Moskvada Fud Siti bazarında çalışan azərbaycanlı iş adamları arasında ciddi qarşıdurma yaşanır. Belə ki, bəzi kriminal dairələr müxtəlif yollarla təzyiq göstərərək, azərbaycanlıların biznesini əlindən alır və ya onların gəlirinin yarısına şərik olurlar. Bu barədə Bakupost.az -a Gəncə şəhərində doğulan, Rusiyanın bir neçə şəhərində bizneslə məşğul olan iş adamı Eldəniz Verdiyev bildirib. Fud Siti kimindir? Onun şikayətinə keçməzdən öncə qeyd edək ki, Fud Siti bazarı 2014-cü ilin avqustunda Moskva meri Sergey Sobyanin və azərbaycanlı milyarder, "Kiyevskaya ploşad" MMC-nın Direktorlar Şurasının sədri Qod Nisanov tərəfindən açılıb. Qod Nisanov layihənin həmsərmayədarlarından biridir. Fud Siti haqqında internet resurslarında yayılan məlumatlarda onun əsasını qoyanlar arasında digər azərbaycanlı milyarder, "Ploşad Evropı" və "Vısotka" MMC-lərin Direktorlar Şurasının sədri, "Kiyevskaya ploşad" şirkətlər qrupunun ortaq sahibi Zarax İliyevin də adı çəkilir. Fud Siti Rusiya və Avropada ən böyük ərzaq topdansatış mərkəzidir. Onun ümumi sahəsi 88 hektardır. Qeyd olunur ki, Fud Sitinin əsasında onun dünyadakı analoqlarının - Rungis (Psris), Merca (Madrid), Berliner Markt (Berlin), Central de Abastos (Mekiko) və digər ünlü ticarət mərkəzlərinin təcrübəsi dayanır. Onu da qeyd edək ki, Fud Siti Moskvada çox əlverişli ərazidə - Kiyevsk və Kalujsk kimi vacib avtomagistralların arasında, Moskva Dairəvi Avtomobil Yolundan cəmi 900 metr aralıda yerləşir. "Vnukovo" hava limanından 10 dəqiqəlik məsafədədir.
Eldəniz Verdiyevin biznesi necə əlindən alındı? 52 yaşlı Eldəniz Verdiyev Gəncə şəhərində doğulub. Ailəlidir, 3 qız övladı var. O, bir müddət Voronej şəhərində bizneslə məşğul olub və uğurlu iş adamı kimi tanınıb. Eldəniz Verdiyev Bakupost.az -a müsahibəsində kriminal dairələr tərəfindən biznesinin ələ keçirildiyini, 5 milyona yaxın ziyana salındığını və ölümlə təhdid edildiyini bildirib: Fotoda: "Vor Mübariz" və oğlu Ramin Niyazov "2021-ci ilin aprel ayından bəri Rusiyada kriminal aləmin nümayəndələrindən olan Ramin Niyazov tərəfindən təhdid olunuram, həyatım təhlükə altındadır. Ramin Niyazovun atası Mübariz Niyazov Qobustan qapalı tədricdxanasında ömürlük cəza çəkir. Onu "Gəncəli Mübariz", "Vor Mübariz" adlandırırlar. Bir sıra ağır cinayətlər törədib". İş adamını zirzəmiyə niyə saldılar? Eldəniz Verdiyev deyir ki, Ramin Niyazov onun 17 il ərzində əzab-əziyyətlə qurduğu biznesi zor tətbiq edərək, ölümlə hədələyərək əlindən alıb: "Hadisə Moskvada - Fud Siti meyvə-tərəvəz bazasında baş verib. 2002-ci ildən meyvə biznesi ilə məşgulam. Dünyanın 6-7 ölkəsi ilə əlaqələr qurmuşdum və meyvə alıb satırdım. Kriminal ünsür Ramin Niyazov mənim işçim - qohumum Bəhmən Verdiyevlə gizli əlaqəyə girərək, 17 ilə qurduğum biznesi ogurladı". Eldəniz Verdiyev iddia edir ki, onun etibarından sui-istifadə edərək bütün biznesini ələ keçiriblər: "Ramin Niyazovun göstərişi ilə 2021-ci il noyarın 21-də məni Fud Siti meyvə-tərəvəz bazasının zirzəmisinə saldılar. Bu məsələdən Fud Siti rəhbərliyinin xəbəri yox idi. "Cinayətkar axtarırıq" adı altında şəklimi böyüdərək bazada insanlara göstərib məni alçaltmağa çalışırdılar. Bütün bunlar Ramin Niyazovun göstərişi ilə onun əlaltısı Etibarın əli ilə törədilib. Etibar Gəncədəndir, keçmiş polis işçisidir, rüşvətə görə polis sistemindən qovulub. Onlar mənim pasportumun surətini çıxarıb Bakıya "Bandotdel"ə göndəriblər. Sonra yalan, böhtan, əsası olmayan məlumatlarla məni şərlədilər. 2022-ci il aprelin 24-də Bakıya uçurdum. Bakıda hava limanında məni saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. 