Babayevin kantorunda ƏCAİB-QƏRAİB İŞLƏR...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Excellent Trade” QSC (VÖEN – 2906487651) ilə satınalma müqaviləsi imzalayıb.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Excellent Trade” QSC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hökümətlərarası iclasların keçirilməsini təşkil edəcək və qarşılığında 28 min 652 manat 70 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, hökümətlərarası iclasların keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, nazirliyin satınalma müqaviləsi imzaladığı “Excellent Trade” QSC 17 noyabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Məh. 5, ev 11/18, m. 7 ünvanında dövlət qeydiyyatına alınıb. MMC kimi qeydiyyata alınan “Excellent Trade”in nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Həsənov Vüsal Şahbaz oğlu olub. Daha sonra “Excellent Trade” təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilib. Nizamnamə kapitalı 2010 manata artırılıb, qanuni təmsilçisi isə Ələskərov Kamal Ələskər oğlu olub.
Onu da bildirək ki, “Excellent Trade” QSC qeydiyyatdan keçdikdən qısa müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tender müsabiqələrində qalib olmağa başlayıb.
Rəsmi internet saytı belə olmayan QSC nazirliyin keçirdiyi milyonlarla manat dəyərindəki tenderlərdə qalib olub.
Bu günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyə bağlı olan qurumların keçirdiyi tenderlərdə “Excellent Trade” QSC-nin qalib olduğu müsabiqələrin siyahısı belədir:

Babayevin kantorunda ƏCAİB-QƏRAİB İŞLƏR...
Yeniavaz.com

Dünyapress TV

Xəbər lenti