Yüksək nəticə göstərən şagirdlərin 43 % -i Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edir
Tam orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələrinə nəzər salıram.
İmtahan iştirakçılarından 14 nəfər ən yüksək nəticə, 300 bal toplayıb. DİM-in təşkil etdiyi bu tip imtahanlar üçün belə göstərici gözlənilməz və diqqət cəlb edəndir.
Bu cür yüksək nəticəni Şəki və Qəbələdən 6 nəfər, Bakıdan 6 nəfər, Xırdalandan 1 nəfər və Gəncədən cəmi 1 nəfər şagird qazana bilib.
Maraqlıdır ki, hətta kənd məktəbləri də daxil olan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təhsil müəssisələri ölkənin "ən bərkgedən" məktəblərini üstələyə bilib.
İdarənin rəhbəri Günay xanım Mahmudovanı, regionun təhsil sektorlarının və məktəblərinin rəhbərlərini və müəllimlərini, repetitorlarını, valideynlərini və uşaqları təbrik edirəm.
Yeri gəlmişkən, ölkə üzrə, təhsil haqları 10- 15 min manat olan özəl orta məktəblərin, oturuşmuş ənənələri olan çoxsaylı tanınmış liseylərin şagirdlərindən heç birinin bu nəticəni qazana bilməməsi də diqqət cəlb edəndir.
Xatırladıram ki, DİM -in əvvəlki illərdə təşkil etdiyi bu tip imtahanlarda maksimal 300 bal toplayan nadir hallarda, bir-iki nəfər olurdu. Riyaziyyat imtahanlarında isə əvvəlki illərdə xeyli sayda şagirdlər hətta "0" bal toplayırdı .
Düşünmək olar ki, qiymətləndirməni aparan DİM də buraxılış imtahanın tapşırıqlarını seçən proqramın alqoritmlərinə çətinlik dərəcəsi baxımından yenidən nəzər salıb.
Osman Gunduz
TEREF