Dəyərli həmkarlar, QHT Agentliyi ilə bağlı cəmiyyətdə ciddi narazılığı hamımız yaxşı başa düşürük. Buradakı nöqsanlar QHT sektorunun problemi deyil və kimlərinsə illərlə çəkdiyi zəhmətə xələl gətirə bilməz. Agentlik QHT-lər üçün maliyyə resurslarından biridir. Biz orada ötən dəfə etdikləri biyabırçılıqların dərhal qarşısının alınmas üçün əmək sərf etdik. Amma gələn reaksiyalar, üzərimizə trol hücumlarının, media yazılarının təşkili, bəzilərimizi ailə üzvlərimizlə təhdid və s. bir daha onu göstərdi ki, heç nə düzəlməyəcək. Əksinə planlar hazırlanır, QHT Agentliyindən narazı olan QHT-ləri provakasiyaya çəkirlər. Xahişim ondan ibarətdir ki, bu günlərdə bir qədər ehtiyatlı olaq. Bəzi QHT-lər ofisə gəlib söz alır, diktafona yazır və Agentlikdə "deep fake" hazırlayıb yuxarı ötürürlər. Səbrli və ehtiyatlı olaq. Samir Adigozelli Teref.az