhz sənin kimisindən qurtulduqdan sonra, sənin yerinə Cənab Prezidentin yürütdüyü siyasətə uyğun olaraq mənim kimi cavanlar təyin olunandan sonra "təmizlənəcək”. Aylıq maaşımın 2 misli qədər dövlət sənə pensiya verir. sənin kimi pensiyanerlərin üzündən nə qədər gənc işsizdir”. İşsiz gənclər işlə təmin olunmaq üçün sənin kimi pensiyanerlərin axirətə getməyini gözləməlidir ?!
Dövlət Əmlakının mənimsənilməsi, vəzifə saxtakarlığı, rüşvətalma maddələri ilə həbs edilmiş keçmiş məhkum sakit baxışov kimi pensiyaner “Azərişıq” ASC-nin insan resursları departamentinə rəhbərlik edir. Dövlət əmlakının mənimsənilməsi, rüşvətalma, təkrar vəzifə saxtakarlığı maddələri ilə həbs edilmiş pensiyaner çingiz ibadov kimi digər keçmiş məhkumlar Azərişıqda rəhbər vəzifələrdə işləyir. (https://az.trend.az/azerbaijan/society/915278.html)
Respublika Hərbi Prokurorluğunda idarə rəisi kimi həmin strukturun fəaliyyətinə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədri Vüqar Əhmədovun müşaviridir. Necə olur ki, bunlar qala-qala mənim kimi sıravi texnik-operator haqqımı tələb etdiyim üçün idarənin nüfuzuna xələl gətirirəm ?! Heç olmasa “öz gözlərindəki” tirləri görün. Necə olur ki, bunlar qala-qala mənim kimi sıravi texnik-operator haqqımı tələb etdiyim üçün idarənin nüfuzuna xələl gətirirəm ?! Yoxsa “öz gözünüzdəki” “tirləri” görmək istəmirsiniz ?!
Dövlət əmlakına “əl uzatmağı” mən birbaşa Dövlətə, Cənab Prezidentə xəyanət sayıram. Cənab Prezidentimizə, Dövlətimizə xəyənət edənləri “iti qovan kimi” qovmaq lazımdır !
“Azərişıq” ASC-ni 65 yaş üstü (65+) penisyenerlərdən, dövlət əmlakını mənimsənilməsi, vəzifə saxtakarlığı, rüşvətalma, vəzifə səlahiyyətlərini aşma, təkrar rüşvətalmaya görə həbs ediən keçmiş rüşvətfxor məhkumlar yığınından, özbaşına məmurlardan “təmizlənməlidir” !
Xəstəlik vərəqələrimi qəbul etməyənlərə, imza etməyənlərə səslənirəm :-“qanunlardan qorxmursunuzsa qəbul etməyin, imzalamayın, əmək haqqımı, məzuniyyətimi verməyin ! Cəsarətiniz, qürurunuz varsa sözünüzün üstündə dayanın” !
Əks təqdirdə, Cənab Prezidentimizə istinadən erməni paşinyana dediyi kimi, :-“ nə oldu vermirdim deyirdin bəs niyə verdin” deyəcəyəm !
Qeyd etmək istəyirəm ki, “Azərişıq” ASC-nin qondarma “Sumqayıt” RETSİ-yə rəisi 37 yaşlı ixtisasca hüquqşünas-həbib əzizov Azərbaycan Respublikasının 2-ci baş naziri Rəhim Hüseynovun nəvəsidir.
Mən Dövlətimizin Başçısına, Ölkəmizin Birinci Xanımına, Dövlətimizin Qanunlarına sığınaraq xahiş edirəm: “Azərişıq” ASC-də Cənab Prezidentin göstərişlərindən nəticə çıxarmayan məmurların cəzalandırılması, özbaşınalıqlara son qoyulması, qurumda Ölkə qanunlarının bərqərar olunması üçün tədbir görəsiniz.
Öncədən Sizə minnətdaram.


Hörmətlə, J.Ə.CAVADOVA

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İmişli sakini, Qarabağ veteranı Firuz Cahangirov bildirir ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımovun fəaliyyətindən narazıdır.

O, deyir ki, Azər Kazımov Veteranları mənəvi cəhətdən əzmək istəyir və elə bunun üçün də, Veteranlar Şurasının sədrini məhkəməyə verib.

