Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeri gələndə GÖZ YUMUR...
Bir müddət öncə Bakının Mərdanov Qardaşları 20 ünvanında yerləşən XIX əsrdə tikilmiş memarlıq abidəsinin xarici görünüşünə qanunsuz dəyişiklik edilməsi və restorana çevrilməsi ilə bağlı şikayətlər yenidən gündəmə gəlib. Məlum olduğu kimi, sözügedən memarlıq abidəsinin bir qapısı da 1990-ci illərdən sonra pəncərəyə çevrilib. Artıq iki ilə yaxındır, həmin yerdə “Boorda Cafe" fəaliyyətini eyni qaydada davam etdirir.

Daha əvvəl memarlıq abidəsinə müdaxilə olunması barədə məsələyə aydınlıq gətirən Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən mətbuata bildirilmişdi ki, qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılması üçün hüquq-mühafizə orqanları ilə birgə iş aparılır. Rəsmi qurumlar qanun pozuntusunun aradan qaldırılacağı, eyni zamanda memarlıq abidəsinin bərpa olunacağı vədini versələr də, uzun müddət keçməsinə baxmayaraq, hələ də heç bir nəticə yoxdur. Maraqlıdır, hüquq-mühafizə orqanları ilə birgə aparılan işin nəticəsi necə oldu?

DİA.AZ bildirir ki, bu barədə Pravda.az Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeri gələndə GÖZ YUMUR...

Dövlət Xidmətindən sorğumuza gələn cavab isə belə olub: “Bununla bağlı hələ ki bir yenilik yoxdur...”

Bir il müddətində heç bir tədbir görülməməsi müəmmalıdır...

Məsələni diqqətdə saxlayacağıq.
 

Dünyapress TV

Xəbər lenti