Təəssüf ki, bəzi sahibkarlar səkinin piyadalar üçün ayrıldığını gözardı edirlər və onu pilləkənlər, reklam lövhələri ilə yararsız hala salırlar. Nəticədə vətəndaşlar yolun hərəkət hissəsiylə gedirlər. Təbii ki, bu halda onların həyatı təhlükə altında qalır.
Dia-az.İnfo bildirir ki, bu işdə yerli icra orqanlarının, əlaqədar icra hakimiyyətlərinin müstəsna "XİDMƏTLƏRİNİN" olması isə faktdır.
Məsələn dünən Abşeron rayonu ərazisində məşhur "Şərurlu İsfəndiyar"ın anoloji özbaşınalığının qarşısı alındı və onun piyada səkilərini pullu parkinqə çevirməsi önləndi.
Amma Abşeron rayonundan fərqli olaraq Yasamalda vəziyyət heç də ürəkaçan deyil. Burada vətəndaşın dəyər-qiyməti bəlkə də qara qpəiklə də ölçülmür. Ona görə də piyada səkiləri bu gün Yasamal RİH başçısı Elşad Həsənovun ən əsas gəlir yerlərindən birinə çevrilib.
Piyadalar isə məhz bu kimi başçıların sayəsində hər gün gedib-gəldikləri yollarda risq yaşamalı olurlar... Yasamalın Zahid Xəlilov küçəsində də bu mənzərə mövcuddur. Belə ki, piyadalar üçün ayrılmış səki obyekt sahibləri tərəfindən tamamilə mənimsənilib.
Dia-az.İnfo bildirir ki, , şikayətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, xoşagəlməz mənzərədən öncə səki olduqca dar idi və iki piyada üz-üzə gəldiyi zaman onlardan biri məcbur qalaraq yolla hərəkət etməli olurdu. Obyektlərin pilləkənləri tərəfindən zəbt olunduqdan sonra isə səkidə addım atmağa yer qalmayıb.
Hər halda, hörmətli Elşad müəllimi də durduran tapılacaq. Elə redaksiyamıza müraciət edən sakinlərin istəyi də bundan ibarətdir... Onlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan və ölkə rəhbərliyindən məsələyə təcili müdaxilə edilməsini xahiş edirlər...