Vətəndaş kanalımız vasitəsilə aidiyyatı qurumlara müraciət edərək bu işə baxılaraq tədbir görülməsini xahiş edir.
Kanal 13

Daha ətraflı aşağıdakı videoda:


İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
“Hüquqları pozulmuş məhkumların müdafiəsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Birliyin sədri Böyükağa Abdullayev, təsisçilər, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov və Əliabbas Rüstəmov tərəfindən Prezidenti İlham Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, eləcə də Bakı şəhəri, Nizami rayon Məhkəməsinin sədri İlham Kərimliyə ünvanlanan məktubu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bir necə gün bundan öncə, KİV-i vasitəsilə Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin, 6-saylı Cəzaçəkmə Müəssisəsində, müəssisəsnin rəisi, Baş nazirin sabiq müavini Abid Şərifovun qızının əri, ixtisasca həkim olan, “cərrah-cəllad” ləqəbi ilə tanınan Məmməd Mahmudov tərəfindən hər ay rüşvət və korrupsiya yolu ilə 6 milyon manat toplanıldığı barədə Sizə və aidiyyəti qurumlara rəsmi məlumat vermişdik. Həmçinin, 6 saylı Cəzaçəkmə Müəssisəsində cəzasının üçdə iki hissəsindən çoxunu çəkmiş məhkumlardan, rejimlərini dəyişmək üçün Məmməd Mahmudov tərəfindən, məhkəmənin və prokurorluğun adına hər ay külli miqdarda pullar yığıldığı barədə AR Baş prokuroru Kamran Əliyevə, AR.Ali Məhkəməsinin sədri İnam Kərimova, AR Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova rəsmi müraciət etmişdik.

Ali Məhkəmənin sədr İnam Kərimovdan, Kamran Əliyevdən və Ədliyyə naziri Fikrət Məmmədovdan Cəzaçəkmə Müəssisəsində tüğyan edən korrupsiyanın, rüşvətin qarşısının alınması ilə bağlı qanunun tələblərinə müvafiq tədbir görmələrini xahiş etmişdik.

Hələlik, Baş Prokurorluq tərəfindən heç bir cavab verilməsə də, MHŞ və Ali Məhkəmənın rəhbərliyi rəsmi cavab olaraq bildirirlər ki, müraciətlərimizə baxılması üçün Ədliyyə Nazirliyinə göndəriblər.

Cənab Prezident!

Sizə və aidiyyəti qurumlara ünvanladığımız müraciətlərimizin MHŞ-dan, AR Ali Məhkəməsindən aldığımız cavab məktublarının mürəkkəbi qurumamış hazırda Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumlar bildirirlər ki, cəzasının üçdə iki hissəsini çəkmiş 45 nəfər məhkumun şəxsi işi Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Komissiyaya təqdim edilmişdir. 44 nəfər məhkum sözügedən komissiyadan keçmiş və bir nəfər məhkum komissiyadan keçməmişdir. Onu da DİQQƏTİNİZƏ çatdırırıq ki, komissiyadan keçməmiş məhkum Zeniyev Müqabil Emilxan oğlu Şəhid qardaşıdır və Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun tələb etdiyi pulları verə bilmədiyi üçün komissiya tərəfindən kəsilmişdir. Demək, Məmməd Mahmudov tərəfindən pulları alınmamış məhkumların komissiyadan keçməsi birmənalı mümkünsüzdür. ƏN-nin yaratdığı bu komissiyanın işinin nədən ibarət olduğu yəqin ki, hamıya məlum oldu. Bu barədə sonralar açıqlama verəcəyik.

Hörmətli Prezident!

Bu gün Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar bildirirlər ki, təkcə 2023-cü ilin may ayında Ədliyyə Nazirliyinin yaratdığı komissiyadan keçmiş 44 məhkumun hər birindən müəssisəsnin rəisi Məmməd Mahmudov ayrı-ayrılıqda Məhkəmənin və Prokurorluğun adı ilə 10-15 min manat civarında pul almışdır. Bu da təkcə bir ayda (2023-cü ilin may ayında) Məmməd Mahmudov tərəfindən, rejim dəyişməsi adı ilə, korrupsiya yolu ilə məhkumlardan yığılmış (10-15 min manat X 44 məhkum) = 440.000-660.000 manat civarında rüşvət deməkdir.

Komissiyadan keçmiş məhkumların məhkəmədən keçməsi üçün onları 2 tura bölmüşlər. Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov pullarını aldığı və komissiyadan keçirdiyi məhkumları arxayın salmışdır ki, onlardan 22 məhkumun işinə məhkəmə 01.06.2023-cü il tarixdə, yerdə qalan 22 məhkumun işinə isə məhkəmə 08.06-2023-cü il tarixdə baxacaqdır.

