Elçin Babayevin 15 milyon manatlıq tenderdə qalib etdiyi şirkətin vergi borcu var (FOTOFAKT)
Bakı Dövlət Universiteti İKT avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi "EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə imzalayıb.

Müqavilənin məbləği 1.444.952,53 AZN-dir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlətə vergi borcu var.

"EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda vergi borcu 15 min 234 manat 40 qəpikdir.

Bildirək ki, qalib olan MMC-nin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Xatırladaq ki, BDU-nun rektoru Elçin Babayevdir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710210946_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710210946_3.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti