DİM şefinin ETN-ə ASİLİYİ...
Sağlam rəqabət olan yerdə inkişaf, tərəqqi olur. O yerdə ki yarış əvəzinə qovğa, konflikt, fəsad var, orada mütərəqqilikdən danışmaq əbəsdir. Çünki təfriqə salmaq, rəqibinə "quyu qazmaq" ehtirası öz ayağına da, ətrafına da, güllə sıxmaqdır. Necə ki bunu illərdir təhsil sahəsinə cavabdeh olan iki qurum arasında görmək olar...
Əvvəllər bu münaqişə TQDK ilə Təhsil Nazirliyi, yaxud Məleykə Abbaszadəylə Misir Mərdanov arasında gedərdisə, indi adlar yenilənib; hazırda zərərli konflikt Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında getməkdədir. Birincidə sədr dəyişməyib, Məleykə Abbaszadə öz ampluasındadır, ikincidə isə Emin Əmirullayev nazir vəzifəsini daşıyır. Lakin mahiyyət dəyişməyib. Bu iki strukturun didişməsi ucbatından təhsil ilbəil geriləyir, keyfiyyət aşağı düşür, repetitor bazarı isə çiçəklənir. Bunu yaradan səbəblər məhz hər iki orqanın bir-birinin əleyhinə apardığı işdir. Sadəcə, zərər çəkən Azərbaycan gəncliyi, ölkə təhsili və elmidir. Sanki Rusiya və Qərb "soyuq müharibə" aparır, altını dinc Ukrayna xalqı çəkir. Eynilə DİM-lə ETN arasında olan lüzumsuz rəqabət məktəblilərin, abituriyentlərin repetitor ümidinə qalmasına səbəb olur.
Anaxeber.info məlumat verir ki, söhbət təhsil proqramı, məktəblərdəki dərsliklərlə qəbul imtahanında qoyulan suallar əın uyğun gəlməməsidir. Əgər repetitor bazarı olmasa, abituriyentlərin böyük əksəriyyəti qəbul imtahanından keçə bilməz. Çünki məktəbdə keçirilən dərs başqadır, DİM-in imtahanda hazırladığı suallar ayrıdır. Nəticədə şagirdlər hazırlıq kurslarının ümidinə qalır, valideynlər "boğazından kəsib" ayda, 400-500 manat repetitorlara hazırlayırlar. Təbii ki,, dünyada təhsilin yüksək inkişaf etdiyi ölkələrdə də repetitorluq mövcuddur. Amma heç bir dövlətdə iki təhsil orqanı biri-birini zəiflətmək üçün belə çirkin rəqabət aparmır. Bu da həm hazırlıq kurslarının gəlir mənbəyini böyüdür, həm də məktəblərdə təhsilin keyfiyyətini aşağı salır. Təsəvvür edin ki, nazirliyin dərslikləri işə yaramır, repetitorlar tamamilə fərqli proqram keçirlər ki, qəbul imtahanında o suallara cavab verə bilsinlər. Bu da əcaib haldır. Məleykə Abbaszadənin rəhbəri olduğu qurum Nazirliyi gözdən salmaq, məktəblərdə təhsilin olmadığını göstərmək üçün dərsliklərdə olmayan sualları qəbul imtahanlarına salır. Əslində tədris və imtahan sualları adekvat olmalıdır. Eyni zamanda, məktəblərdə təhsil aqoniya vəziyyətindədir və nazirlik tədrisin keyfiyyətinin artırılması üçün hər hansı kompleks islahatlar həyata keçirmir. Nazir Emin Əmirullayev və Mərkəz sədri Məleykə Abbaszadənin qarşılıqlı şəkildə bir-birinə zərbə vurması, propoqanda aparmasından zərər çəkən isə uşaqlarımızdır. Hansı ölkədə görünüb ki, dərsliklərdə olmayan mövzuların sualları qəbul imtahanına salınsın?! Deməli, bu bir təhsil cinayətidir!
Təhsil ekspertləri də qeyd edirlər ki, DİM-in keçirdiyi həm buraxılış, həm qəbul imtahanlarında istifadə olunan testlərin səviyyəsi hazırda abituriyentlərin, məzunların real bilik və bacarıqlarının səviyyəsinə uyğun təşkil olunmur. Dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra orqanı Elm və Təhsil Nazirliyidir. Nazirlikdə təhsilin hər bir pilləsi üzrə qəbul edilmiş təhsil proqramlarına uyğun dərsliklər vasitəsilə həyata keçirilir. Son nəticə isə qiymətləndirmə buraxılış və qəbul imthanları vasitəsilə aparlır. Ancaq buraxılış və qəbul imtahanları isə DİM-in öz proqramları və çap etdiyi vəsaitlər əsasında aparılır. Beləliklə, ikili bir vəziyyət yaranıb. Nəticə etibarilə müəllim məcbur olur ki, övladına müəllim tutsun, kursa göndərsin. Nəticədə repetitorluq, "kölgə təhsili" gündən-günə genişlənir.

Anaxeber.indo

Dünyapress TV

Xəbər lenti