Cənab Prezident!

Yuxarıda qeyd etdiyimiz faktları “cərrah-cəllad” ləqəbi ilə tanınan, 6- saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun, bu günə kimi rəhbərlik etdiyi müəssisədə İqtisadi sahədə-Mülkiyyət Əleyhinə və Korrupsiya Cinayətləri və Qulluq Mənafeyi Əleyhinə törətdikləri cinayətlərin üstünün açılması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara göstəriş verməyinizi və bu qanunzuz hallara obyektiv, hüquqi qiymət verilməsini və bu MÜRACİƏTİMİZİ Şəxsən nəzarətinizdə SAXLAMAĞINIZI SİZDƏN XAHİŞ EDİRİK.

Qabaqcadan minnətdarlığımızı bildiririk”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Son zamanlar məktəblərin idman və akt zallarının icarəyə verilməsi məsələsi gündəmdən düşmür.

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbin idman zalında 7 yaşlı Fərid Bakarova idman məşqçisi Mehman Xəlilovun kobud davranışlar sərgiməsi və uşağın ölməsi bu mövzunu aktual edib.

Bu hadisədən sonra sosial şəbəkələrdə və mətbuatada bir neçə məktəbin də idman zallarının icarəyə verilməsi ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.

Məktəbin direktoru Gülnar Qurbanova idman kompleksini adı açıqlanmayan fərdi sahibkara icarəyə verib.

Maraqlıdır, bu qanunidirmi, icarə haqqı nazirliyin, yoxsa məktəbin büdcəsinə gedir?

TEREF.AZ bildirir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil üzrə ekspert Elşən Qafarovun bildirib ki, məktəblərin ərazisi icarəyə verilə bilməz:

“Ümumi təhsil haqqında” Qanunun 30-cu maddəsinə görə, məktəblərin ərazisi icarəyə verilə bilməz. Amma birgə fəaliyyət mümkündür və bu, 8 ildir tətbiq olunur.

Bu da müqavilə əsasında tam qanunvericiliyə uyğun aparılır. Ölkədə, bəlkə də 15-20 nəfər nümunəvi direktor var, onlardan biri də Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktorudur. Həmin xanım işləyən, çalışqan məktəb rəhbərlərindən biridir.

O məktəbin ərazisini icarəyə verməyib, məktəbin ərazisini birgə fəaliyyət haqqında müqavilə əsasında verib. Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 10 nömrəli qərarı var. Təhsil müəssisələrinin sahibkarlıq və innovasiya fəaliyyəti ilə məşğul olmaq qaydalarına uyğun olaraq müqavilə əsasında fəaliyyət göstərir. Orada da pul hesaba oturur”.

Təhsil eksperti məktəblərdə direktorların sinif otaqlarını müəllimlərə pul müqabilində icarəyə verdiyini qeyd edib:

“Bu gün Bakı şəhərində yerləşən məktəblərin təqribən yarısında məktəb direktoru sinif otaqlarını 400-500 manata müəllimlərə satır. Yəni məktəblərdə neqativ formada icarə kütləvi şəkildə var. Xüsusilə, Bakı məktəblərində daha çoxdur. Məktəb direktoru məktəbin otaqlarını öz müəllimlərinə satır”.
 
Ardını oxu...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Quba Suvarma İdarəsi bu ilin 10-15 mart tarixlərində elan etdiyi və ümumi dəyəri 369 min 130 manat olan üç tenderin nəticələrini və qaliblərini açıqlayıb.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, “Suvarma kanallarının lildən təmizlənməsi, daşqın və selə qarşı mübarizə üçün çay məcralarının tənzimlənməsi” məqsədi ilə 10 martda elan olunan və maliyyə dəyəri 92 min 004 manatlıq tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi olub.

Quba Suvarma İdarəsinin 13-15 martda elan etdiyi və maliyyə dəyərləri 110 min və 169 min 660 manat manat olan növbəti iki tenderin qalibi isə “AzTikintiServis” MMC (VÖEN -3103031301) olub.

Maliyyə dəyəri 110 min manat olan tender “Torpaq məcralı "Aşağı-Xuc" kanalının beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmiri”, 169 min 660 manatlıq ikinci tender isə “Torpaq məcralı "Əlibəyqışlaq" kanalının beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə təmiri işləri” ilə bağlıdır. Hər iki tenderlə bağlı tərəflər arasında maliyyə dəyəri 279 min 660 manatlıq tender müqaviləsinin imzalanması gözlənilir.