10 saat orada saxlanıldım. Lakin cinayət törətdiyimə dair hec bir dəlil-sübut olmadığı ücün sərbəst buraxıldım". Ramin Niyazovun restoran biznesi Eldəniz Verdiyev iddia edir ki, bütün bunları "kriminal aləmin üzvü, müxtəlif cinayətlər yolu ilə milyonlar qazanan, əli neçə-neçə gəncəli iş adamının qanına bulaşan" Ramin Niyazov etdirib: "Məqsəd məni qorxutmaq, susdurmaq, məhv etmək, ogurladığı biznesi sakitcə idarə etməkdir. Bu adam 2002-ci ildən bu yana həyatını dəyişmiş qanuni oğruların ətrafi ilə yaxın dostdur. Öz millətindən olan iş adamlarına problemlər yaradır, onların puluna, biznesinə əl qoyur. Ramin Niyazov neçə-neçə ailələri gözüyaşlı, balalarını çörəksiz qoyub. O, hazırda Fud Siti meyvə bazasında kök salıb. Gizli şəkildə öz kriminal əməllərini yenə də davam etdirir. Əlaltısı Etibar adlı şəxslə birlikdə azərbaycanlı iş adamlarını şərləyir, ölümlə təhdid edir, bizneslərini mənimsəyir, onları 50/50-yə işləməyə məcbur edir. Bununla razılaşmayanları isə zirzəmiyə saldırır, min oyundan çıxır. Onların bu əməllərinin qurbanlarından biri mənəm. Bu dediklərimin hər biri başıma gətrilib. Mənim kimi başına bu cür oyun açılan yüzlərlə, minlərlə iş adamları var". Eldəniz Verdiyevin sözlərinə görə, Ramin Niyazov qanunsuz yollarla 50 milyon dollardan artıq pul qazanıb: "Bu kriminal ünsür Gəncədə yerləşən "Böyük Aşırım" ,"Titanik" şadlıq evlərinin, ticarət mərkəzinin, restoran, ev və villaların sahibidir. Moskvada da həmçinin dəyəri milyon dollarla ölçülən restoranların, meyvə-tərəvəz anbarlarının, kafelərin, villaların sahibidir. Bütün bu varidatı kriminal yollarla, törətdiyi cinayətlər hesabına qazanıb. Onun böyük silahlı dəstəsi var. İki killer əmisi oglunun biri keçən il öldürüldü. Bunu Gəncədə və Moskvada bilməyən yoxdur". İranlı dini radikallarla əlaqə - "Hüseyniyyə"yə kimlər yardım edir? Eldəniz Verdiyev bildirir ki, ona məxsus anbar əlindən alınaraq 27.03.1987-ci il təvəllüdlü Emin Cahangirov adlı qatı dini radikala verilib: Fotoda: Amid Əliyev "Emin Cahangirov Ramin Niyazovun tabeliyi altında hərəkət edir. İşverənliklə məşğuldur. O, əlaltısı, 4.08.1983-cü il təvəllüdlü Amid Əliyevlə birlikdə mənə məxsus meyvə-tərəvəzi satıb. 5 milyon dəyərində meyvəni satıb 1 rubldan hesaba salıblar, üstəlik 2.5 milyon rubl arenda pulunu mənimsəyiblər. Onlar İran vətəndaşına da 30 milyon pul atıb Azərbaycana qaçıblar. Bu faktı Emin Cahangirovun dilindən səs yazıları ilə də təsdiq edə bilərəm. Bu iki qatı dindar Moskvada Fud Siti bazasından dindarlardan pul toplayıb İranın "Hüseyniyyə" islam qrupuna hər ay yardım edirlər. Pulların yığılması və köçürülməsi Amid Əliyev vasitəsilə həyata keçirilir. Amid Əliyevin göstəriş verəni Emin Cahangirovdur. Onlar Moskvada Altufevski şossedə yerləşən İrana məxsus dini mərkəzdə müntəzəm olaraq iranlı dini radikalların məclisində iştirak edirlər. Azərbaycan dövlətçiliyinin əleyhinə gedən söhbətlərə qulaq asırlar. Amid Əliyev hazırda Moskvada gizlənir. Fotoda: Ramin, Emin, Amid Emin Cahangirovun məndə səs yazıları var. O, havadarı Ramin Niyazovu suçlayır. Mənim biznesimi məhz Raminin ogurladığını qeyd edir. Mən müvafiq orqanlardan bu məsələdə yardım etmələrini istəyirəm. Həyatım təhlükədədir. Bu cinayətkarların qarşısının alınmasını, haqq-ədalətin öz yerini tapmasını istəyirəm". Məsələ ilə bağlı yazıda adları çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq. Fotoda: Mahir Babayev Fotoda: Bəhruz Verdiyev Fotoda: Amid və Emin Fotoda: Vüsal Həsənov Fotoda: Asim Hüseynov Fotoda: Sağda Mahir Babayev Teref. Xocanın Blogu