“Bizə 1250 manat pul təklif olunur...”-
Bakı şəhər Xətai rayonu Babək prospekti Süleyman Vəzirov 49 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət ediblər. Onlar bildiriblər ki, evləri plana düşüb və onları ərazidən çıxarmaq üçün evlərinin 1 kvadratmetrinə 1250 manat pul təklif edilir.
Sakinlər isə bu təklifə razı deyillər. Onlar deyiblər ki, təklif olunan məbləğlə nə Bakıda, nə də Bakıətrafı kəndlərdə ev almaq mümkün deyil. Adı çəkilən küçənin sakini Rüstəm Allahverdiyev deyib ki, artıq bir aydır məsələylə bağlı Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları onların qapısını döyür:
“Artıq bir aydır ki, Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları yaşadığımız ünvana gəlib-gedir. Onlar deyirlər ki, “evləriniz plana düşüb və burdan çıxmalısınız. Bunun üçün isə sizə evinizin hər kvadratmetrinə 1250 manat pul veririk”. Yaşadığımız ünvanda isə sakinlər bu məbləğlə razı deyillər. Şəhərin mərkəzində bizə təklif olunan bu məbləğlə axı ev almaq mümkün deyil. Heç Bakıdan kənarda da bu qiymətə normal ev almaq olmur. Qaldı ki, biz şəhərin mərkəzində evimizi dəyər-dəyməzinə verib niyə uzaq yerdə yaşamalıyıq ki?”.
Digər şikayətçi Aynurə Kərimova onlara sənədlə 3 min manat pul ayrıldığını bildirib:
“Aldığımız məlumata görə bizim evlərin hər kvadratmetrinə dövlət tərəfindən 3 min manat pul ayrılıb. Lakin Xətai rayon İcra Hakimiyyəti bizə 1250 manat təklif edir. Buna isə ərazidə yaşayan sakinlərin heç biri razı deyil. “Dinamo” deyilən ərazidə sakinlərə kadratmetrinə 2200 manat pul təklif olunur, amma heç onlar da bu məbləğə razı deyil. Hansı ki, bizim yaşadığımız yerlər ordan daha yaxşı ərazi hesab olunur”.

Məsələylə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə cəhdlərimiz təəssüf ki, alınmadı. Telefon zənglərimizə cavab vermədilər.
TEREF
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716999666_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716999667_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716999667_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716999667_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716999667_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-05_1716999668_6.jpg
 

Dünyapress TV

Xəbər lenti