Qeyd edək ki, 13 mart 2019-cu ildə yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik olan “AzTikintiServis” MMC-nin direktoru Paşa Papaqçıyevdir.

Şirkət 18 may 2020-ci ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən ümumi maliyyə dəyəri 1,4 milyon manat olan tenderin iki qalibindən biri olub və aralarında 733 min manatlıq tender müqaviləsi imzalanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən 20 may 2020-ci ildə elan edilən Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalınması tenderinin qaliblərindən biri olub və aralarında imzalanan satınalma müqaviləsinin məbləği barədə mətbuatda heç bir məlumat yoxdur.

27 ilyul 2022-ci ildə şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin Şəmkir sol sahil maşın kanalının beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderinin qalibi olub.

Tərəflər arasında maliyyə dəyəri 208 min 498 manat olan satınlma müqaviləsi bağlanılıb. Şirkət ötən ilin 7 ayı ərzində ümuni dəyəri 1 milyon 944 min manatdan artıq olan 10 tenderin də qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub.

Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. Həmin dövrdə “Aztikintiservis” MMC-nin dövlətə 6900.10 manat vergi borcu olub.

Cari ilin fevral ayının 2-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi də bu şirkət olub.

Tərəflər arasında 1 milyon 477 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Şirkət ikinci dəfə mayın 1-də Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderdə qalib olub v aralarında 118 713 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, şirkət qurum üçün Bastam arxının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərini həyata keçirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Məişətimizdə tez-tez kiminsə haqqında “sonradan görən deyil”, yaxud “görən ailədən çıxıb” kimi ifadələr işlədilir. Bu o deməkdir ki, barəsində söz açılan şəxs imkanlı ailədən çıxıb, ona görə acgöz deyil, özünü “görməmiş” kimi aparmır, sadə, təmkinli və s. müsbət keyfiyyətlərə malikdir. Amma nə işdirsə, bu keyfiyyətləri bir çox məmur övladlarına aid etmək olmur. Belə ki, onların bəziləri valideynlərinin dövlətdən, millətdən oğurladıqları milyonlar hesabına uşaqlıq və gənclik illərini yağ-bal içərisində keçirsələr də acgözlükdə, görməmişlikdə öz böyüklərini də keçirlər...

Mətbuatda gedən məlumatlara görə, Yeni Yasamalda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib. İdman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir. Həmçinin, məktəb direktoru məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacağı da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verib.

Məlum olub ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır. Bu, məktəb direktorunun “fərasətinin” təsadüfi olmadığını deməyə əsas verir...

Ümumiyyətlə, nə işdirsə, Azərbaycanda məmur övladları mütləq istedadlı, bacarıqlı, uğurlu, savadlı, bir sözlə, “millətin qaymağı” olurlar. Hansına baxsan, “babat” vəzifədə oturan məmurdur, polis rəisidir, prokurordur, vergi, gömrük rəisidir, ya da “uğurlu iş adamı”dır. Məsələn, Şuşanın icra başçısının qızı, əlbəttə ki, adi müəllim ola bilməzdi, mütləq direktor olmalıydı və şuşalı pedaqoqlar, ziyalılar arasında Şuşa məktəbinə direktor təyin ediləcək ikinci bir layiqli namizəd ola bilməzdi...

Azərbaycan reallığında Təhsil Nazirliyi ən tez-tez nazir dəyişən nazirliklərdən biridir. Amma bu dəyişikliklər təhsil sahəsindəki bazar təfəkkürünü dəyişmir ki, dəyişmir. Yenə də məktəb direktorunun fikri-zikri təhsildə, tərbiyədə, şagirdlərin nailiyyətlərində yox, satılıb-alına biləcək hər şeydə - məktəbin həyətinə aid torpaq sahəsində, stadionda, idman zalında, şagirdlərin, valideynlərin cibindədir. Deməli, naziri dəyişməklə deyil, idarəetmə sistemi, yanaşma, təfəkkür dəyişməlidir...

Kasıbın balası dövlət qulluğuna düşmək üçün imtahan verir, gözünün nurunu tökür, yüksək bal toplayır, amma işə qəbul olunana qədər aylarla, illərlə süründürülür, “ehtiyat kadrlar” sırasına atılır. Amma “papanın gül balaları” üçün bu maneələr yoxdur, bir də gözünü açıb görürsən ki, ali məktəbi qurtarar-qurtarmaz “şıppıltı” ilə “yağlı” bir işə qəbul olundu...

