O da qanunları pozur...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova məxsus "Libraff” MMC məcburi auditdən yayınmada ittiham edilir.

Qaynarinfo xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü ("Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə inzibati iş başlanıb.

Bu maddəyə əsasən, vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Günel Səmədova iş üzrə hakim təyin edilib. Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.

"Libraff” MMC 3 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 151 AZN-dir. MMC-nin qanuni təmsilçisi İbrahimov Nicat Rüstəm oğludur.

Nicat İbrahimov Taleh Heydərova məxsus "Azhobco” MMC-nin də qanuni təmsilçisi olub. Bu ilin əvvəlində adıçəkilən şirkətin ləğv olunduğu barədə məlumat yayılıb.

Taleh Heydərov Kəmaləddin Heydərovun böyük oğludur. O, "Libraff”la yanaşı media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisidir.

"Libraff” MMC kitab satışını həyata keçirir. Şirkətin Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də kitab mağazası var.

"Libraff” Azərbaycan ən iri kitab mağazası şəbəkəsi hesab olunur.


Mənbə: "Qaynarinfo"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti