Tutduğu vəzifəsindən sui istifadə edərək işçilərə ödəniləcək ezamiyyə xərclərini qeyri qanuni azaldan işəgötürənlər tərəfindən qanun pozuntusuna məruz qalan işçilər!Oxuyun və əməl edin☝️ Ezamiyyəyə göndərilən işçilərə əmək haqqı və ezamiyyə xərcləri - AR Əmək Məcəlləsinə və AR Nazirlər Kabinetinin14 saylı Qərarına uyğun ödənilmirsə, bu halda işçilər bu pulun tam və əmək qanunvericiliyinə uyğun olaraq ödənilməsi üçün hansı addımlar atmalı və ya hərəkətləri etməlidirlər? Bu sualla əlaqədar işçilərdən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi suallar daxik olur. 1. İlk olaraq işçilər bu barədə müəssisənin rəhbərinə və onların hesabına maliyyələşən, əmək kollektivini təmsil edən və əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən Həmkarlar ittifaqı təşkilatına yazılı surətdə müraciət etməlidirlər. 2. Ümid az olsa da əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı Ərizə ilə müraciət etmək. Bu Xidmət işçilərin tələbini haqlı hesab etsə, məcburi göstərişlə işçilərin hüquqlarını bərpa edə bilər. 3. Bu qurumlarda mübahisə həll olunmazsa bu işlərdə məcburi olaraq Mediasiyaya müraciət etmık lazımdır, məhkəmədən əvvəl 4. Pul tələbləri ilə əlaqədar, həmçinin ziyanla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 5. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi busahədə işçilərin hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardım göstərə bilər. Azər Quliyev. TEREF