Hələ Bayram Səfərovun özü nisbətən kiçik fiqurdur və qız övladının tutduğu vəzifə də “sən deyən yağlı vəzifə” deyil. Ramiz Mehdiyevdən Elman Rüstəmova, Əli Həsənovdan Hacıbala Abutalıbova, Vasif Talıbovdan daha kimlərə, o cümlədən bir çox hazırda vəzifədə olanlara qədər iri məmurların özlərinin mütləq mənada iri biznesləri, bankları, eləcə də onların övladlarının ya “yağlı” vəzifələri, ya da ilkin kapitalı atalarının “halal pulu” ilə formalaşan şirkətləri, biznesləri var. Nə özlərinin, nə də övladlarının puldan gözü doymur...

Şuşanın icra başçısının imkanları, biznesi yuxarıda adı çəkilənlərlə müqayisədə “xırda-xuruş alver” təsiri bağışlayır. Ancaq buna baxmayaraq, elə həmin B.Səfərova aid olduğu bildirilən obyekt və mülklərin bir qisminin mətbuatda iki il öncə dərc olunan siyahısına diqqət yetirin:

- Novxanıda yerləşən 6 milyon dollarlıq villa;

- Xətai rayonu, General Mehmandarov, ev 68 ünvanında mənzil;

- Dərnəgüldə daha bir mənzil;

- Əhmədlidəki “Leyla PALACE” Şadlıq sarayı, restoran və PUB;

- "Qala” restoranı;

- "Kosmos” Restoranı;

- Nərimanov metrosu ərazisində bir neçə obyekt;

- Nərimanov parkında yerləşən "İstanbul” kafesi;

- “La Vita Cafe and Restoran”;

- Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexlər;

- Novxanıda mal-qara ferması;

- Fermanın yaxınlığında gön-dəri sexi;

- Binəqədidə hektarlarla torpaq;

- Sədərək, Binə bazarlarında çoxlu sayda dükanlar;

- Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti və sair.

Bunlar mətbuatın bildiyidir. Bu qədər obyektləri, restoranları, malı-mülkü olan bir icra başçısının məktəb direktoru olan övladının doğrudanmı 60 manata stadion, yaxud ayı 30 manata avtomobil dayanacağı icarəyə verib pul qazanmağa ehtiyacı var? Yəqin ki, yox. Sadəcə, acgözlük, talançılıq, soyğunçuluq, görməmişlik Azərbaycanın məmur zümrəsinin qanına, mahiyyətinə hopub, yaşam prinsipinə çevrilib və belə görünür ki, bu mərəz hələ xeyli vaxt öz xoşu ilə bu zümrənin canından çıxmayacaq...

AzPolitika.info
Ardını oxu...
Tərəf az yazır ki, dövlət rəhbərindən tutmuş bütün dövlət rəhbərlərinə ünvanlanmış şikayət ərizəsinin bir surətidə Teref.az saytrının poçtuna daxil olub. Teref.az-az xəbər verir ki, şikayətçi “Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru
Cavadova Jalə Əli qızı ərizəsində yazır:
"Bildirirəm ki, “Azərişıq” ASC-nin qondarma “Sumqayıt” RETSİ-də olan qanunsuzluqlar, özbaşınalıqlar və s. eybəcərlikləri ifşa etdiyim üçün “Sumqayıt” RETSİ-nin rəisi Həbib Əzizov “çıxış yolu” kimi “yeni” qanunsuzluqlara “imza” atır.
Belə ki, özümün və azyaşlı övladlarım-20.12.2010-cu il doğumlu Cavadova Ayla Vüsal qızı-20.12.2010 və sağlamlıq imkanları məhdud 21.01.2014-cü il doğumlu Cavadlı Ömər Vüsal oğlunun xəstəlikləri ilə bağlı 25.04.2023-cü il tarixindən, hazırkı vaxta qədər işə çıxa bilmirəm.
Əmək qabiliyyətimin olmaması barədə 0131487, 0208834 və 0131570 №-li xəstəlik vərəqələrini idarəyə göndərməyimə baxmayaraq, idarə rəhbərliyi xəstəlik vərəqələrimi qəbul etmir. Bu addımları ilə qarşımda nə qədər zəif və aciz olduqlarını bir daha sübut edirlər. İxtisaca hüqüqşünas olan Həbib Əzizov “cənabları” öz hərəkətinin qanunsuz olduğunu ya bilmir, ya da Ölkə qanunlarını tapdayıb öz “qanunları”nı yeridir ?! "

