Lənkəranın satılmayan yeri qalmayıb... FOTO
Lənkəranda əksər mərkəzi ərazilər satılıb. Yerli sakinlər Anaxeber.info-ya məlumat veriblər ki, Qala xiyabanında səki sayılaraq əyləncə mərkəzi tikilməsi üçün peşkəş olunub. Onun yaxınlığında isə avtobus dayanacağının yarısı dönər dükanı üçün pay-püş olunub. Həmçinin üzbəüzdəki parkın ərazisində iri bir tikinti aparılır. Heç bir arxitektura normaları gözlənilmədən, şəhərin mərkəzində sıxlıq yaradan, piyadaların yolunu kəsən bu tikintilər yerli icra hakimiyyəti tərəfindən verilən sərəncamlar əsasında aparılır. Nəticədə Lənkəranın həm mərkəzi küçələri satılıb, artıq necə deyərlər, barmaq qoymağa yer qalmayıb, həm də kənar ərazilər tikintilərə qurban verilib. Ümumiyyətlə, Lənkəranda son illər yöndəmsiz, uğursuz və tikinti normalarına uyğun olmayan inşaat işləri şəhəri başına alıb. Əfsuslar olsun ki, icra başçısı Taleh Qaraşov bu tikintilərə rəvac verir. Halbuki Lənkəranda görməli vacib işlər var: yöndəmsiz tikintilərə son qoymaq, yolları asfaltlamaq, küçələri işıqlandırmaq, səliqə-sahmana diqqət yetirmək... Xüsusən də yollar bərbad vəziyyətdədir. Eyni zamanda, küçələri sahibsiz itlər bürüyüb. Şəhərin mərkəzi yolları sahibsiz itlərlə doludur. İnsanlar, xüsusən məktəblilər hərəkət edə bilmirlər. Ancaq bu problemi də həll etmirlər. Sanki Lənkəran hansısa ucqar bir dağ kəndidir. Axı bu şəhər həmişə müasir olub və seçilib, ona göstərilən münasibət isə başadüşülən deyil. Lənkəranlılar da vəziyyətdən ciddi narazıdırlar. Onlar prezidentə məktub yazmağı planlaşdırır. Onu da deyək ki, bu günlərdə Lənkəranda olan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qarşılaşdığı mənzərədən heyrətə gəlmişdi və problemləri sosial media hesabında ictimailəşdirmişdi. Görünən odur ki, Lənkəranın qonaqları da, yerli camaatı da problemlərdən narazıdır, bircə....
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699987116_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1699987116_3.jpg
 

Dünyapress TV

Xəbər lenti