DİA.AZ: - ""Azneft" rəhbırliyinin bundan xəbəri varmı? Artıq 4 gündür ki, 28 May NQÇİ platformalarına növbə dəyişməyə gedəcək neftçilər hər gün Bakı və rayonlardan Pirallahıda olan helikopter meydançasına gəlir və bir müddət keçdikdən sonra helikopter çatışmamazlığı bəhanəsilə geri qaytarılır". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan neftçilərin adından edilən müraciətdə qeyd olunur.
"Kim nə qazanır bilmirik, amma neftçilər hər gün əmək haqlarının müəyyən hissəsini itirirlər" deyə problemi qabardan neftçilərin müraciətində daha bir narahatçılıq yaradan olayla bağlı da fakt təqdim olunur. DİA.AZ müraciətin davamını təqdim edir:
"4 gün əvvəl COVİD virusunu yoxlamaq üçün neftçilərdən alınmış yaxma "qıcqırdığı" üçün onlardan yenidən yaxma alınacaq. Otel qeyd olunacaq. Neftçilər qayıdıb evlərinə gedəcək, sonra yeni cavabla helikopter meydançasına gələcək və s.
İndi hesablayın qazanan kim, əziyyət çəkən kim?.."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...