Teref.az-a yazan şikayətçi yazdıqlarını şərh edərək daha sonra yazır:
"“Sumqayıt” RETSİ-nin həmkarlar təşkilatının 66 yaşlı sədri pensiyaner Bayram Paşayev də bu qanunsuzluqlara baş əyib özünü antihəmkarlar təşkilatının sədri kimi aparır. Mən bütün bunları normal qarşılayıram. Çünki Dövlət Əmlakını mənimsədiiyinə görə həbsdə yatan Sakit Baxışov kimi pensiyaner “Azərişıq” ASC-nin insan resurslarına departamentinə rəhbərlik edirsə və dövlət əmlakının mənimsənilməsi, rüşvətə və vəzifə saxtakarlığına görə həbsdə yatan Cənab Prezidentə xəyanət edən digər keçmiş məhkumlar “Azərişıq” ASC-də yüksək vəzifələrə təyin edillirsə zatən bu qurumdan ədalət gözləmək sadəlövlük olar.
Mən Dövlət Başçımıza, Dövlətimizin Qanunlarına sığınaraq 65 yaş üstü penisyenerlərdən və keçmiş məhkumlardan ibarət “Azərişıq” ASC-dəki bu özbaşınalıqları işfa etməklə öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm.
Xahiş edirəm “Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-də özbaşınalıqlara son qoyulması üçün tədbir görəsiniz.
Öncədən Sizə minnətdaram.

Hörmətlə, J.Ə.Cavadova"

