Beyləqanda səhiyyə BELƏ İNKİŞAF EDİR...
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov mənə səs atıb ki, bəs sən məndən yazırsan. Sənin nə yazdığında mənim umurumda deyil. Məni hər kəs yaxşı tanıyır. Sonra yazır ki, lazım gəlsə sənin yazılarına fiziki güc baxımından da (zorakılıqla) qarşılıq verə bilərm və sair.
Məndə öz növbəmdə Bayrama qarşılıqlı cavab verərək bildirmək istəyirəm ki, ay doktor mənə özündən böyük hədələr göndərirsən. Və məni uyarırsan ki, nə qədər gec deyil barədə yazdığım yazıları dayandırım. Hətta özün öz haqqında o qədər böyük (yekə) danışırsan ki, bişmiş toyuğun belə gülməyi gəlir sənə.Heç olmasa özün öz haqqında dediklərinə inanırsanmı? Deyəsən mifologiyanın çox sevirsən. Özünü bütləşdirdiyindən xəbərin varmı sənin? Bugünləri Nurəngiz Bəşirovanın sayəsində qabağa çəkilərək, altına bir kreslo sürüşdürüblar deyə düşünmə ki, əvəzolunmaz kadr zadsan. Əslində sən özündə yaxşı bilirsən ki, səni ora nə məqsədlə və hansı şərtlərlə soxuşdurublar. Sən özündə yaxşı bilirsən ki, orda müqəvva olaraq oturulmusan.
Mənə səs atıb deyirsən ki, bir vaxtlar güya mən sənə səndən yazmayacağıma dair vədlər vermişəm. Amma indi yazıram.
Əvvəla sənə deyim ki, mən belə bir söz xatırlamıram. Amma demiş olsam da belə yəqin ki, həddini aşmayacağın təqdirdə demişəm. Hər halda məni də tanıyanlar yaxşı tanıyır ki, sözü üzə qırmızı deyənəm. Kimliyindən, hansı vəzifədə çalışmasından və xarakrindən asılı olmayaraq. Unutma ki, hər bir kəs öz həddini bilməli, o həddi aşmamalı, özünü toxunulmaz zənn etməməlidir.
Digər tərəfdən deyirsən ki, mən sənin şəxsi həyatından yazmışam. Bilmək olar, o hansı şəxsi həyatdır? Bəlkə hardasa yazmışam ki, Bayram doktor kimisə saxlayır, kimləsə sevgilidir, kiminləsə Bakıda oteldən çıxıb və sair? Hardasa belə bir şey yazmışamsa, həmin yazını çıxart ortaya çıxıb səndən üzr istəyəcəm. Deyəsən quyruğun qapı arasında qalıb deyə bilmirsən nə danışasan.
Bəli mən yazmışam ki, Bayram doktor yeyib içəndir, günün əksər saatlarını kafe-restoranlarda əyləncə və eyş-işrət məclislərində keçirir və sair. Sən buna şəxsi həyat deyirsən? Bu şəxsi həyat deyil, bu sənin gündəlik həyat tərzindir, içtimai həyatındır, cəmiyyətdəki həqiqi simandır. İndi sən o gerçək simanı (iki sifətini) nə qədər pərdələsəndə artıq gecdir, səni hər kəs əsl sifətinlə, simanla tanıyıb. Hər kəs də yaxşı bilir ki, sən məclisi-meysən. Beyləqanda hansı kafeyə girirsənsə səni ayağ izin var. İndi sən boyda kişi durub bunu danacaqmı? Əlini vicdanına qoy ki, belə deyil. Durub mənə səs atmaqla leksiya söyləmə.
Deyirsən ki, indiyə qədər vicdanlı işləmişəm. Beyləqan komissarlığında həkim komissiyasının sədri idin. Hərbi xidmətə çağırılan yararlı gənclərə komisavat olmaları üçün rəyi mən verirdim, yoxsa sən?
Beyləqanda sənin saxta rəylərinlə bilirsən nə qədər gənclər hərbi xidmətdən yayınıblar? Bunların hamısını sən çox yaxşı bilirsən. Özün yaxşı bilirsən ki, hansı əməlin sahibisən. Bir az səbr elə. Kimin aqibəti necə olacaq görəcəyik. Zatən su zəngi su da sınar. Mənim yolum bəlli. Bəlli olmayan sizin yolunuzdur. Kimlərinsə tər basmış qoltuğunun altına sığınıb, qoltuqda oturmaq heç də yaxşı iş deyil. Yaxşı olar ki, mənə də təhdid, hədə, zor mesajları göndərmə. Ağılını başına topla. Sənin kim olduğun, hansı əqidənin sahibi olduğun bəllidir. Və məni də başqaları ilə səhv salma.
Mətanət Qarayevaya gəlincə, o bir qadındır, zərif cinsdir. Onunla hər hansı intriqam və ya husumətim yoxdur. Əxlaqına da, namus-qeyrətinə də zərrə qədər şübhəm yoxdur. Mətanət movzusuna bircə kəlmə ilə nöqtə qoyuram. Kaş ki, onda olan dürüstlüyün bircə faizi sizdə olaydı. Əgər bu günləri Mətanət xanımdan tənqidi yazı verilibsə, buna baiskar sizsiniz. Çünki siz yerinizdə də olsaydınız heç o zavallınında adı belə qalmaqallarda çəkilməyəcəkdi. Öz yaxanı qırağa çəkib, onun yaxasını irəliyə verən sənsən. Ən yaxşı, halda TƏBİB sədrinə azcada olsa hörmətiniz varsa istefa ərizənizi yazaraq ona təqdim edin. Çünki bu iş sizlik deyil. Yaxşısı odur ki, gedin xəstələrinizin gözünə dərman damızdırıb (onları kor edib) 5-3 manatınızı qazanın. Əlqərəz, əlinizdən gələni ardınıza qoymayın. Zatən ox yaydan çıxıb.
P.s. Vaxt var idi ki, Bayram Muradov məclislərdə mənə "qardaş, bununda içirəm sənin sağlığına, sən yaxşı oğlansan, yaxşı jurnalistsən, fəxrimizsən" deyib şərəfimə başa qaldırırdı. İndi mənə "xox" gəldi ismarıc göndərir. Nə tez yaddan çıxdı o günlər, ay Bayram?

Müəllif: Ramin Məhəmmədoğlu, RealMedia.az-ın baş redaktoru
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Dünyapress TV

Xəbər lenti