Teref.az iddia edilənlərlə bağlı olaraq qarşı təırəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Müraciət etmək hüququ, inzibati və məhkəmə təminatı , özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ kimi Konstitusiya ilə təminat verilən əsas insan və vətəndaş hüquqlarındandır və bu hüquqa Ana Qanunun 71-ci maddəsinə görə heç kəs qadağa qoya bilməz. Nə yazıq, bizdə hakimiyyətin xalqdan qaynaqlandığı da unudulub, dövlətin ali məqsədinin vətəndaşın layiqli həyat səviyyəsini, insanın hüquq və azadlıqlarını təmin etmək olması da. Əsas insan və vətəndaş hüquq və azadlıqlarındansa heç danışmağa dəyməz. Hərbi güc qurumları, polis məhkəməsiz insanı, vətəndaşı linç edər, hətta məhkəmənin azad etdiyi şəxsi elə məhkəmə zalında həbs edər, sosial təminat orqanları məhkəmə qərarı olmadan hətta məhkəmə qərarı ilə ayrılan pensiyanı kəsər. ..
Bu sətirlərin yazarının məhkəmə təminatı hüququna qadağa qoyulması ilə bağlı Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, MHŞ üzvü Fuad Ələsgərovun qəbuluna yazılmaq hüququna 9 aydır qadağa qoyulub. Təsəvvür edin, artıq 15-ci ilə keçdi, Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli iki (!!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri -yaşayış otaqlarını - əlilin , vətəndaşın daşınmaz əmlakını borclular ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri ələ keçirib , özünü isə üç dəfə (??) evindən alt paltarında 39 dərəcə qızdırma içində polisdə işgəncəyə uğradıb , məhkəməsiz azadlıqdan məhrum ediblər. Sonuncu dəfə 03.09.2022-ci ildə Nizami RPİ-nin 24-cü Polis Şöbəsi 66 yaşlı 1-ci dərəcəli Qarabağ əlilinə işgəncə verib, 9 qabırğasını sındırmaqla, ağ ciyərində hematoma əmələ gətirməklə, açıq – qapalı baş beyin travması vurmaqla yetərlənməyib, üstəlik əlili tibbi yardımdan da məhrum edərək, yaralı durumda işgəncə kamerasında qoluqandallı saxlayıb , evində axtarış adına qiymətli əşyaları, sənədləri, dərs vəsaiti noutbuku – daşınar əmlakını atalarının malı kimi 05.09.2023-cü ildə götürüblər. PA -nın şöbə müdirinin qəbuluna yazmaqdansa imtina edilib ki, şöbə müdiri 6 aydan bir qəbul edir! (?) Bəs yazılı müraciətə nə deyirsiniz? Nə yazıq, müraciət xidməti pulludur və sifarişlə göndərilən məktub da PA-ya daxil olandan sonra “yoxa çıxıb”.
Məhkəmə təminatı hüququna daha bir qadağa: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (qərarı qəbul etmiş Şərafət Məmmədova və Aygün Abdullayeva) 20.06.2016 tarixli 1-ci dərəcəli Qarabağ əlilinin on nəfərlik ailəsinin mənzillə təmin olunması öhdəliyinin ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin ( hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin) üzərinə qoyulması haqqında qərarının icrasını məhkəmənin özü 7 ildir qərəzlə təmin etmir, heç indiyədək icraya da yönəltməkdən borclunun rüşvət paketi ilə imtina edir.
Son xidmət yerim olan DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi hərbi qanunvericiliyin tələblərinə qarşı çıxaraq nə işdənçıxarma pulu, nə geyim əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi, nə sanatoriya yollayışı və əvəzində kompensasiya verib, nə rütbəm artıb, nə vəzifəm düzgün qeyd edilib (döyüş komandirinə olmayan kimya müdafiəçisi vəzifəsi yazılıb), 1978-dən leytenant hərbi rütbəsi daşıyan 45 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı bildirilərək, xidmət illəri düzgün hesablanmır, nə tibbi təminat, mənzil təminatı və digər güzəştlər tətbiq edilir. MƏHKƏMƏ TƏMİNATI HÜQUQUNA DA İDDİA MÜDDƏTİNİ ÖTÜRMƏK ADI İLƏ QADAĞA QOYULUB. Halbuki, əmək, pensiya təminatı hüququna iddia müddəti tətbiq edilmir. Son 6 ildə İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA ŞƏKİ İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN 15.02.2019 tarixli saxta QƏRARDADI ilə məhkəmə təminatı hüququna qadağanı sürdürürlər. Halbuki, 1-cisi, 15.02.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində qərar qəbul edilmədiyini , iclasın növbəti tarixə təyin edildiyini “e -məhkəmə” sistemi sübut edir; 2-cisi, Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad , yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin kimdir Ali Məhkəmənin qərarını, Konstitusiyanı saya salan, məhkəmənin saydığı Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN-in adından məhkəməyə qeyri-prosessual sifarişidir. Bu vəkil peşə kodeksini, etikasını pozaraq 6 ildir DİN-in vəkili və nümayəndəsi kimi məhkəmə işlərinə çıxır və məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli saxta qərardadını Konstitusiya aktı kimi qəbul etdirir. Özbaşınalıq o həddədir ki, bu saxta qərardadı iş üzrə tərəf olmayan ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da məhkəmə təminatı hüququna qadağa kimi sırıyır. Bakı İnzibati Məhkəməsi (hakim Orxan Həsənov ) bir ildən sonra apellyasiya instansiyasına göndərdiyi DİN-ə və DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddianı bu əsasla mümkün saymayıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadı qətidir, heç bir qurum tərəfindən təfsir oluna bilməz , şikayət verilə bilməz, Konstitusiyadan da üstündür .(??) Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti də Şəki “dövlətinin” qərardadını Ali Məhkəmə Plenumunun qərarından, Konstitusiyadan üstün tutub, ümumiyyətlə, işi apellyasiya baxışından çıxarıb. Hər iki instansiya tərəflərin hüquq bərabərliyi prinsipini pozaraq, iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edib, amma qarşı tərəf Vəkillər Kollegiyası səviyyəsində dövlət hesabına vəkillə təmin olunub. Əlirza Həbilov indi DİN-in nümayəndəsi kimi 3 ilin vəkili Orxan Qılman oğlu Babayevi etibarnaməsi olmadan məhkəmə işlərinə göndərir. Qanunun aliliyinə, hüququn üstünlüyünə baxın, VƏKİL DÖVLƏT HESABINA DÖVLƏT ORQANINA XİDMƏT GÖSTƏRİR , 1-ci dərəcəli Qarabağ əlilinə isə dövlət hesabına hüquqi yardımdan imtina edilir! (?) Əcəb hüquqi, demokratik dövlətdir!
Məhkəmə təminatı hüququna qadağanı elə məhkəmənin özünün (də) qoymasından son çıxış yolu kimi Prezident Administrasiyasına üz tutmağı seçdim. Təsəvvür edin, DİN Daxili Qoşunları Prezidentə, məhkəməyə müraciət etdiyinə görə 1-ci dərəcəli Qarabağ əlilindən MƏHKƏMƏ YOLU İLƏ 30 MİLYON MANAT TƏLƏB EDİR, pensiyanı ödəyən XÜSUSİ ŞƏRTLƏRLƏ TƏYİNAT ÜZRƏ MƏRKƏZİ FİLİALI 6 İL QABAQ 05.07.2017 TARİXLİ 2-1 (81)-1889/17 SAYLI QƏRARLA PENSİYAYA ƏLAVƏ OLUNAN 110 MANATI KƏSİB, PENSİYANI 138.79 MANAT AZ HESABLAYIR! (?) 1-ci dərəcəli Qarabağ əlili məhkəməyə müraciət edir ki, pensiyası düzgün hesablansın, artsın, əksinə, biri 30 milyon tələb edir, o biri daha da azaldır. (?)
12.05.2019-cu ildə PA-nın 1111 çağrı mərkəzinə zəng sonucu Prezident Administrasiyasının Vətəndaşların qəbulu mərkəzində qəbula yazılmağımı bildirdilər. 39-cu otaqda xidmət edən xanım Səmayə Əliyeva Fuad Ələsgərovun mayın 16-da olacaq qəbul planının dolduğunu (?) bildirib, ayın sonuncu dördüncü günü gəlməyi məsləhət gördü. Deyilən vaxtda - 25.05.2023-cü ildə 39-cu otaqda “saat 12-dək gəlməli idin, 20 dəqiqə gecikmisən” ittihamı ilə üzləşib, iyun ayında qəbula yazılmağımı dilədim. Qəbul cədvəlinin bəlirlənməsindən sonra 30.05.2023-cü ildə Prezidentin hüquqi mühafizə orqanları ilə iş şöbəsinin və hərbi məsələlər şöbəsinin müdir(lər)inin qəbuluna yazılmağa getdim. Növbə nömrəmi (C-0029) götürüb, monitoru izləməyə başladım. Nömrəm 39-cu otağı nişan verəndə mərkəzin nəvəm yerində olan könüllüləri ilə birgə liftlə 3-cü qata qalxdıq. Bu zaman monitorda 30-cu nömrənin işıqlandığını gördüm və könüllüyə gələn zəngdən sonra mənim nömrəmin “yandığı” və bu səbəbdən qəbula yazılmaq hüququma qadağa qoyulduğu bildirildi. İnsana, vətəndaşa, əlilə sayğısızlığa, açıq-aşkar diskriminasiyaya baxın, Səmayə Əliyeva 39-cu otaqda kompüterin ekranında adımı görən kimi, növbəmi “yandırır”, məndən sonrakı 30-cu nömrənin yiyəsini çağırır. “Könüllü -könülsüz” xidmətçilərin “mühasirəsindən” çıxıb, 39-cu otağa girdim və Səmayə xanımdan 1-ci dərəcəli Qarabağ qazisinə qərəzi, ayrı-seçkiliyi kimin sifariş etdiyini soruşdum. “Könüllü” nəvələrim” arxamca tökülüşüb, zorakılıqla çıxarmaq istədilər , dartışdırdılar . Polis naryadını çağırmağı məsləhət gördüm. Prezidentin mühafizə xidmətinin zabitini çağırdılar, yaxşı ki obyektiv adam oldu, sənədlərimi yoxlayıb, qəbula yazılmaq hüququmun qanuni olduğunu dedi.
Hələ də özümə gələ bilmirəm bu ilgidən. İçdən ağrıyıram, sındım. Mənim suçum nədir ?Almaz İldırımı sayğı ilə, ağrılarla anıram :
“Mən nə üçün qəribəm bu doğma eldə
Məhbəsmi dörd yanım, mən ki boğuldum.
Məlun bir zamanda, məhkum bir ildə
Allahım, mən neyçin şair doğuldum? “
Məğrur Bədəlsoy
P. S. Prezident Administrasiyasının Vətəndaşların qəbulu mərkəzi məhkəmədə cavab verəcək. Məhkəmə təminatı hüququna qadağa qoyulmasa. ..
Ardını oxu...
Teref.az
 

Ardını oxu...
Xəbər verildiyi kimi Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib.

Futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir.

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacaq da parkinq kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.

Məktəb direktoru buna görə sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Məsələ ilə bağlı Şuşa şəhər 1 nömrəli məktəblə əlaqə yaratdıq. Gülnar Qurbanovanın katibəsi saytımıza açıqlamasında hazırda direktorun məktəbdə olmadığını və regional təhsil şöbəsinə çağırıldığını bildirib.

Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova isə məsələdən yeni xəbər tutduqlarını və araşdırma apardıqlarını qeyd edib.

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır. 
//bizim.media//

Dünyapress TV

Xəbər lenti